Məhkəmə qərarları › İş №2(032)-527/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-527/2024

18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-527/2024 18.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək qızı xx.xx.2018-ci il təvəllüdlü X8 (AA4925296) 08 fevral 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qızı X1 ilə əlaqədar (uşaq serebrial iflici) müalicə almışdır. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı ona zəng vuraraq qızının vəziyyətinin pisləşməsini bildirmişdir. O, təcili olaraq evə gəlməklə qızını Tovuz rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə aparmışdır. Həkim briqadası müayinə apararaq xəstənin vəfat etməsini bildirmişdir. Qızının dünyasını dəyişməsi ilə əlaqədar həkim arayışı (tibbi şəhadətnamə) olmadığından ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Qızı X3 şəhərində yerləşən el qəbristanlığında dəfn edilmişdir. Qızının ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. Qızının ölüm şəhadətnaməsini başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, X14 ölüm haqqında şəhadətnaməsi müvafiq qurumlara təqdim edilməsi üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Ərizəçi qızı gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, ərizəçi onun baldızının oğludur, onun qızı xx.xx.2018-ci il təvəllüdlü X14 xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixdə vəfat etmiş, onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, xx.xx.2018-ci il təvəllüdlü X14 onun bacısının nəvəsidir, Mələk anadan gəlmə xəstə olmuşdur, xəstəlik səbəbindən vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası Ərizəçi, anası X9r. Şirvan şəhəri Şirvan şəhər qəbirstanlığının rəhbəri X10, X11, Ərizəçi, X13, X6 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X14 xx.xx.2024-cü ildə Şirvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Aktı imzaları ilə təsdiq etmişlər . Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15/76 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, qızının X8 xx.xx.2024-cü il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. “Tovuz rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli 18-1-76/3-708/2024 saylı arayışının surətindən görünür ki, 2018-ci il təvəllüdlü Şirvan şəhər sakini X14 xx.xx.2024-cü il tarixdə saat 19:20 radələrində “ Tovuz rayon Mərkəzi Xəstəxanası” X22 TTTY şöbəsinə valideynlərinin müşaiyəti ilə daxil olmuş, müayinə nəticəsində xəstənin artıq vəfat etdiyi məlum olmuşdur. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi qardaşı - xx.xx.2018-ci il təvəllüdlü X8 xx.xx.2024-cü ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X8 xx.xx.2024-cü ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2018-ci ildə Sumqayıt şəhərində anadan olmuş X8 xx.xx.2024-cü ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar