Məhkəmə qərarları › İş №2(032)-528/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-528/2024

22.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-528/2024 22.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər 22 aprel 2024-cü il tarixdə saat 09:30-a təyin edilmiş məhkəmənin hazırlıq iclası barədə lazımi qaydada xəbərdar olunmalarına (elektron qaydada sms və məhkəmə bildirişi göndərilmişdir) baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmiş və maraqlı şəxsin məhkəməyə gəlməməsi işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi kimi qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinin tələbinə görə işə onların iştirakları olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar