Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-545/2023 05.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçıSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit kredit müqaviləsi üzrə borcun qaytarlması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 835.61 manat əsas kredit borcu, 6.97 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 842.58 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest №021CASA193470002 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 835.61 (səkkiz yüz otuz beş manat altmış bir qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, o cümlədən kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 835.61 manat məbləğində əsas kredit borcu, 6.97 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 842.58 manat məbləğində borcu qalmaqdadır. İddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman müəyyən edilmiş qaydada 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. O, kreditin böyük bir hissəsini banka ödəmiş və cüzi məbləğdə banka kredit borcu qalmışdır. Hal-hazırda İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 835,61 manat məbləğində kredit borcu, 6,97 manat məbləğində faiz borcu, cəmi 842,58 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tərəfindən ona təqdim edilmiş ödəniş cədvəli ilə iddiaçının təqdim etdiyi sübutlar və hesabladığı ümumi borc məbləği arasında kəskin ziddiyyət olduğunu, banka ödəmiş olduğu pulun çox hissəsi faiz borcuna çıxıldığını, əsas borcdan isə çox cüzi hissədə çıxıldığını bildirmişdir. O səbəbdən də əsas borc demək olar ki, cüzi azalmışdır. Qeyd edir ki, uzun müddət onun pensiyadan banka tutulmalar olmuş və hal-hazırda onun banka cəmi 267 manat borcu qalmışdır. 842,61 manat borcu isə o, qətiyyən qəbul etmir. O, müharibə veteranıdır və birinci Qarabağ döyüşlərində erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı "xxxx" ASC-nin iddia təlbinin qismən təmin edilərək onun kredit borcunun 267 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Şirvan şəhər Məhkəməsinin 2(032)-545/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC -nin Cavabdeh qarşı borcun tutulması tələbi dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakları olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Rest №021CASA193470002 saylı, xx.xx.2019-cu il tarixli Güzəştli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 5 il müddətinə illik 1% dərəcəsi, 1 il güzəşt müddəti olmaqla 835.61 manat məbləğində kredit verilmişdir. Kreditin ödəniş cədvəlindən görünür ki, borclu Rest №021CASA193470002 saylı, xx.xx.2019-cu il tarixli Güzəştli kredit müqaviləsinə görə hər ay 218.21 manat ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2024-cü il tarixə kimi ödəməli idi. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçıSC-yə 835.61 manat əsas və 6.97 manat faiz borcu, cəmi 842.58 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, 124 nömrəli bildirişin və göndərilməsini təsdiq edən reyestrin surətindən görünür ki, İddiaçı ASC cavabdehi mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış Rest Rest №021CASA193470002 saylı, xx.xx.2019-cu il tarixli Güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə illik 1% dərəcəsi, 1 il güzəşt müddəti olmaqla 835.61 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca əməl etməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının Cavabdeh qarşı kredit müqaviləsi üzrə 835.61 manat əsas və 6.97 manat faiz borcu olmaqla, cəmi 842.58 manat borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının iddia tələbinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət məbləğində dövlət rüsumunun rüsumunun cavabdehdən tutulması hissəsinə münsaibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu bankın xeyrinə Cavabdeh tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Rest№021CASA193470002 saylı, xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 835.61 manat əsas, 6.97 manat faiz borcu, cəmi 842.58 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-545/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-545/2023
05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver