Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-555/2023 27.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB-ı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB-ı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi Şirvan şəhər Məhkəməsinəxx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. Ərizədən görünür ki, "xxxx" KB-ı ASC-i Cavabdeh 3524 manat 10 qəpik əsas, 58 manat 93 qəpik faiz borcu olmaqla cəmi 3583 manat 03 qəpik məbləğində pulun və 56 manat 24 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Ərizədən güründüyü kimi, ərizədə cavabdehin yaşayış yeri düzgün göstərilməmiş, Cavabdeh ünvanı ünvan 1erən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməmişdir. Ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Həşimov X1 rayonu, Avaş Ərazi Dairəsi, Deman kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Buna baxmayaraq iddiaçı Cavabdeh rəsmi qeydə alındığı yer üzrə Yardımlı Rayon Məhkəməsinə ərizə verməli olduğu halda, Şirvan şəhər Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci madəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Ərizəyə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsinə görə 56 manat 24 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, cavabdeh Həşimov X1 rayonu, Avaş Ərazi Dairəsi, Deman kəndində qeydiyyatda olduğundan və işə ərazi aidiyyatı üzrə Yardımlı Rayon Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyatı üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,284-1-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Şirvan şəhər Məhkəməsi qərara aldı: İddiaçı "xxxx" KB-ı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" KB-ı ASC -nə izah olunsun ki, ərazi aidiyyatı üzrə Yardımlı Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 56 manat 24 qəpik məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB-ı ASC -nə qaytarılsın. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-555/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-555/2023
27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver