Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-613/2023 10.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun silinməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə icraat qaydasında borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555 manat 20 qəpik məbləğində borcun **********00200 saylı hesabından silinməsini tələb etmiş, tələbi onunla əsaslandırmışdır ki, “Azəriqaz” X1 X4 İdarəsi ilə onun arasında xx.xx.2023-cü il tarixli XS-43-00493/23 nömrəli Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən zavod nömrəsi **********3, plomb nömrəsi 13587954 olan qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın işçiləri yaşadığı evə gələrək qaz sayğacına baxış keçirmiş, onun iştirakı olmadan qanunsuz və əsassız olaraq akt tərtib etmişlər. Belə ki,aktı onun iştirakı olmadan tərtib etməklə onun aktın imzalanmasına imtina etməyini qeyd etmişlər. Bundan əlavə akta əsasən onun iştirakı olmadan aktda qeyd edilən **********3 qaz sayğacının daxilində plastmas qapalı şüşənin üzərində olan dörd ədəd qulaqcıqdan 2 ədədi kənar təsir nəticəsində sındırılması qeyd edilmişdir. Əlavə olaraq, istehlakçının iştirakı təmin edilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz”X3 sayğacının yoxlanılması barədə MSK 14-2-2/3-5-1139-1 nömrəli aktına əsasən,qaz sayğacının daxilində plastmas qapalı və sayğacın istismara yararsız olması qeyd edilmişdir. Qaz sayğacının daxilində plastmas qapalı şüşənin üzərində olan dörd ədəd qulaqcıqdan 2 ədədi kənar təsir nəticəsində sındırılması barədə heç bir məlumatı olmamışdır. Belə ki, sayğac qurulandan sonra evdən kənar binanın dəhlizində (podyezd) şəraitində qaz sayğacının daxilində plastpas qapalı şüşənin üzərində olan 4 ədəd qulaqcıqdan 2 ədadi kənar təsir nəticəsində sındırılması müxtəlif səbəblərdən ola bilərdi. Həmçinin, qaz istismarı idarəsinin əməkdaşları tərəfindən sayğacının daxilində plastmas qapalı şüşənin üzərində olan dörd ədəd qulaqcıqdan 2 ədədi kənar təsir nəticəsində sındırılması qeyd edilsə də, sayğaca müdaxilə olunmaması bildirilmişdir. Mülkiyyətində olan mənzildə yaşadıqları müddət ərizində qaz sərfiyyatının hesablanmasında və ödənişlərin həyata keçirilməsində heç bir dəyişiklik olmamışdır. Nəticə etibarı ilə qaz sayğacının daxilində plastmas qapalı şüşənin üzərində olan dörd ədəd qulaqcıqdan 2 ədədi kənar təsir nəticəsində sındırılması nəticəsində barəsində 1555.20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin yerləşdiyi ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə çatdırılmışdır. Lakin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin İTRİ-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-1139-1 saylı rəyinə əsasən çıxarılan ******* nömrəli qaz sayğacının daxilində plastmas qapağının şüşəsinin üzərində olan dörd qulaqcıqdan 2 ədədi kənar təsir nəticəsində sındırılıb. 4806075 nömrəli, xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, abonent Qəribə Əliyevanın istifadəsində olmuş ******* nömrəli qaz sayğacı istismardan çıxarılmış, **********3 nömrəli sayğac quraşdırılaraq plomblanmışdır. «Azəriqaz» X1 RQİİ-nin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “Azəriqaz” İB-nin metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli, MSK 14-2-2/3-5-1139-1 № rəyinə əsasən G-4 markalı ******* № sayğaca ümumi baxış keçirildi. Daxilində plastmas qapağının qoruyucu şüşəsinin üzərində olan dörd ədəd qulaqcıqdan iki ədədi kənar təsir nəticəsində sındırılıb. Sayğac istismara yararsızdır. Qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməsi göstərilmişdir. X2 məxsus (abonentin kodu **********00200) abonentin saldosunda **********3 nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ əsasən 2023-cü il ərzində qalıq borc 1555 manat 20 qəpik müəyyən olunur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 15, mənzil 20, yeni qaydalarla Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti 3, M5, m1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomb kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması,texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından ke?irilməsi,dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 1.6-cı bəndinə əsasən Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi,ev 15,mənzil 20 ünvanında qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırma aparılaraq təqsirli şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Buradan da görünür ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin qaz sayğacı vasitəsilə qazdan istifadə etmiş və istifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricisinə əsasən tam olaraq ödəmişdir. Bu müddət ərzində paylayıcının nümayəndəsi tərəfindən qaz sayğacında hər hansı bir xətanın olması barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Həmçinin qaz sayğacının daxilində plastmas qapağının şüşəsinin üzərində olan dörd qulaqcıqdan 2 ədədinin sındırılması məhz İddiaçı və ya ailə üzvləri tərəfindən edilməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə olan vəziyyətdə məhkəmə nəticəyə gəlir ki, cavabdeh təşkilatın aktının əsaslığı təsdiq olunmamış, nümayəndəsi məhkəmədə iştirak etməməklə bu halı təkzib etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı «Azəriqaz» İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməli və akta əsasən hesablanmış cərimə borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik borc **********00200 saylı hesabdan silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-613/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-613/2023
10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver