Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-615/2024 15.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, maraqlı tərəf olan Maraqlı şəxs ilə nikahı Əli- Bayramlı şəhər VVADQ şöbəsi tərəfindən 08 sentyabr 2006-cı il tarixdə 442 nömrəli qeyd ilə qeydə alınmışdır. Birgə nikahdan 18 oktyabr 2006-ci il tarixdə X11, 14 sentyabr 2008-cı il tarixdə X7 və 12 oktyabr 2012-ci il tarixdə X9 adlı üç övladı anadan olmuşdur. X8 ilə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşamışlar. X8 ilə aralarında olan nikah münasibətləri formal xarakter daşıyır. Aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuş və bundan sonra da onların barışıb bir ailədə yaşamaqları qeyri-mümkün olduğundan, cavabdehdən boşanmaq qərarına gəlmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə MŞS/MT-023/2023-02901 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012ci il təvəllüdlü X1 üçün Ərizəçi hər ay hər uşağa 220 manat, ümumilikdə 660 (altı yüz altmış) manat aliment ödəməyi, alimentin xx.xx.2023-cü il tarixdən hesablanmasının öhdəliyinə götürülməsi barədə razılığa gəlmişlər. Lakin barışıq sazişi üzrə öhdəlik icra edilməli tarixdən, yəni xx.xx.2023-cü il tarixdən qanun üzrə müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən könüllü surətdə icra edilməmişdir. Məhkəmə iclasında Ərizəçi mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, barışıq sazişi ilə müəyyən edilmiş alimenti maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hal-hazırda işləmir. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan : Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-1565/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında 08 sentyabr 2006-cı il tarixdə Əli-Bayramlı şəhər VVADQ Şöbəsində bağlanmış 442 nömrəli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci İl təvəllüdlü X5 iddiaçı Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı xx.xx.2023-cü il tarixdə MŞS/MT-023/2023- 02901 saylı barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən : Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X2 iştirakı ilə tərtib olunmuş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış və birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6,xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat , cəmi 660 (altı yüz altmış) manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi verilməsinə dair öhdəlik götürmüşdür. Tərəflər alimentin 1 oktyabr 2023-cü il tarixdən hesablanaraq ödənilməsinə razılaşmışlar. Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X2 iştirakı ilə tərtib olunmuş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış və birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6,xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat , cəmi 660 (altı yüz altmış) manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi verilməsinə dair öhdəlik götürməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X2 iştirakı ilə tərtib olunmuş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış və birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6,xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi verilməsinə dair öhdəlik götürməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-615/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-615/2024
15.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver