Məhkəmə qərarları › İş №2(032)-620/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-620/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-620/2023 23.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı sığorta ödənişinin suborqasiya qaydasında tələb edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1245 manat zərər məbləğinin və ödənilmiş 32.45 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 19:00 radələrində Hacıqabul rayonunun Ələtli kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdeh X4 idarə etdiyi “VAZ 21074” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2106” markalı, 30-BB184 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “VAZ 21074” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Təmir smetasına əsasən “VAZ 2106” markalı, 30-BB184 dövlət qeydiyyat nişanlı avtomobilə 1245 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən zərərin məbləği olaraq 1245 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X8 bank hesabına ödənilmişdir. Hacıqabul PŞ-nin TB-nin təhqiqatçısı, polis baş kapitanı Natiq Həsənovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və YNH təffərüatları barədə arayışından göründüyü kimi cavabdeh X1 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh 18 aprel 2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" ASC-nin ona qarşı 1245 manat zərər məbləğinin və 32.45 manat dövlət rüsumu tələbi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “VAZ 21074” markalı ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci ildə Hacıqabul rayonu Ələtli kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “VAZ 21074” markalı ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1245 manat zərər dəyməsi müəyyən edilərək iddiaçı tərəfindən 1245 manat sığorta ödənişi zərərçəkmiş şəxs X8 bank hesabına ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin DYPB tərəfindən barəsində AR İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi sürücülük vəsiqəsinin etibarlılıq müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi əsas olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(071)-447/2020 saylı qərarı ilə onun AR İXMnin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi öz təsdiqini tapmamış, ona İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri edilmişdir. İddiaçı “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə zərərçəkmiş şəxs X9 ödənilmiş 1245 manat zərəri subroqasiya qaydasında ondan tələb edir və iddianın əsasını onun sürücülük hüququ olmadan avtomobili idarə etməyi təşkil edir. Halbuki Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(071)-447/2020 saylı qərarında COVİD 19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə vətəndaşları hərəkətinin məhdudlaşdırılması, bu səbəbdəndə etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaşlıq pasportu, sürücülük vəsiqələri və nəqliyyat vasitələrini idarə etmək üçün verilmiş etibarnamələrin xüsusi karantin rejimi başa çatanadək etibarlı sayılması öz əksini tapmışdır. Qeyd edildiyi kimi onunda etibarlıq müddəti bitmiş sürücülük vəsiqəsinin dəyişdirilməməsi öz iradəsindən asılı olmamış, xüsusi karantin rejimi ilə bağlı olmuşdur. İddiaçı qeyd olunanları nəzərə almadan əsassız olaraq onun sürücülük hüququ olmadan avtomobili idarə etməyini əsas göstərərək ondan 1245 manat zərərin geri ödənilməsini tələb edir. Qeyd olunanlar iddiaçı "xxxx" ASC-nin ona qarşı pul tələbi ilə bağlı iddia ərizəsinin əsassızlığını sübut edir. Şirvan şəhər Məhkəməsinin 2(032)-620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbi dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin DYPB tərəfindən barəsində AR İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi sürücülük vəsiqəsinin etibarlılıq müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi əsas olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(071)-447/2020 saylı qərarı ilə onun AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi öz təsdiqini tapmamış, ona İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(071)-447/2020 saylı qərarında COVİD 19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə vətəndaşları hərəkətinin məhdudlaşdırılması, bu səbəbdəndə etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaşlıq pasportu, sürücülük vəsiqələri və nəqliyyat vasitələrini idarə etmək üçün verilmiş etibarnamələrin xüsusi karantin rejimi başa çatanadək etibarlı sayılması öz əksini tapmışdır. Qeyd edildiyi kimi onunda etibarlıq müddəti bitmiş sürücülük vəsiqəsinin dəyişdirilməməsi öz iradəsindən asılı olmamış, xüsusi karantin rejimi ilə bağlı olmuşdur. Bu səbəbdən də iddianın əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 03 iyul 2020-ci il tarixdə saat 19 radələrində Hacıqabul rayonu Ələtli kəndində, avtomobil yolunda X7 idarə etmə hüquq olmadan etibarnamə ilə idarə etdiyi “VAZ 21074” minik markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobillə 70-80 km/saat sürətilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin tələblərini pozub, üzü döngəyə doğru hərəkət edərək həmin yolda əks istiqamətdə hərəkətdə olan X8 idarə etdiyi “VAZ 2106” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini görüb tormuz əyləcini bassa da, avtomobili yığışdıra bilməyib həmin avtomobillə toqquşmasına səbəb olmuş, nəticədə hər iki avtomobitə maddi ziyan dəymiş və “VAZ 2106” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X10 dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər almışdır, hadisə nəticəsində ölən, sağlamlığına az ağır və ya ağır zərər vurulan şəxslər olmadığından fakta görə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilməlidir. X2 əməlində YHHQ-nun 50-ci maddəsinin tələblərini va Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xətalara dair işlərə Daxili İşlər Nazirliyi baxdığından qərarın surəti Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraatın açılması üçün Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməsi qərar alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarxli icbari sığorta müqaviləsindən görünür ki, X5 məxsus “VAZ 2106” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icbari sığortalanmışdır. İş materiallarında olan Gəncə şəhəri Uğur Qrup MMC fiziki şəxs qismində avtomobillərin qiymətləndirilmə fəaliyyətini aparan X13 “VAZ 2106” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğraması nəticəsində avtomobilə 1245 manat zərər dəydiyini müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli PXA69438 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də sığortalı olan X5 məxsus “VAZ 21074” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomabil ilə “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, X11 akta uyğun olaraq dəymiş ziyan olaraq 1245 manat sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, zərərçəkmiş şəxs X8 bank hesabına "xxxx" ASC tərəfindən 1245 manat pul ödənilmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(071)-447/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-i tərəfindən X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən inizbati xəta haqqında material ilə məhkəmə müraciət edilmiş, məhkəmənin qərarına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati protokol üzrə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan görünür ki, X4 əməli İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsindən, həmin məcəllənin 328.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 19:00 radələrində Hacıqabul rayonu Ələtli kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh X4 idarə etdiyi “VAZ 21074” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “VAZ 21074” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Təmir smetasına əsasən “VAZ 2106” markalı, 30-BB184 dövlət qeydiyyat nişanlı avtomobilə 1245 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən zərərin məbləği olaraq 1245 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X8 bank hesabına ödənilmişdir. Əsas olaraq Hacıqabul PŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və yol nəqliyyat hadisəsi zamanı cavabdeh X1 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməsi olmuşdur. Məhkəmə həmçinin müəyyən etdi ki, Hacıqabul rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(071)-447/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən X4 əməli İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsindən, həmin məcəllənin 328.2-ci maddəsinə tövsif edilmiş və sonuncu Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC ödəmiş olduğu sığorta ödənişinin cavabdeh X3 tutulmalı olduğunu iddia edir və iddianın əsası kimi sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi - icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Eyni zamanda “İcbari sığortalar haqqında" Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsi ilə sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi 5000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi 5000 manat məbləğində müəyyən edilmişdir. İşin fakitiki hallarından göründüyü kimi qeyd edilən sığorta hadisəsi sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərizində baş vermiş və müqavilə üzrə müəyyən edilmiş sığorta ödənişi həddində (1245 manat) zərər dəymişdir. İddiaçı, iddia edir ki, hazırkı mübahisə üzrə onun subroqasiya hüququ yaranmışdır və subroqasiya hüququnun yaranması üçün əsas mülki iş üzrə cavabdeh X4 yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması halının mövcud olmasıdır. Həmin halın sübutu kimi iddiaçı Hacıqabul RPŞ-nin TB-nin tədqiqatçısı, polis baş kapitanı Natiq Həsənovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında X7 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyəti üzrə Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməsi olmuşdur. “İcbari sığortalar haqqında" Qanunun 25-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır (maddə 25.1; 25.1.3). Göründüyü kimi qeyd edilən qanuna və iddiaçının iddia etdiyi hala uyğun olaraq subroqasiya hüququnun yaranması üçün icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halının mövcud olması vacib amildir. Lakin işin faktiki hallarından göründüyü kimi iddiaçının istinad etdiyi Hacıqabul RPŞnin TB-nin tədqiqatçısı, polis baş kapitanı Natiq Həsənovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilən (X7 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyəti üzrə Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməsi) hal üzrə iş Hacıqabul RPŞ-nin DYPB-nə göndərilmiş və sonuncu tərəfindən inzibati xəta haqqında material üzrə Hacıqabul rayon Məhkəməsinə müraciət edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(071)-447/2020 nömrəli qərarı ilə X4 əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsindən, həmin Məcəllənin 328.2-ci maddəsinə tövsif edilmiş və həmin maddənin sanksiyası həddində 50 manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi hazırkı mülki iş üzrə iddiaçının subroqasiya qaydasında məhkəməyə müraciət etmək hüququ verən hal aradan qaldırılmışdır. Bu da özlüyündə belə bir nəticəyə gəlməyə əsas verir ki, hadisə zamanı sürücünün (X7) sürücülk hüququ mövcud olmuşdur və onun tərəfindən hadisə törədilən zaman onun əməli “İcbari sığortalar haqqında" Qanunun 25-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə həmçinin xatırladır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 32.45 (otuz iki manat qırx beş qəpik) dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 32.45 (otuz iki manat qırx beş qəpik) dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1245 (min iki yüz qırx beş) manat zərər məbləğinin və ödənilmiş 32,45 (otuz iki manat 45 qəpik) dövlət rüsumunun cavabdeh X3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhəri Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar