Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-626/2025 12.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş əri X6 20 noyabr 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X12 ilə nikahlarını xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1987-ci il tarixdə X10 və xx.xx.1989-cu il tarixdə X13 adlı uşaqları anadan olmuşdur. Həyat yoldaşı X12 onkoloji xəstəlikdən əziyyət çəkirdi. Dəfələrlə müayinə və müalicə olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Həyat yoldaşını Sumqayıt şəhərində yerləşən şəhər Mərkəzi Xəstəxanasına müayinə olunması üçün getmişlər. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan bacısı X1 yaşadığı evdə olarkən həyat yoldaşı X6 hərarəti yüksəlməklə vəziyyəti dəyişmiş, bu barədə 103 zəng mərkəzinə zəng vurmaqla təcili tibbi yardım briqadası gəlməklə xəstənin nəbzini yoxladı və ürək döyüntülərinin zəifləməsini bildirdi. Həkim briqadası evdən gedəndən bir neçə saat sonra həyat yoldaşı dünyasını dəyişmişdir. Həyat yoldaşı Şirvan şəhər qəbirstanlığında xx.xx.2024-cü il tarixdə dəfn edilmişdir. Hazırda mərhum həyat yoldaşından miras qalmış daşınmaz əmlak üzrə vərəsəlik hüququ şəhadətnaməsi alınması zərurəti yaranmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması zamanı əri X6 ölüm haqqında şəhadətnaməsinin zəruriliyi bildirilmişdir. Həkim arayışı olmadığından ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Asim Əliyev Ərizəçi əri olub. 21 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Onu Şirvan şəhər el qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər qəbirstanlığının rəhbəri X3, idarənin içisi X7, Həsənov Vidadi Vəkil oğlu və Həsənov vüqar Vəkil oğlunun iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X12 xx.xx.2024-cü ildə Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 arasında nikah Əli-Bayramlı (indiki Şirvan) şəhər Nikahın qeydə alınması evində xx.xx.1984-cü ildə 697 nömrə ilə qeydə alınmış, X4 nikaha daxil olaraq “Əliyeva” soyadını qəbul etmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-77 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1962-ci ildə Şirvan şəhərində anadan olmuş əri X6 xx.xx.2024-cü ildə Şirvan şəhərində ölməsi faktının qeydə alınması barədə müraciətə Maraqlı şəxsndə baxılmışdır. Müəyyən olunmuşdur ki, müraciəti iddia etdiyi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əlavə edilməmiş və verdiyi məlumatda, aidiyyəti qurumdan ölüm ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi bildirilmişdir. Görülmüş tədbirlər üzrə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.1962-ci il təvəllüdlü X6 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Qəbirüstü abidənin fotoşəkilində 1962-2024-ci il təvəllüdlü X8 məxsus olması yazılan qəbr daşı əks olunub. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, əri X6 xx.xx.2024-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 fevral 1962-ci il tarixdə Şirvan şəhərində doğulmuş X6 20 noyabr 2024-cü ildə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli manov
Məhkəmə qərarları › İş №2(032)-626/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-626/2025
12.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver