Məhkəmə qərarları › İş №2(032)-631/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-631/2023

05.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-631/2023 05.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 403nkSLY/22 nömrəli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 46 ay müddətinə illik 25% olmaqla 2633 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2597 manat 90 qəpik əsas, 460 manat 77 qəpik faiz, 8 manat 90 qəpik cərimə borcu, ümumilikdə 3067 manat 57 qəpik məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 51 manat 08 qəpik məbləğində pulun tutulmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X2 müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, xx.xx.2023-ci il tarixdə cavabdehə çatdırılmış, bildiriş rəsmi qaydada alındığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, 403nkSLY/22 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 46 ay müddətinə illik 25% olmaqla 2633 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il 403nkSLY/22 nömrəli kredit müqaviləsinin 1 saylı Əlavəsindən görünür ki, Cavabdeh hər ay 90 manat ödəməlidir. xx.xx.2023-cü il tarixli tarixli maliyyə arayışından görünür ki Cavabdeh xx.xx.2023-cü il tarixinə 2597 manat 90 qəpik əsas, 460 manat 77 qəpik faiz, 8 manat 90 qəpik cərimə borcu, ümumilikdə 3067 manat 57 qəpik məbləğində borcu vardır . xx.xx.2023-cü il tarixli bildirişin surətindən və göndərilməsini təsdiqləyən xəbərnamədən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqaviləsi ilə aldıqlarını iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 2597 manat 90 qəpik əsas, 460 manat 77 qəpik faiz, 8 manat 90 qəpik cərimə borcu, ümumilikdə 3067 manat 57 qəpik məbləğində pulu "xxxx" Kommersiya Bankı ASC-yə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 51 manat 08 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2597 (iki min beş yüz doksan yeddi) manat 90 (doxsan) qəpik əsas, 460 (dörd yüz altımış) manat 77 (yetmiş yeddi) qəpik faiz, 8 (səkkiz) manat 90 (doxsan) qəpik cərimə borcu, ümumilikdə 3067 (üç min altmış yeddi) manat 57 (əlli yeddi) qəpik məbləğində pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 51 (əlli bir ) manat 08 (səkkiz) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, Tel.: № /021/ 215-01-51, Faks: /021/215-42-36 www.shirvancourt.gov.az, e-mail: Elektron ünvan 1.az № 2(032)-633/2023 23 fevral 2023-cü il "xxxx" Kommersiya ASC Ünvan: AZ 5700,Şəmkir şəhəri,20 Yanvar küçəsi 1 Şirvan Şəhər Məhkəməsinin 2(032)-633/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova № 2(032)-633/2023 23 fevral 2023-cü il X3 Ünvan: Şirvan şəhəri H.Z.Tağiyev küçəsi ev ,17 Şirvan Şəhər Məhkəməsinin 2(032)-633/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, Tel.: № /021/ 215-01-51, Faks: /021/215-42-36 www.shirvancourt.gov.az, e-mail: Elektron ünvan 1.az № 2(032)-383/2023 23 fevral 2023-cü il “X1” ASC Ünvan: AZ 2700, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19A Şirvan Şəhər Məhkəməsinin 2(032)-383/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova № 2(032)-383/2023 23 fevral 2023-cü il “X1” ASC Ünvan: AZ 2700, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19A Şirvan Şəhər Məhkəməsinin 2(032)-383/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar