Məhkəmə qərarları › İş №2(032)-669/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-669/2023

28.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-669/2023 28.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/023/2023-00433 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahları Ağdaş RİHB-nin Güvəkənd kənd inzibati ərazi dairəsində xx.xx.2009-cu il tarixdə, 03 saylı nikah akt qeydi üzrə qeydə alınmışdır. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur.Maraqlı şəxs ilə ailə qurarkən onu yaxşı tanımamış və xasiyyətinə yaxşı bələd olmamışdır. Onunla xasiyyətləri uyğun gəlmir. Aralarında olan nikah formal xarakter daşıyır. Bu səbəbdən də Maraqlı şəxs ilə aralarında olan nikahın pozulması üçün qəti qərara gəldi. Maraqlı şəxslə aralarında “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mediasiya sessiyası keçirilmiş, aralarında MŞS/023/2023-00433 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlandı. Sazişin şərtlərinə əsasən, hər ikisi aralarında olan nikah qeydinin pozulması razı oldular, Maraqlı şəxs nikah pozulduqdan sonra övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 200 manat sabit pul məbləğində alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müddət keçsədə onun tərəfindən aliment ödənilməmişdir. Ərizəçi və Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Maraqlı şəxs iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin ərizələrini nəzərə alıb, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Maraqlı şəxs ilə X1 arasında nikah 20 iyun 2009-cu ildə Ağdaş RİHB-nin Güvəkənd kənd İƏD-si Nümayəndəliyində 03 № ilə qeydə alınmış, X1 nikaha daxil olaraq “Abbasova” soyadını qəbul etmişdir. Müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə MŞS/023/2023-00433 nömrəli mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən: Ərizəçi ilə Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2009-cu il tarixli, 03 nömrəli nikah qeydinin pozulmasına razıdırlar və boşanmağa dair öhdəlik götürür, Maraqlı şəxs nikah pozulduqdan sonra övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 200 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyə dair öhdəlik götürür. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-355-26.1.1-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, tərəflər arasında qanunamüvafiq qaydada mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, tərəflər müvafiq ailə münasibətlərindən irəli gələn nikahın pozulması və aliment barədə razılığa gəlmiş və razılıqları müvafiq barışıq sazişi ilə təsdiq edilmişdir, hazırda sözügedən sazişin ləğvi və ya etibarsızlığı, qanuna zidd olması ilə bağlı məhkəmə tərəfindən hər hansı bir hal müəyyən edilmədiyindən ərizə təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış 01 mart 2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Sabirabad 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə tərtib olunmuş - Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 03 nömrəli nikah qeydinin pozulmasına və nikah pozulduqdan sonra övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 200 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyə dair öhdəlik götürməsi barədə - 01 mart 2023-cü il tarixli, MŞS/023/2023-00433 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar