Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-693/2023 16.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 6456sSLY/20 kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank “Borcalan”a 60 ay müddətində (36 ay kredit xətti, 24 ay kredit),10000 AZN-dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari,kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədilə təyinatına uyğun istifadə etməti və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə maksimum 1.5%,nağdsız əməliyyatlar üzrə isə 0 % kommisiya haqqı hesablanır və növbəti ödəniş zamanı Borcalan tərəfindən əlavə olaraq ödənilir.Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin öddənilməsinə dair öhdəliyi vaxtında və və lazımi icra etməmişdir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət ederek bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 998 manat 83 qəpik əsas borc, 246 manat 14 qəpik faiz borcu, ümumilikdə 1244 manat 97 qəpik məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 32 manat 85 qəpik məbləğində pulun tutulmasını tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilsə də qeyd olunan ünvandan köçdüyündən geri qayıtmış (xx.xx.2023), Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2021-ci il tarixli, 6456Ssly/20 nömrəli kredit müqaviləsinə əsasən Bank “Borcalan”a 60 ay müddətində (36 ay kredit xətti,24 ay kredit),10000 AZN-dək məbləğdə kredit limiti ayırır. Bank borcalana bank hesabı (cari,kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədilə təyinatına uyğun istifadə etməti və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə maksimum 1.5%,nağdsız əməliyyatlar üzrə isə 0 % kommisiya haqqı hesablanır və növbəti ödəniş zamanı "Borcalan" tərəfindən əlavə olaraq ödənilir. xx.xx.2023-cü il tarixli tarixli maliyyə arayışından görünür ki Cavabdeh xx.xx.2023-cü il tarixinə 998 manat 83 qəpik əsas, 246 manat 14 qəpik, ümumilikdə 1244 manat 97 qəpik məbləğində borcu vardır . xx.xx.2022-cü il tarixli bildirişin surətindən və göndərilməsini təsdiqləyən xəbərnamədən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqaviləsi ilə aldıqlarını iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 998 manat 83 qəpik əsas, 246 manat 14 qəpik faiz, ümumilikdə 1244 manat 97 qəpik məbləğində pulu "xxxx" Kommersiya Bankı ASC-yə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 32 manat 85 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3cü maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 998 (doqquz yüz doxsan səkkiz ) manat 83 (səksən üç) qəpik əsas, 246 (iki yüz qırx altı) manat 14 (on dörd) qəpik faiz, ümumilikdə 1244 (min iki yüz qırx dörd) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki ) manat 85 (səksən beş) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASCyə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, Tel.: № /021/ 215-01-51, Faks: /021/215-42-36 www.shirvancourt.gov.az, e-mail: Elektron ünvan № 2(032)-633/2023 23 fevral 2023-cü il "xxxx" Kommersiya ASC Ünvan: AZ 5700,Şəmkir şəhəri,20 Yanvar küçəsi 1 Şirvan Şəhər Məhkəməsinin 2(032)-633/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova № 2(032)-633/2023 23 fevral 2023-cü il X2 Ünvan: Şirvan şəhəri H.Z.Tağiyev küçəsi ev ,17 Şirvan Şəhər Məhkəməsinin 2(032)-633/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, Tel.: № /021/ 215-01-51, Faks: /021/215-42-36 www.shirvancourt.gov.az, e-mail: Elektron ünvan № 2(032)-383/2023 23 fevral 2023-cü il “X1” ASC Ünvan: AZ 2700, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19A Şirvan Şəhər Məhkəməsinin 2(032)-383/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova № 2(032)-383/2023 23 fevral 2023-cü il “X1” ASC Ünvan: AZ 2700, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19A Şirvan Şəhər Məhkəməsinin 2(032)-383/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-693/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-693/2023
16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver