Məhkəmə qərarları › İş №2(032)-697/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-697/2023

02.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-697/2023 02.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3131,99 manat əsas borc, 46,3 manat faiz borcu, cəmi 3178,29 manat məbləğində borcun və 52 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra — İddiaçı QSC) ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 48 saylı X3 bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 3159.45 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. X3 üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 48 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh1 güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış xx.xx.2019-cu il tarixli 48 saylı X2 əsasən cavabdeh mirzəyeb Rais Gülbala oğlunun İddiaçı QSC-yə olan əsas borcu 3131,99 manat, faiz borcu 46,3 manat olmaqla, cəmi borc 3178,29 manat (üç min yüz yetmiş səkkiz manat, iyirmi doqquz qəpik) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (İddiaçı QSC) Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 48 saylı X3 bağlanmışdır. Göstərilən müqaviləyə əsasən sonuncuya illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətinə 3159,45 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 48 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 48 saylı X3 üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmələri barədə bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ümumi məbləği 3159,45 manat təşkil etməklə, 60 ay (12 ay güzəşt müddəti) müddətinə ödəmək şərtilə kredit verilib. İş materiallarında olan məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə 3131,99 manat əsas borcu, 46,3 manat faiz borcu, cəmi 3178,29 məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı borclu Cavabdeh1 və zamin X1 borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun ödənişinin təmin edilməsi barədə xəbərdar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739, 470 və 472ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3131,99 manat əsas kredit borcu, 46,3 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 3178,29 manat cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən kredit müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin verilməsi ilə bağlı 52,18 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən ödənilmiş 52 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3131,99 manat əsas borc, 46,3 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 52 manat, cəmi 3230,29 manat (üç min iki yüz otuz manat iyirmi doqquz qəpik) manat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhəri Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar