Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-703/2025 12.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı ildə anadan olmuş X9 xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il təvəllüdlü qardaşı X9 xx.xx.2006-cı ildə vəfat etmişdir. Lakin qardaşı vəfat edərkən dərin sarsıntı hissi keçirdiklərindən ona həmin vaxt tibbi sənədlər ala bilmədikləri səbəbindən ölüm haqqında şəhadətnamə verilməmişdir. O qardaşı X4 ölümünün qeyd edilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən 05 mart 2025-ci il tarixli məktubla müraciətinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bütün bunlara əsaslanaraq, hesab edir ki, xx.xx.1976-cı il təvəllüdlü qardaşı X4 xx.xx.2006-cı ildə ölümünün qeyd edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verib bildirdi ki, Ərizəçi və onun mərhum qardaşı X9 onun qonşusu olmuşdur. X9 qəfildən vəfat etmişdir. Onun dəfn mərasimində iştirak etmişdir, belə ki, o, Şirvan şəhərində el qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, Ərizəçi və onun mərhum qardaşı X9 onun qonşusu olmuşdur. Onun dəfn mərasimində iştirak etmişdir, o, Şirvan şəhərində el qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, Ərizəçi onun yoldaşının əmisi oğludur. X1 qəflətən vəfat etmişdir. Onun dəfn mərasimində iştirak etmişdir, o, Şirvan şəhərində el qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır . İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969-cu ildə Əli- Bayramlı şəhərində anadan olmuş Ərizəçi atası X7 və anası X2r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş X4 atası X7 və anası X2r. Şirvan şəhər qəbirstanlığının rəhbəri X10, idarənin işçisi X11, rəhmətliyin yaxın qohumu X5, rəhmətliyin qonşusu X3, rəhmətliyin qardaşı Ərizəçi, rəhmətliyin yaxın qohumu X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X9 xx.xx.2006-cı il tarixdə Şirvan şəhər Qəbirstanlığında dəfn edilmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-102 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.1976-cı il təvəllüdlü X4 xx.xx.2006-cı il tarixdə ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi qardaşı – xx.xx.1976-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X4 xx.xx.2006-cı ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1976-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X4 xx.xx.2006-cı ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X4 xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-703/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-703/2025
12.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver