Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-770/2023 03.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 1490.91 manat əsas, 256.14 manat faiz, 8.89 manat cərimə, cəmi 1755.94 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 37.96 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və cərimənin tutulmasına dair mülki iş üzrə iddia tələblərindən banka olan borc məbləği tam olaraq ödənildiyi üçün imtina edərək və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçının iddia tələbindən imtina qəbul olunmasına və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə hazırki iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iş üzrə cavabdeh tərəfindən borc tam ödənildiyindən iddiaçı tərəfindən iddiadan imtina olunmaqla iş üzrə icraata xitam verilməsi xahiş olunduğundan, eyni zamanda bu hal iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmçinin iş üzrə icraata xitam verilərək, iddia ərizə geri qaytarıldığından iddiaçı tərəfindən Şirvan şəhər Məhkəməsinə müraciət edilməsi üçün ödənilmiş 37,96 manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, xx.xx.2023-cüil tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən 37,96 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərəsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 37,96 manat dövlət rüsumu (qəbzin nömrəsi **********, xx.xx.2023-cü il tarixli) "xxxx" Kommersiya Bankı ASC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-770/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-770/2023
03.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver