Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-8/2025 07.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh X7 iştirakları ilə, İddiaçı cavabdeh X10 qarşı yoldan istifadə ilə bağlı maneənin aradan qaldırılması və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hüdudları aşılmaqla ümumi istifadədə olan avtomobil və piyada yolu üzərində inşa edilmiş dəmir torun sökülməsi və əvvəlki ümumi istifadədə olan avtomobil və piyada yolunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanının şərq hissəsində İddiaçı məxsus köhnə fərdi yaşayış evi, qərb hissəsində isə oğlu üçün tikdirmiş olduğu sahəsi 90 kv/m olan fərdi yaşayış evi mövcuddur. Şərq hissədə yerləşən köhnə fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin küçə yoluna birbaşa çıxışı mövcuddur. Qərb hissədə olan fərdi yaşayış evinin torpaq sahəsinin isə əks istiqamətdə yerləşən və eni 12 metr olan küçəyə birbaşa çıxış yolu faktiki olaraq qonşu tərəfindən dəmir tor ilə bağlanmışdır. İddiaçı ilk olaraq yoldan istifadəyə olan maneənin aradan qaldırılması, özbaşına tikilinin sökülməsi ilə əlaqədər xx.xx.2021-ci il tarixdə Şirvan bələdiyyəsinə rəsmi ərizə ünvanlanmışdır. Bundan sonra Şirvan bələdiyyəsinin əməkdaşları xx.xx.2021-ci il tarixdə mübahisəli torpaq sahəsinə hər iki tərəfin iştirakı ilə baxış keçirdilər. Mübahisənin ilk növbədə bələdiyyə tərəfində həllinə çalışdılar. Lakin cavabdeh və əri Cavabdeh qəti surətdə yolun onlara məxsus olduğunu bildirsə də buna dair heç bir sənəd təqdim edə bilməmişdirlər. Bələdiyyə əməkdaşları mübahisənin məhkəmədən kənar həlli mümkünsüz olduğunu hər iki tərəfə izah etdiyindən məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulmuş yolun hərəkət hissəsində müvafiq icazələr alınmadan qanunsuz dəmir tor çəkməklə və ümumi istifadə yolunda maneə yaratmaqla iddiaçının həmin yoldan maneəsiz və sərbəst istifadə imkanını məhdudlaşdırmışdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia ərizəsində qeyd edilən cavabdeh X3 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş və işin baxılması zamanı iddiaçı X11 əsl iddiaçı X15 ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, yeni tikilmiş fərdi yaşayış evi qanunsuz, özbaşına, heç bir sənədləşdirilmə aparılmadan tikildiyindən sözügedən sahədə yoldan istifadə ilə bağlı maneənin aradan qaldırılması və özbaşına tikilinin sökülməsi haqqında tələbi təmin edilə bilməz. İddiaçının özü tərəfindən torpaq sahə özbaşına zəbt olunmuş və orada yeni fərdi yaşayış evi heç bir sənədləşdirilmə aparılmadan qanunsuz tikilmişdir. Üstəlik də ümumi istifadədə olan bütün məhəllə daxili yollar, küçə və meydanlar Şirvan şəhəri Şirvan Bələdiyyəsin mülkiyyətində olduğundan, iddia tələbi ilə məhkəməyə məhz Şirvan şəhəri Şirvan Bələdiyyəsi müraciət edə bilər. İndiki halda iddiaçı X16 həyətyanı torpaq sahəsinə özbaşına, heç bir sənədləşdirilmə işləri aparılmadan əlavə etdiyi zəbt sahəsində yeni tikilmiş fərdi yaşayış evinin küçə yoluna, ümumi istifadədə olan yola birbaşa çıxış yoluna çıxış əldə etmək istəyir, daha doğrusu özbaşına tikintiyə haqq qazandırmaq istəyir, bu tələb qanunvericiliklə məqbul deyildir. İddiaçı X8 məhkəmə baxışına təqdim etdiyi ilkin torpaqayırma sənədindən görünür ki, xx.xx.2021-ci il tarixli X28 şəhər filialından verilmiş arxiv arayışından məlum olur ki, iddia X1 Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 25 yanvar 1984-cü il tarixli 2 nömrəli protokolundan çıxarışla 17 nömrəli 23 yanvar 1984-cü il tarixində Sabir küçəsi 40 A saylı ünvanda 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı tərəfindən həmin ayrılmış torpaq sahəsindən əlavə xeyli torpaq sahəsi özbaşına olaraq zəbt olunmuş və həmin torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparılmışdır. İddiaçı X2 yoluna ümumi istifadədə olan yola birbaşa çıxış yolu mövcuddur. X24 3-16-16-16/2-10/5338 saylı 09 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, iddiaçı X8 texniki pasportda qeyd edilmiş torpaq sahəsinin ölçüləri 0.1236 ha olmasına baxmayaraq faktiki olaraq 0,1424 ha təşkil edir. Ekspertin bu rəyi şübhə doğurur. Müvafiq aparatla ölçmə işləri yenidən həyata keçirilməlidir. Cavabdeh X3 həyat yoldaşı Cavabdeh oğunun adına tərtib edilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin ölçüləri 0.21 ha olmasına baxmayaraq faktiki olaraq 0,3020 ha təşkil edir. Artıq zəbt edilmiş torpaq sahələri Şirvan Bələdiyyəsinin ehtiyat torpaq fonduna geri qaytarılmalıdır. Məhkəmə qətnaməsi çıxarılarkən qanunsuz inşa edilmiş bütün tikililər sökülməli artıq zəbt edilmiş torpaq sahələri Şirvan Bələdiyyəsinin ehtiyat torpaq fonduna geri qaytarılmalıdır. Beləliklə, sözügedən ekpert rəyi birtərəfli qaydada əks olunmuşdur. Ekspert rəyində şübhə doğuran məqamlar çoxdur. Ona görə də ekspertiza yenidən keçirilməli, ilkin torpaqayırma sənədləri tərəflər tərəfindən məhkəməyə iş materiallarına təqdim olunmalı, texniki pasportda əks olunmuş texniki göstəricilərin ilkin mənbəyi müəyyən olunduqdan sonra iddiaçının və ya cavabdehin hesabına yenidən ekspertiza keçirilməlidir. Yekun nəticədə zəbt edilmiş torpaq sahələri də üstəlik baza məlumatlarına görə Şirvan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələridir. Məhkəmə qətnamə çıxararkən qanunsuz inşa edilmiş bütün tikililərin sökülməli, artıq zəbt edilmiş torpaq sahələri Şirvan Bələdiyyəsinin ehtiyat fonduna geri qaytarılmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 25 yanvar 1984-cü il tarixli iclasının 02 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Əli- Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 23 yanvar 1984-cü il tarixli tarixli 17 nömrəli qərarı ilə Şirvan şəhəri, M.Ə.Sabir küçəsi 40 A nömrəli sahədə tikilmiş 1 mərtəbəli, 1 otaqlı fərdi ev və 600 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2- 3560/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və X3 adı barədə 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Şirvan bələdiyyəsinin aparat rəhbəri X19, “Torpaq Təmir- Tikinti şöbəsi”nin müdiri X5, “Maliyyə və vergilər” şöbəsinin müfəttişi X27 və ərizəçi Sabir küçəsi 40-da yaşayan X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, “Sabir küçəsində X12 məxsus həyətyanı torpaq sahəsinə tərəfimizdən baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, vətandaş X12 məxsus torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur. Sözügedən torpaq sahəsinin şərq hissəsində Əlisəfa Həsənova məxsus köhnə fərdi yaşayış evi (texniki pasport üzrə inventar №3125) qərb hissəsində isə vətəndaş İddiaçı oğlu X17 məxsus sahəsi 90 kv/m (10m x 9m) olan fərdi yaşayış evləri mövcuddur. Bildiririk ki, vətandaş Əlisəfa Həsənova məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində küçə yoluna birbaşa çıxış mövcuddur. X13 Həsənovun fərdi evinin və atası tərəfindən ona ayrılmış torpaq sahəsinin isə əks istiqamətdə yerləşən və eni 12 metr olan küçəyə birbaşa çıxış yolu faktiki olaraq qonşu tərəfindən dəmir tor ilə bağlanmışdır. Azərbaycan Respublikası “Torpaq məcəlləsi”nin 106-cı maddəsi əsas götürməklə mübahisənin məhkəmədən kənar həllinə çalışaraq Əlisəfa Həsənovun qonşu Cavabdeh izahat verilərək bildirilmişdir ki, vətəndaş X14 ünvanladığı xx.xx.2021-ci il tarixli 153 saylı ərizəsinə əsasən mübahisəli torpaq sahəsinə baxış keçirdik və hər iki tərəf iştirak etdiyi üçün mübahisə ilk növbədə Bələdiyyə tərəfində həl edilə bilər. Lakin vətandaş Cavabdeh qəti surətdə bildirmişdir ki, bu yol mənə məxsusdur. X21 yola çıxış açmasına razı deyil. Lazım gəlsə məhkəməyə və digər dövlət orqanlarına şikayət edəcəkdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığı üçün onun məhkəmə qaydasında həlli hər iki tərəfə tərəfimizdən ətraflı izah edildi.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2- 1723/2024 saylı məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, 1. İddiaçı adına tərtib edilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin ölçüləri 0.1236 ha olmasına baxmayaraq faktiki olaraq isə 0.1424 ha təşkil edir. Cavabdeh X3 həyat yoldaşı Cavabdeh adına tərtib edilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin ölçüləri 0.21 ha olmasına baxmayaraq faktiki olaraq isə 0.3020 ha təşkil edir. 2. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən və texniki pasportda qeyd edilən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin küçə yoluna, ümumi istifadədə olan yola birbaşa çıxışı mövcuddur. Lakin iddiaçı tərəfindən həyətyanı torpaq sahəsində yeni tikilmiş fərdi yaşayış evinin küçə yoluna, ümumi istifadədə olan yola birbaşa çıxışı yoxdur. Onun ümumi istifadədə olan yola çıxışını qeyrimümkün edən cavabdehin dəmir məftillərlə hasara aldığı maneələr vardır. 3. X11 tərəfindən özünə məxsus fərdi yaşayış evinə və həyətyanı sahəsinə dair texniki pasportda göstərilmiş hüdudları aşılmaqla əlavə zəbt edilmiş və iddiaçının iddia etdiyi sahə baza məlumatlarında ümumi istifadədə olan yollar və küçələr kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5338 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-1723/24 nömrəli mütəxəssis reyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: İddiaçı adına tərtib edilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin ölçüləri 0.1236 ha olmasına baxmayaraq faktiki olaraq isə 0.1424 ha təşkil edir. Cavabdeh X3 həyat yoldaşı Cavabdeh adına tərtib edilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin ölçüləri 0.21 ha olmasına baxmayaraq faktiki olaraq isə 0.3020 ha təşkil edir. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən və texniki pasportda qeyd edilən fərdi yaşayış evinin həyətyanı topaq sahəsinin küçə yoluna, ümumi istifadədə olan yola birbaşa çıxışı mövcuddur. Lakin iddiaçı tərəfindən həyətyanı torpaq sahəsində yeni tikilmiş fərdi yaşayış evinin küçə yoluna, ümumi istifadədə olan yola birbaşa çıxışı yoxdur. Onun ümumi istifadədə olan yola çıxışını qeyri-mümkün edən cavabdehin dəmir məftillərlə hasara aldığı maneələr olduğu müəyyən edilir. X11 tərəfindən özünəməxsus fərdi yaşayış evinə və həyətyanı sahəsinə dair texniki pasportda göstərilmiş hüdudları aşılmaqla əlavə zəbt edilmiş və iddiaçının iddia etdiyi sahə baza məlumatlarında ümumi istifadədə olan yollar və küçələr kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 157.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. 20.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşutəsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 23 yanvar 1984-cü il tarixli tarixli 17 nömrəli qərarı ilə Şirvan şəhəri, M.Ə.Sabir küçəsi 40 A nömrəli sahədə tikilmiş 1 mərtəbəli, 1 otaqlı fərdi ev və 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmçinin iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı adına tərtib edilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin ölçüləri 0.1236 ha olmasına baxmayaraq faktiki olaraq isə 0.1424 ha təşkil edir. Cavabdeh X3 həyat yoldaşı Cavabdeh adına tərtib edilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin ölçüləri 0.21 ha olmasına baxmayaraq faktiki olaraq isə 0.3020 ha təşkil edir. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən və texniki pasportda qeyd edilən fərdi yaşayış evinin həyətyanı topaq sahəsinin küçə yoluna, ümumi istifadədə olan yola birbaşa çıxışı mövcuddur. Lakin iddiaçı tərəfindən həyətyanı torpaq sahəsində yeni tikilmiş fərdi yaşayış evinin küçə yoluna, ümumi istifadədə olan yola birbaşa çıxışı yoxdur. Onun ümumi istifadədə olan yola çıxışını qeyri-mümkün edən cavabdehin dəmir məftillərlə hasara aldığı maneələr olduğu müəyyən edilir. Cavabdeh tərəfindən özünəməxsus fərdi yaşayış evinə və həyətyanı sahəsinə dair texniki pasportda göstərilmiş hüdudları aşılmaqla əlavə zəbt edilmiş və iddiaçının iddia etdiyi sahə baza məlumatlarında ümumi istifadədə olan yollar və küçələr kimi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə cavabdeh tərəfindən özünəməxsus fərdi yaşayış evinə və həyətyanı sahəsinə dair texniki pasportda göstərilmiş hüdudları aşılmaqla əlavə torpaq sahəsi zəbt edilmiş və mübahisəli ərazi sahə baza məlumatlarında ümumi istifadədə olan yollar və küçələr kimi qeyd olunmuşdur. Hazırda iddiaçı tərəfindən məhz ümumi istifadədə olan avtomobil və piyada yolunda cavabdeh tərəfindən yaradılmış olan maneələrin aradan qaldırılması ilə bağlı olmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi küçələr yaşayış məntəqələrinin torpaqları siyahısına daxildir və hazırda cavabdehin istifadəsində olan mübahisəli ərazi baza məlumatlarında ümumi istifadədə olan yollar və küçələr kimi qeyd olunmuşdur. Yəni ki, ümumi isitifadə üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Yaşayış məntəqələrinin torpaqlarından isə onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş baza məlumatlarında ümumi istifadədə olan yollar və küçələr kimi qeydə alınmış olan torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməli və həmin ərazidə qanunsuz olaraq inşa edilmiş dəmir tor (qapı) sökülməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi torpaqların əvvəlki vəziyyətinə gətirilməsi zəbt etmiş şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hüdudları aşılmaqla ümumi istifadədə olan avtomobil və piyada yolu üzərində inşa edilmiş dəmir torun sökülməli və əvvəlki ümumi istifadədə olan avtomobil və piyada yolun bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə əlavə edilmiş ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Həmçinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı iş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı 95 (doxsan beş) manat məbləğində pul ödəmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul isə cavabdehdən alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hüdudları aşılmaqla ümumi istifadədə olan avtomobil və piyada yolu üzərində inşa edilmiş dəmir torun sökülməsi və əvvəlki ümumi istifadədə olan avtomobil və piyada yolunun bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X9 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 (doxsan beş) manat məbləğində pul cavabdeh X6 tutulub İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ceyhun Mustafayev