Məhkəmə qərarları › İş №2(032)-818/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-818/2025

08.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-818/2025 08.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşir. İddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı mərhələsində cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 olması müəyyən edildiyindən, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 44, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar