Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1604/2025 20.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin nümayəndəsi X*, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinə qarşı 02 oktyabr 2024-cü il tarixli, *05 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 2024-cü il tarixli, *05 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması barədə qətanmə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxxxxx *993-cü il tarixdə Cəlilabad rayonu Ocağlı kəndində doğulmuşdur. 20*6-cı ildə Boyxanlı kənd tam orta məktəbində kiçik xidmətçi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi dövürdən 02 oktyabr 2024-cü il tarixə kimi heç bir əmək intizamı və pozuntusu olmamışdır. 02 oktyabr 2024-cü il tarixdə Cəlilabad rayonu E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktoru Vidadi Dövlətovun *05 sayı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cəlillabad rayonu E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktoru Vidadi Dövlətov ondan dəfələrlə tələb eləmişdir ki, o özü öz ərizəsi ilə işdən azad olsun. Daha sonra Cəlilabad rayonu E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktoru Vidadi Dövlətov ona əgər könüllü olaraq ərizə verməsə onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edəcəyini və bundan sonra heç bir yerdə işləyə bilməyəcəyini, gedib çiyələk, kartof yığacağını demişdir. X7 bu hədə qorxusu və şantajından qorxaraq o ərizə vermişdir. Vidadi Dövlətovdan icazə almış 0* oktyabr 2024-cü il tarixə icazə istəmiş və bu barədə yazılı ərizə vermişdir ki, onun əmək haqqısından tutulmaqla *0 gün müddətinə icazə versin. Direktor V.Dövlətov onunla razılaşmış, lakin 02 oktyabr 2024-cü il tarixdə onu qanunsuz olaraq işdən azad etmiş və həmin gün işdən azad olunması barədə əmrin surəti və əmək kitabçası özünə təhvil verilmişdir. Odur ki, Cəlilabad rayonu E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktoru Vidadi Dövlətov tam qanunsuz və əsassız olaraq onun əmək müqaviləsinə xitam vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin nümayəndəsi X3 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktor əvəzi vəzifəsində işləyir. Vidadi Dövlətov məktəbin direktoru olduğu dövürdə o hissə müdiri vəzifəsində işləyirdi. İddiaçı həmin ərəfələrdə evlərində dava olduğuna görə acığ edib atası evinə getmişdir. İddiaçı əri X5 məktəbə gələrək İddiaçı dərhal işdən çıxarılmasını tələb etmiş, daha sonra direktor Vidadi Dövlətov İddiaçı üzrlü səbəb olmadan işdən yayınmamasını tələb etmişdir. Lakin İddiaçı * həftədən çox müddət ərzində heç bir üzrlü səbəb olmadan işdən yayınmış və nəhayət 02 oktyabr 2024-cü il tarixdə məktəbə gəlib ərizə təqdim edərək işdən azad olunmasını xahiş etmişdir. Bu səbəbdən də Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin 02 oktyabr 2024-cü il tarixli, *05 saylı əmri ilə işdən azad edilmişdir. İddiaçı əvvəlki vaxtlarda da dəfələrlə heç bir üzrlü səbəb olmadan işdən yayınmışdır. Bundan əlavə iddiaçı, qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, idddiaçı 02 oktyabr 2024-cü il tarixdə işdən azad edilmiş və həmin gün işdən azad olunması barədə əmrin surəti və əmək kitabçası ona təqdim edilmiş, lakin iddiaçı 28 aprel 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iddiaya münasibət bildirərək verdiyi izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun məsləhətçisi vəzifəsində işləyir. İddiaçı ilə işlədiyi Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən İddiaçı kiçik xidmətçi vəzifəsində işə başlamışdır. Lakin İddiaçı öz əlyazması ilə yazdığı 02 oktyabr 2024-cü il tarixli ərizəsində yaşayış yerini Şötüklü kəndindən Ocağlı kəndinə köçərək dəyişdiyi üçün məktəbə gedib-gəlməsinin uzaq olduğunu və işdən azad edilməsini xahiş etmişdir. Bundan əlavə iddiaçı, 02 oktyabr 2024cü il tarixdə işdən azad edilmiş, lakin 04 mart 2025-ci il tarixdə mediasiya təşkilatına, 28 aprel 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qeyd edilənlərin nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayonu Şötüklü kənd sakini İddiaçı tərəfindən verilmiş 0* fevral 20*6-cı il tarixli ərizədən görünür ki, ailə vəziyyətinin nəzərə alınaraq onu Boyxanlı kənd tam orta məktəbində işlə təmin edilməsini həmin məktəbin direktorundan xahiş etmişdir. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin 0* fevral 20*6-cı il tarixli, *3 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı 0* fevral 20*6-cı il tarixdən Boyxanlı kənd tam orta məktəbinə xadimə təyin edilmişdir. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin 0* noyabr 20*6-cı il tarixli, 83 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı 0* noyabr 20*6-cı il tarixdən Boyxanlı kənd tam orta məktəbinə 0,5 ştat vahidi ilə xadimə təyin edilmişdir. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin 0* mart 20*9-cu il tarixli, *8 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı 0* mart 20*9-cu il tarixdə işdə olmadığı üçün həmin günün əmək haqqısı saxlanılmışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin 07 mart 20*9-cu il tarixli, 22 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı 07 mart 20*9-cu il tarixdə işdə olmadığı üçün həmin günün əmək haqqısı saxlanılmışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin 2* aprel 2022-ci il tarixli, 36 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı *2 aprel 2022-ci il tarixdə işdə olmadığı üçün həmin günün əmək haqqısı saxlanılmışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin *2 oktyabr 2022-ci il tarixli, 9* nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı *2 oktyabr 2022-ci il tarixdə işdə olmadığı üçün həmin günün əmək haqqısı saxlanılmışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin *4 oktyabr 2022-ci il tarixli, 92 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı *4 oktyabr 2022-ci il tarixdə işdə olmadığı üçün həmin günün əmək haqqısı saxlanılmışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin *8 oktyabr 2022-ci il tarixli, 95 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı *8 oktyabr 2022-ci il tarixdə işdə olmadığı üçün həmin günün əmək haqqısı saxlanılmışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin *0 yanvar 2024-cü il tarixli, 05 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı *0 yanvar 2024-cü il tarixdə işdə olmadığı üçün həmin günün əmək haqqısı saxlanılmışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin işçiləri E.Əliyev, R.Əliyev və F.Qürbətov tərəfindən tərtib olunmuş *9 mart 2024-cü il tarixli aktdan görünür ki, məktəbin xadiməsi İddiaçı *9 mart 2024-cü il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin işçiləri E.Əliyev, R.Əliyev və F.Qürbətov tərəfindən tərtib olunmuş 27 mart 2024-cü il tarixli aktdan görünür ki, məktəbin xadiməsi İddiaçı 27 mart 2024-cü il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin təsərrüfat müdiri E.Əliyev, R.Əliyev və S.Məmmədov tərəfindən tərtib olunmuş aktdan görünür ki, məktəbin xadiməsi İddiaçı 28 mart 2024-cü il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin 28 mart 2024-cü il tarixli, 20 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı Əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün Azərbaycan Respublikas Əmək Məcəlləsi maddə *86,3 hissəsinə əsasən ona yazılı xəbərdarlıq edilmişdir. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin işçiləri E.Əliyev, R.Əliyev və F.Qürbətov tərəfindən tərtib olunmuş 29 mart 2024-cü il tarixli aktdan görünür ki, məktəbin xadiməsi İddiaçı 29 mart 2024-cü il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin kiçik xidmətçisi İddiaçı tərəfindən verilmiş 0* aprel 2024-cü il tarixli izahatdan görünür ki, 28 mart 2024-cü il tarixində vacib işi olduğu üçün işə gələ bilməyəcəkdir. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin işçiləri E.Əliyev, R.Əliyev və F.Qürbətov tərəfindən tərtib olunmuş 06 may 2024-cü il tarixli aktdan görünür ki, məktəbin xadiməsi İddiaçı 06 may 2024-cü il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin təsərrüfat müdiri E.Əliyev tərəfindən həmin məktəbin direktoru V.Dövlətova ünvanlanmış 06 may 2024-cü il tarixli təqdimatdan görünür ki, məktəbin xadimə işçisi İddiaçı 06 may 2024-cü il tarixdə heç bir səbəb olmadan işdə olmamışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbi üzrə 28 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı 2024-cü ilin may ayının 06, 07 tarixlərində işdə olmadığı üçün həmin günlərin əmək haqqısı saxlanılmışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin işçiləri E.Əliyev, R.Əliyev və F.Qürbətov tərəfindən tərtib olunmuş 07 may 2024-cü il tarixli aktdan görünür ki, məktəbin xadiməsi İddiaçı 07 may 2024-cü il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin təsərrüfat müdiri E.Əliyev tərəfindən həmin məktəbin direktoru V.Dövlətova ünvanlanmış 07 may 2024-cü il tarixli təqdimatdan görünür ki, məktəbin xadimə işçisi İddiaçı 07 may 2024-cü il tarixdə heç bir səbəb olmadan işdə olmamışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin kiçik xidmətçisi İddiaçı tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, məktəb yaşayış yerindən uzaq məsafədə yerləşdiyini və gedib-gəlməsinin uzaq olmasını səbəb göstərərək, 02 oktyabr 2024-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin kiçik xidmətçisi İddiaçı tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli izahatdan görünür ki, 02 oktyabr 2024-cü il tarixdə öz ərizəsi ilə işdən çıxdığına görə əmək kitabçasını və əmrin sürətini məktəb direktorundan təhvil almışdır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, ** nömrəli arayışdan görünür ki, Cəlilabad rayon Boyxanlı kənd E.Əliyev adına tam orta məktəbin kiçik xidmətçisi İddiaçı öz ərizəsi ilə işdən çıxdığı üçün ona 26,69 manat son haqq-hesab hesablanmışdır. İşdə olan Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbi üzrə *05 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin xadiməsi İddiaçı 0,5 stavka ilə 22 oktyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə 69,3-cü hissəsi əsas götürülməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı heç bir üzrlü səbəb olmadan üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bundan başqa İddiaçı öz ərizəsinə əsasən Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin 02 oktyabr 2024cü il tarixli, *05 saylı əmri ilə əsaslı olaraq Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin kiçik xidmətçisi vəzifəsindən azad edilmişdir. İddiaçı işdən azad edildikdən sonra elə həmin gün, yəni 02 oktyabr 2024-cü il tarixdə işdən çıxması barədə əmri və müvafiq əmək kitabçasını almış, lakin ilkin mediasiya sessiyası ilə bağlı 04 mart 2025-ci il tarixdə ərizə ilə mediasiya təşkilatına və 28 aprel 2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.*-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinə qarşı Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktoru V.Dövlətov tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, *05 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda cavabdeh Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin iş materiallarına əlavə edilmiş Masallı * saylı Mediasiya Təşkilatının *5 mart 2025-ci il tarixli, MŞM/MT036/2025-00*96 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışndan görünür ki, İddiaçı ilkin mediasiya sessiyası üçün ərizə ilə 04 mart 2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Göründüyü kimi İddiaçı 02 oktyabr 2024-cü il tarixdə işdən azad olunmuş, 02 oktyabr 2024-cü il tarixdə müvafiq əmək kitabçası ona təqdim olunmuş, əmrin surətini aldıqdan sonra qanunla nəzərdə tutulmuş * ay müddət keçdikdən sonra, yəni 04 mart 2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Bununla da iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı Quliyeva X4 rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin kiçik xidmətçisi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinə qarşı Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktoru V.Dövlətov tərəfindən verilmiş 02 oktyabr 2024cü il tarixli, *05 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbinə qarşı Cəlilabad rayonu Elçin Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktoru V.Dövlətov tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, *05 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1604/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1604/2025
20.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver