Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3234/2025 16.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlu sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qıznın katibliyi, İddiaçı, Cavabdeh X3 Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Kombinatının drektorunun 17 mart 2024cü il tarixli, 25/2 saylı əmrinin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1963-cü ildə ünvan 1 ünvanda yaşayır. 2002-ci il tarixdən X3 Kombinatında sürücü vəzifəsində işləyir. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və işəgötürən ona həmin müqavilə üzrə qarşılıqlı öhdəliklər müəyyən etmişdir ki, o da həmin öhdəliklərini lazımınca yerinə yetirmişdir. İşlədiyi müddət ərzində müqavilənin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Lakin onun xəbəri olmadan 01 mart 2024-cü il tarixdən öz hesabına onu məzuniyyətə çıxartmışlar və həmin məzuniyyətdə olduğu müddətdə X3 Kombinatının drektorunun 17 mart 2024-cü il tarixli 25/2 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsin 68.2-ci maddəsinin “c” bəndinə əsasən əmək şəraitinin dəyişdirilməsinə görə əmək müqaviləsinə xitam verilmiş və o, qərəzli şəkildə işdən çıxarmışdır. Halbuki, onun nə məzuniyyətlə bağıl əmrdən, nə də ki işdən çıxarılmağı ilə bağlı əmrdən məlumatı olmayıb. 23 ildən çoxdur ki, qeyd etdiyi kimi X3 Kombinatında sürücü vəzifəsində işləmişdir. İşlədiyi həmin müddətdə əmək qanunvericiliyin tələblərinə əməl etmişdir. Lakin müəssisənin direktoru onunla qərəzli olduğu üçün onu işdən azad etmiş və işdən çıxarılması barədə bildirişi 21 iyul 2025-ci il tarixdə ala bilmişdir. Həmin əmri əsassız və qanunsuz hesab edir. Buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, guya onu əmək şəraitinin dəyişməsi ilə bağlı işdən azad ediblər, yəni guya onun istifadə etdiyi (sürdüyü) zibil maşını köhnəlib və istismara yararsızdır, başqa maşın sürülməsi təklif edilib, guya o (iddiaçı), bununla razılaşmayıb və buna görə də işdən çıxarılıb. Məhkəmə iclasında cavabdeh X3 Birliyinin nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, X3 Kombinatının drektorunun 17 mart 2024-cü il tarixli 25/2 saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsin 68.2-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr qanuna uyğun olaraq verilmişdir. İddiaçıya bildirmişdirlər ki, istifadə etdiyi maşın yararsız vəziyyətdə olduğuna görə istimarda çıxarılacaq və ona başqa maşın sürməsi təklif edilsə də iddiaçı bununla razılaşmamışdır. Buna görə də iddianı əsassız hesab edir və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran Astara regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçinin müraciəti əsasında araşdırma ilə bağlı Cəlilabad Kommunal Müəssisələri Kombinatı rəhbərliyinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli 14 nömrəli və xx.xx.2025-ci il tarixli 19 nömrəli məktubuna və məktuba əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişidir ki, Cəlilabad Kommunal Müəssisələri Kombinatının işəgötürəni ilə İddiaçı arasıında xx.xx.2015-ci ildə bağlanmış əmək müqaviləsnə əsasən o "xxxx" vəzifəsinə işə qəbul edilmişdir. Müəssisədə tərtib edilmiş iş vaxtının uçotu cədvəllərinə əsasən müəyyən edilmişdir ki, o 2022-cı ilin dekabr ayında, 2023-cü ilin yanvar-noyabr aylarında, 2024-cü ilin oktyabr-dekabr aylarında və 2025-ci ilin yanvarmartaylarında işdə olmadığından ona həmin aylara görə əmək haqqı ödənilməmiş və barəsində heç bir intizam tədbiri görülməmişdir. İşəgötürən onun 2022-ci ilin noyabr ayında əmək haqqını ala bilməməsi barədə araşdırmaya sənədlər tam təqdim edilmədiyindən məsələyə münasibət bildirmək mümkün olmamışdır. Sənəd təqdim olunolunduğu təqdirdə məsələyə müvafiq qaydada baxılacaqdır. İşəgötürən Əmək Məcəlləsinin 154-cü madddəsinin 2-ci hissəsinin tələblərini pozaraq 2023-cüilin dekabr ayında iş vaxtının uçot cədvəlində onun aylıq iş vaxtı normasını tam işlədiyi halda ona həmin aya görə 325.33 manat əmək haqqı əvəzinə 222.24 manat əmək haqqı verilmiş və Əmək Məcəlləsinin 108-ci madddəsinin 1-ci hissəsinin tələblərini pozaraq xx.xx.2024-cü il tarixində iş günü hesab edilməyən ümumxalq hüzün günü qabağı iş gününün müddəti bir saat qısaldılmamışdır. Əmək Məcəlləsinin 154-cü madddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqından az əmək haqqı verilməsi qadağan edilir. Əmək Məcəlləsinin 108-ci madddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bır saat qısaldılır. Əmək Məcəlləsinin 108-ci madddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla onun iş vaxtından artıq iş saatlarında və istirahət günlərində işə cəlb edilməsi halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) 1-cı hissəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. İnzibati xəta törədildiyi gündən 4 aydan çox müddət ötdüyündən və bu xəta uzanan inzibati xəta olmadığından inzibati tənbeh tədbiri görülməsi qanuna müvafiq sayılmadı. İşəgötürən Əmək Məcəlləsinin 129-cu maddəsinin 1-cı hissəsinin 2-cı hissəsinin tələblərini pozaraq, onun xahişi və ya razılığı olmadan ona özünün xx.xx.2024-cu il tarixli 11/04 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənişsiz məzuniyyət vermişdir. Əmək Məcəlləsinin 129-cu maddəsinin 1-ci hissəsinə əsasən “Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəfləinqarşılıqlı razılığı ilə verilir." Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-cı hissəsinə əsasən İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə biər " Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə əsasən “Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçı üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir." İşəgötürən onun əmək müqavilənizə xitam verən zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ona son haqq-hesab ödəməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən "Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4cü hissəsində göstərilmişdir ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir” İşəgötürən özünün xx.xx.2025-ci il tarixli 25/02 nömrəli əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-cı hissəsinin "c” bəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən xitam verən zaman Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir kı "İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bır ay əvvəl işçini yazılı (kağız daşıyıcında və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər." Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-cı hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Onun əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cu hissəsinin, 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulması halı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində və 56-cı maddəsinin 2-cı hissəsinin 76-cı maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması halı İnzibatı Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətalara səbəb olmuşdur. Bu halların Cəlilabad Kommunal Müəssisələri Kombinatının işəgötürəni İsgəndərov Qurbanəli oğlunun vəzifə funksiyalarına aid olduğunu nəzərə alaraq onun inzibatı ulıyyətə cəlb olunması məqsədi ilə barəsində 14.05 2025-ci il tarixli ******* nömrəli X5 Protokol tərtib edilmiş və onun işə bərpa olunması məqsədi ilə işəgötürən barəsində xx.xx.2025-cı il tarixində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul ediləcəkdir. X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 22. 05. 2025-ci il tarixli 3-17-5/2-47350/2025 nömrəli göstəriş xarakterli məktubu ilə Cəlilabad Kommunal Müəssisələri Kombinatının rəhbərliyindən tələb edilmişdir ki, onun (İddiaçı) iş saatından artıq işlərə cəlb olunmağına görə əmək haqqını xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan boşdayanmaya gorə əmək haqqıı və 2023- cü ilin dekabr ayının əmək_haqının ödənilməyən hissəsinin ödənilməsini təmin edib, nəticəsi barədə X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə rəsmi məlumat versin. Əks təqdirdə onun tələbi ilə bağlı məhkəmə orqanına müraciət etmək hüququ vardır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-(073)-906/2025 saylı qərarından görünür ki, həmin qərarla Cəlilabad Kommunal Müəssisələri Kombinatı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi, Cəlilabad Kommunal Müəssisələri Kombinatına bu cərimənin şərti olaraq tətbiq edilməsi və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Cəlilabad Kommunal Müəssisələri Kombinatı bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cəlilabad Kommunal Müəssisələri Kombinatının 17 mart 2024-cü il tarixli, 25/2 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli icarə müqaviləsi və həmin tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən Cəlilabad KMK-nin nümayəndəsi QAZ-53 markalı 79- 20-AQM dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istismara tam yararlı vəziyyətdə İddiaçı təhvil vermişdir. İşdə olan Cəlilabad rayon İHB-nın aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, QAZ-53 markalı çirkab su daşıyan avtomaşının istismara yarasız olması və həmin avtomaşının əsaslı təmir olunması üçün müəssisənin maddi imkanlarının olmaması səbəbindən ona digər avtomaşının idarə edilməsi təklif edilsə də o (İddiaçı) bu təklifdən imtina etmişdir. Bütün bunlar nəzərə alınaraq o, Cəlilabad Kommunal Müəssisələri Kombinatının 01 mart 2024cü il tarixli 11/04 nömrəli əmri ilə 01 mart 2024-cü il tarixdən öz hesabına məzuniyyətə buraxılmışdır. İşdə olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildən 17 mart 2024-cü ilədək Cəlilabad Kommunal Müəssisələri Kombinatında sürücü vəzifəsində işləmiş, 17 mart 2024-cü il tarixli, 25/2 saylı əmr ilə əmək şəraitinin dəyişdirilməsinə görə işdən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2002-ci ildən 17 mart 2024-cü ilədək Cəlilabad Kommunal Müəssisələri Kombinatında sürücü vəzifəsində işləmiş, 17 mart 2024-cü il tarixli, 25/2 saylı əmr ilə əmək şəraitinin dəyişdirilməsinə görə işdən azad edilmişdir. İddiaçı həmin əmri əsassız hesab edir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçını işdən azad edərkən Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işə götürənin əsas vəzifələri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdən və bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdən ibarətdir. 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56.2-ci maddəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və iş materallarına əsaslanaraq hesab edir ki, cavabdeh tərəf olan işəgötürən iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndinə formal şəkildə istinad etsə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, işəgötürən əmək şəraitinin dəyişməsi ilə bağlı işçini 1 ay əvvəl yazılı xəbərdar etməli olduğu və ya əmək şəraitinin dəyişməsi ilə bağlı əmr (sərəncam) qəbul etməli olduğu halda bunları etməmişdir, habelə işçinin (iddiaçının) hətta əmək şəraiti dəyişdiyi halda belə başqa bir vəzifəyə keçirilməsi mümkünlüyü araşdırılmamışdır. İşəgötürən formal əsasla Əmək Məcəlləsinin 68.2-ci maddəsinin c) bəndinə istinad etməklə müqaviləyə xitam vermişdir. İşdə olan Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran Astara regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan da görünür ki, ərizəçinin müraciət əsasında Əmək Müfəttişliyində aparılmış araşdırma nəticəsində işəgötürənin Əmək Məcəlləsinin 56.2, 76.2, 83.2, 108.1, 129.1.2, 154.2, 172.4-cü madələrinin tələblərini pozması müəyyən edilmişdir. Habelə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cavabdeh AR İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmiş, cərimə şərti olaraq tətbiq edilmiş və cavabdeh tərəfindən 1 ay ərzində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimədən azad edilməsi qərara alınmışdır. Lakin cavabdeh göstərilən hüquqpozmanı aradan qaldırmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı əsassız olaraq işdən azad edildiyindən X3 Birliyinin 17 mart 2024-cü il tarixli, 25/2 saylı əmri etibarsız hesab edilməli və iddiaçı əvvəlki işinə, yəni X3 Birliyinin sürücüsü vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 Birliyinin 17 mart 2024-cü il tarixli, 25/2 saylı əmri etibarsız hesab edilsin və İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə (sürücü) bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3234/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3234/2025
16.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver