Məhkəmə qərarları › İş №2(032)-851/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-851/2023

01.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-851/2023 01.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs cəlbi ilə məhkəməyə müraciət edərək 25 aprel 2023-cü il tarixdə mediatorun iştirakı ilə Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahın pozulmasına razılıq verilməsi, aralarında birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 manat məbləğində alimenti ona ödəməyə dair öhdəlik götürməsi, xx.xx.2022-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olması, onun qayğıları və sağlamlığı ilə maraqlanmasına, heç bir mənzil və qızıl-zinət tələbinin olmamasına dair öhdəlik barədə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mediasiya Şurasına Maraqlı şəxs qarşı faktiki nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay 50 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə müraciət etmişdir. 25 aprel 2023-cü il tarixdə keçirilmiş mediasiya prosesində onlar qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən Maraqlı şəxs faktiki nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay 50 manat məbləğində alimenti ona ödəməyinə dair öhdəlik götürmüşdür və o da həmin aliment məbləği ilə razılaşmışdır. Lakin barışıq sazişinin imzalandığı vaxtdan, yəni 25 aprel 2023-cü il tarixdən 10 gündən çox vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən könüllü sürətdə icra edilməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının qanunu 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə iclasında Ərizəçi mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, MŞİH 00766 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, hal-hazırda barışıq sazişinin təsdiq edilməsinə yəni, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün alimentin ödənilməsinə və ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan tərəflər 25 aprel 2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən : Maraqlı şəxs və Ərizəçi aralarında bağlanmış Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahın pozulmasına razıdırlar. Abbasov Maraqlı şəxs Nərmin İlqar qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ayın 50 manat məbləğində alimentin Ərizəçi ödəməyə, xx.xx.2022-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olması, onun qayğıları və sağlamlığı ilə maraqlanmasına, heç bir mənzil və qızıl-zinət tələbinin olmamasına dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-355-26.1.1-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, tərəflər arasında qanunamüvafiq qaydada mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, tərəflər müvafiq ailə münasibətlərindən irəli gələn nikahın pozulması, aliment və uşaqla ünsiyyətə dair razılığa gəlmişlər və razılıqları müvafiq barışıq sazişi ilə təsdiq edilmişdir, hazırda sözügedən sazişin ləğvi və ya etibarsızlığı, qanuna zidd olması ilə bağlı məhkəmə tərəfindən hər hansı bir hal müəyyən edilmədiyindən, hər iki tərəfin sazişin heç bir müddəasını mübahisələndirmədiklərindən ərizə təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış 25 aprel 2022-ci il tarixli barışıq sazişi Abbasov Maraqlı şəxs Nərmin İlqar qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü 50 manat məbləğində alimentin Ərizəçi verilməsi hissəsində təsdiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X2 iştirakı ilə tərtib olunmuş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış və birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü 50 manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi verilməsinə dair öhdəlik götürməsi barədə 25 aprel 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qalan hisədə ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar