Məhkəmə qərarları › İş №2(032)-855/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-855/2023

28.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-855/2023 28.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı İsmayıl qızının Cavabdeh qızına qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İsmayıl qızı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəzirğan qızına məxsus olan Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 17, mənzil 40-da qalmış cehiz əmlakının onun evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsmayıl qızı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, həmçinin iddia ərizəsinə ödədiyi rüsumun onun hesabına geri qaytarlmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı İsmayıl qızı tərəfindən 50 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İsmayıl qızının Cavabdeh qızına qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş (Əməliyyat İD: 197508957, qəbz nömrəsi 10132, terminal nömrəsi: K0141011 xx.xx.2023-cü il tarixli) 50 manat dövlət rüsumu İddiaçı İsmayıl qızına dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar