Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-897/2024 14.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 1962-ci ildə Sabirabad rayonunun Axtaçı kəndində anadan olmuş X2nun xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 4-5 il bundan öncə insult xəstəliyi keçirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında ona bilmədiyi bir nömrədən zəng olunaraq atası Əliyar Rzayevin işlədiyi mebel mağazasında ürəyi tutaraq yıxıldığını dedilər. Həmin gündən bir neçə gün öncə atası sinəsinin ağrıdığını bildirmişdir. Lakin atası vəfat etdikdən sonra həkimlər onlara soyuqdəymə yox, ürək xəstəliyinin səbəb olduğunu dedilər. Həmin vaxt tez Şirvan şəhəri köhnə bazar deyilən ərazidə yerləşən mağazaya getdi. Mağazaya çatdığı zaman digər mağaza işçiləri atasını xəstəxanaya apardıqlarını dedilər. Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdığı zaman atası artıq vəfat etmişdir. Atası 4-5 il bundan əvvəl infarkt xəstəliyindən xeyli müddət ev şəraitində müalicə almışdır. Sağaldıqdan sonra daimi olaraq dərman vasitələri qəbul etmişdir. X2 xx.xx.2023-cü il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Atası el adəti ilə xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Güdəcühür kənd qəbirstanlığında dəfn olunmuşdur. Atasının yas mərasimində qohumlar və qonşular da iştirak etmişlər. Hazırda atası Əliyar Rzayevin ölüm şəhadətnaməsi onlara yardım almaq üçün, digər sənədləri əldə etmək üçün lazımdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Lakin ona tibbi arayışın olmaması səbəbindən məhkəməyə müraciət etməyi tövsiyyə edildi və xx.xx.2024cü il tarixdə imtina məktubu verildi. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində atasının adı “Əliyar” kimi qeyd edilmişdir. Hazırda iddia tələbini dəqiqləşdirərək xx.xx.1962-ci ildə Sabirabad rayonu, Axtaçı kəndində anadan olmuş X8 xx.xx.2023-cü il tarixində Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, həmçinin Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş edərək, çıxarılacaq qərarın məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsini iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, X11 həyat yoldaşı olub. xx.xx.2023-cü il tarixdə ölmüşdür. Səhər tezdən duraraq, yeməyini yeyib mağazaya getdi. Sonra xəbər gəldi ki, yoldaşını xəstəxanaya aparıblar. Orada vəfat etmişdir. Yas mərasimi öz həyətlərində olmuş, Sabirabad rayonu, Axtaçı kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, X11 onun atasıdır. xx.xx.2023-cü il tarixdə ölmüşdür. Həmin vaxt o, işi ilə əlaqədar Bakı şəhərində olmuşdur. Ona xəbər gəldi ki, atası İş yerində insult keçirərək vəfat etmişdir. Atasının yas mərasimi öz həyətlərində keçirilib. Atası Sabirabad rayonu, Axtaçı kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, X3 yoldaşı olub. xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş yerində insult keçirib. Yas mərasimi öz həyətlərində keçirilib. X1 rayonu, Axtaçı kəndində dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-13 nömrəli məktubda qeyd edilmişdir ki, görülmüş tədbirlər üzrə xx.xx.2024-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılmış və xx.xx.1962-ci il təvəllüdlü X8 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Sabirabad rayon İcra Hakimiyyəti Güdəcühür kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 285 nömrəli arayışında qeyd edilmişdir ki, X11 xx.xx.2023-cü ildə vəfat etmişdir. Sabirabad RİHB-in Güdəcühür İƏD-nin Güdəcühür kəndində kənd qəbirstanlığında dəfn edilmişdir. Təcili və X7 Stansiyasının xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X9 həkimə qədər ölüm müşahidə edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, atası X8 xx.xx.2023-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində anadan olmuş X8 xx.xx.2023cü ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-897/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-897/2024
14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver