Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-929/2023 06.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Zamin Nəsəfqulu qızına qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X4 və Zamin Nəsəfqulu qızından cəmi borcu 8050.35 (səkkiz min əlli dollar, 35 sent) ABŞ dolları, bundan 3592.16 (üç min beş yüz doxan iki dollar, 16 sent) ABŞ dolları əsas, 1376.73 (bir min üç yetmiş altı dollar, 73 sent) ABŞ dolları faiz, 2550.96 (iki min beş yüz əlli dollar, 96 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 530.50 (beş yüz otuz dollar 50 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 131.06 (yüz otuz bir manat, 06 qəpik) manat dövlət rüsumunun cavabdehlər X4 və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında barışıq əldə edildiyindən barışıq sazişi təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh X1 nümayəndəsi X5 iddiaçı ilə cavabdeh arasında barışıq əldə olunduğunu və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən 2.1. tərəflər təsdiq edirlər ki, Barışığın şərtləri cavabdehin xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə 3592.16 ABŞ dolları əsas, 1376.73 ABŞ dolları faiz, 1682.09 ABŞ dollar köçürülmüş faiz borcu, 868.87 ABŞ dollan cərimə olmaqla icra ediməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tanxlı, ********* nömrəli Kredit müqaviləsi üzrə 2000 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 4900 manat məbləğində borcun 10 (on) ay müddətinə. yəni 2023-cü noyabr ayından başlayaraq, hər ay 490 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstənlərin borc məbləğinin cavabden tərəfindən ödənməsinə 10 (on) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra ediməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv ediməsi kimi qiymətləndirilir. 2.5 Barışıq Sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstənlən borcların tam şəkidə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldiməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən tam icra edildikdən sonra Bank Sistemində hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. Digər şərtlər Sazışin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri muəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə həm tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3 Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5 Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan muddəalar huquq qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalarımasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz; 3.7.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə: 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya numayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafıq məhkəmələrə və aidiyyəti qurumlara, 3.7.4 qarşı tərəfin yazılı icazəsi ilə, 3.7.5. yaxın qohumlara, 3.7.5. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notarıuslara 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəf ndən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Yekun müddəalar 4.1 Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni nörmativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur, 4.3 Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediyasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla hazırki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında xx.xx.2023cü il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə 3592.16 ABŞ dolları əsas, 1376.73 ABŞ dolları faiz, 1682.09 ABŞ dollar köçürülmüş faiz borcu, 868.87 ABŞ dollan cərimə olmaqla icra ediməmiş borc öhdəliyi mövcuddur.
2. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tanxlı, ********* nömrəli Kredit müqaviləsi üzrə 2000 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 4900 manat məbləğində borcun 10 (on) ay müddətinə, yəni 2023-cü noyabr ayından başlayaraq, hər ay 490 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür.
3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstənlərin borc məbləğinin cavabden tərəfindən ödənməsinə 10 (on) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür.
4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra ediməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv ediməsi kimi qiymətləndirilir.
5. Barışıq Sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstənlən borcların tam şəkidə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldiməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir.
6. Tərəflər razılaşırlar ki, Sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən tam icra edildikdən sonra Bank Sistemində hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür.
7. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri muəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
8. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə həm tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür.
9. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.
10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
11. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar huquq qüvvəsini saxlayacaqdır.
12. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.
13. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz; bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; Mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya numayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafıq məhkəmələrə və aidiyyəti qurumlara; qarşı tərəfin yazılı icazəsi ilə, yaxın qohumlara, Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara.
14. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəf ndən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
15. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
16. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni nörmativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur.
17. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Zamin Nəsəfqulu qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər.
Sədrlik edən Ceyhun Mustafayev