Məhkəmə qərarları › İş №2(032)-943/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-943/2024

05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-943/2024 05.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi X1 xx.xx.1943-cü ildə ölməsi faktının müəyyən edilməsi və Maraqlı şəxsnə qeydiyyat akt kitabında qeydiyyat aparılmaqla ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X9 onun doğma atasıdır və müraciətinin səbəbi onun ölüm haqqında şəhadətnamə almaqdır ki, bunun üçün də məhkəmə vasitəsi ilə ölüm faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsinə zərurət yaranmışdır. Belə ki, mərhum atası X9 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin xx.xx.2024-cü il tarixli 3-43-65/2-216/2024 N-li arayışına əsasən xx.xx.1942-ci il tarixdə keçmiş Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən 1941-1945-ci illərdə gedən X11 göndərilmiş, lakin 1943-cü ilin iyun ayında naməlum şəraitdə itkin düşmüşdür. Lakin nəvələrindən biri təsadüfən internetdə “Tiktok” səhifəsini izləyərkən mərhum X1 1942-ci ilin oktyabr ayında Krımda əsir düşməsi, amma xx.xx.1943-cü il tarixdə həlak olması və Almaniya Respublikasının Qerlits şəhərində dəfn olması barədə məlumata rast gəlmiş və həmin məlumatı skan edərək surətini çıxarmışdır. Mərhum atasının 1942-ci ildə müharibədə itkin düşməsi məlumatını ailəsi aldıqdan sonra həmin tarixdən internetin “Tik-tok” səhifəsində çıxmış məlumat əldə edilənə kimi axtarış aparılmış və hər an yolunu gözləmişdir. Lakin hər il X13 veteranlarına və onların ailələrinə verilmiş birdəfəlik yardımdan bu günə kimi məhrum olmuşdur. Bu səbəbdən də, mərhum atasının ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, o illər boyunca mərhum atasının vəfat etməsi barədə məlumatsız olduğundan, onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Hal-hazırda mərhum anasının ölüm haqqında şəhadətnaməsi yuxarıda qeyd etdiyi halla bağlı zəruri olduğundan, ilk olaraq Yardımlı rayon qeydiyyat şöbəsinə və sonra isə Maraqlı şəxsnə, onlardan imtina verildiyi üçün qeydiyyatda olduğu və yaşadığı Şirvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. O, ərizəsini onunla əsaslandırır ki, o, mərhum atasının ailəsinə verilmiş hər il birdəfəlik yardımdan məhrumdur. Bununla bağlı aidiyyəti orqanlara müraciət etdikdə, onlar mərhum atasının ölüm haqqında şəhadətnaməsinin olmasının zəruriliyini bildirmişlər. Bununla bağlı ərizəçiyə yaşadığı yer üzrə Maraqlı şəxsnə ərizə ilə müraciət etməyini və oradan imtina edildiyi halda fakt təsdiqi ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. O, maraqlı şəxsə ərizə ilə müraciət etmiş və ərizəçiyə imtina məktubu verilərək ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Bu səbəbdən də, o, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə mərhum atasının ölüm haqqında şəhadətnaməsinin alınmamasına səbəb kimi o və eləcə də, digər övladları onun 1942-ci il tarixdən, yəni vəfat etdiyi vaxtdan bu günə kimi mərhum atasının X7 veteranı olaraq müharibədə vəfat etdiyi üçün ailəsinə verilməli olan hər il birdəfəlik yardımın alınması üçün tələb olunduğundan, qeyd etdiyi hallara əsasən ölüm şəhadətnaməsini almamışlar. Hal-hazırda yuxarıda qeyd etdiyi hallarla bağlı aidiyyəti orqana müraciət etdikdə oradan ona yuxarıda qeyd edilən hallara əsasən hərəkət edilməsi, yəni ölüm haqqında şəhadətnamənin alınması üçün ilk olaraq yaşadığı ərazi üzrə qeydiyyat şöbəsinə sonra isə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Mərhum atası 1942-ci ilin oktyabr ayında Krımda əsir düşməsi, amma xx.xx.1943-cü il tarixdə həlak olması və Almaniya Respublikasının Qerlits şəhərində dəfn olduğundan və hal-hazırda məzarı həmin qəbirstanlıqda yerləşdiyindən, ona dair hər hansı bir foto şəkillər təqdim edə bilmir. Lakin bu barədə yalnız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Yardımlı Rayon bölməsinin xx.xx.2024-cü il tarixli, 3-43-65/2-2 16/2024 nömrəli arayışına əsasən xx.xx.1942-ci il tarixdə keçmiş Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən 1941-1945-ci illərdə gedən X11 göndərilmiş, lakin 1943-cü ilin iyun ayında naməlum şəraitdə itkin düşməsini təsdiq edən arayış və həmçinin internetdə “Tik-tok” səhifəsin izləyərkən mərhum X1 1942-ci ilin oktyabr ayında Krımda əsir düşməsi, xx.xx.1943-cü il tarixdə həlak olması və Almaniya Respublikasının Qerlits şəhərində dəfn olması barədə məlumata dair çıxarış mərhum atasının vəfat etməsini bir daha təsdiq edir, mərhumun atasının ölüm haqqında şəhadətnaməni isə başqa yolla əldə etmək mümkün olmadığından hüquqlarının müdafiəsi olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum atası X9 xx.xx.1943-cü il tarixi ölməsi faktını müəyyən edilməsi internetdə “Tik-tok” səhifəsin izləyərkən mərhum X1 1942-ci ilin oktyabr ayında Krımda əsir düşməsi, amma xx.xx.1943-cü il tarixdə həlak olması və Almaniya Respublikasının Qerlits şəhərində dəf olması barədə məlumata dair çıxarışa əsasən təsdiqini tapır. Bundan başqa, onun 1942-ci il tarixdə naməlum şəkildə itkin düşməsini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin xx.xx.2024-cü il tarixli, 3-43-65/2-216/2024 nömrəli arayışına əsasən təsdiq edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək ərizəçinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan: Əli-Bayramlı rayon Zaks bürosu tərəfindən xx.xx.1962-ci ildə verilmiş AZ210624 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 1941-ci ildə Yardımlı rayon Avaş kəndində doğulmuş Ərizəçi atası X10, anası X5r. Əli-Bayramlı şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci ildə verilmiş Xİİ-KQ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş X2 atası Ərizəçi, anası X3r. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/7-15-211 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, mərhum X1 ölüm faktının qeydə alınması barədə müraciətinizə Maraqlı şəxsndə baxılmışdır. Müəyyən olunmuşdur ki, müraciətinizə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əlavə edilməmiş, eyni zamanda verdiyiniz məlumatda ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi bildirilmişdir. Görülmüş tədbirlər üzrə xx.xx.2024ci il tarixədək ”Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılmış və X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5.-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdiyiniz ölüm faktının qeydə alınmasından imtina olunur. Yardımlı rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-69-231/2024 saylı arayışdan görünür ki, Yardımlı rayon Avaş kəndində anadan olmuş X4 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Yardımlı rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-R-232/2024 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, mərhum atası X6 ölüm haqqında təkrar şəhadətnamə və ya arayış almaq istəməyi barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, Yardımlı rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan ilkin ölüm və bərpa akt qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və mərhum atasının ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə və ya arayış ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsi tərəfindən 1941-ci il təvəllüdlü Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli 3-43-65/2-216/2024 saylı arayışdan görünür ki, həqiqətən onun atası X9 xx.xx.1942-ci il tarixdə keçmiş Yardımlı rayon hərbi komissarlığı tərəfindən 1941- 1945-ci illər X11 göndərilmiş, 1943-cü ilin iyun ayında naməlum şəraitdə itkin düşmüşdür. Əsas olaraq, 1941-1945-ci illərdə X13 zamanı itkin düşmüş vətəndaşların qeydiyyatı aparılmış kitab, “ E” hərfi sıra sayı 1565 göstərilmişdir. MPM-in: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bununla yanaşı, diqqətə çatdırır ki, MPM-in 305.1.2-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi barədə işlərə MPM-in 32-ci fəsinə uyğun baxılır. MPM-in 312-313-cü maddələrinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. MM-in 41-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər; Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Göründüyü kimi, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Lakin hazırkı iş üzrə Ərizəçi şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, hüquqi əhəmiyyəti olan fakt - X1 xx.xx.1943-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin X1 xx.xx.1943-cü ildə ölməsi faktının müəyyən edilməsi və Maraqlı şəxsnə qeydiyyat akt kitabında qeydiyyat aparılmaqla ölüm haqqında şəhadətnamənin verilməsi həvalə edilməsi tələbinə dair ərizəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: X4 xx.xx.1943-cü ildə ölməsi faktının müəyyən edilməsi və Maraqlı şəxsnə qeydiyyat akt kitabında qeydiyyat aparılmaqla ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar