Məhkəmə qərarları › İş №2(032)-953/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-953/2024

15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-953/2024 15.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı xx.xx.1935-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1935-ci il təvəllüdlü həyat yoldaşı X10 xx.xx.2024-cü ildə vəfat etmişdir. Lakin həyat yoldaşı vəfat edərkən tibbi şəhadətnamə ala bilmədikləri səbəbindən həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, həyat yoldaşı X3 ölümünün qeyd edilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən 08 may 2024-cü il tarixli məktubla müraciətinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bütün bunlara əsaslanaraq, hesab edir ki, xx.xx.1935-ci il təvəllüdlü həyat yoldaşı X10 xx.xx.2024-cü ildə ildə ölümünün qeyd edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, Ərizəçi ilə həm qohum, həm qonşudurlar. Həsənov Lazər 2024-cü ilin aprel ayında xəstəlikdən vəfat etmişdir. Onun yas mərasimində istifadə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verib bildirdi ki, X10 onun dayısıdır, dayısı 2024-cü ilin aprel ayında vəfat etmişdir. Dayısının yas mərasimində və dəfnində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhəri Şirvan şəhər qəbirstanlığının rəhbəri X4, qəbirstanlığın işçisi X5, mərhumun bacısı oğlu X6, X8, mərhumun arvadı Ərizəçi, mərhmunun qaynı X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X3 xx.xx.2024-cü ildə Şirvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Aktı imzaları ilə təsdiq etmişlər . Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-11-220 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.1935-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1935-ci il təvəllüdlü X3 xx.xx.1940-cı il təvəllüdlü X2 ilə nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında xx.xx.1959-cu ildə 130 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1960-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X10, anası Ərizəçidır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi əri – xx.xx.1935-ci ildə Sabirabad rayonu Poladtoğay kəndində anadan olmuş X3 (AZE ********) xx.xx.2024-cü ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1935-ci ildə Sabirabad rayonu Poladtoğay kəndində anadan olmuş X3 (AZE ********) xx.xx.2024-cü ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1935-ci ildə Sabirabad rayonu, Poladtoğay kəndində anadan olmuş X3 xx.xx.2024-cü ildə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar