Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-96/2024 31.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildə Şirvan şəhərində anadan olmuş X10 05 fevral 1993cü ildə Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə Sabirabad rayonunun, Azadakənd kəndində anadan olmuşdur. 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olan X1 15 iyun 1937-ci ildə Gəncə şəhərində anadan olan anası X22 ilə 03 fevral 1960-cı ildə Gəncə şəhər Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və onların nikahı 117 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşmişdir. Atası və anasının nikahından xx.xx.1963-cü ildə Sabirabad rayonunun Azadakənd kəndində o, xx.xx.1961-ci ildə Qazax rayonunun Cəfərli kəndində bacısı X8 və xx.xx.1969-cu ildə Şirvan şəhərində qardaşı X14 anadan olmuşdur. X3 30 mart 2016-cı ildə miokard infaktdan, X1 isə xx.xx.2023-cü ildə beyin ödemindən vəfat etmişdir. Qardaşı xx.xx.1969-cu ildə Şirvan şəhərində anadan olan X14 isə 05 fevral 1993-cü ildə Şirvan şəhərində vəfat edərək şəhər qəbiristanlığında dəfn edilsə də, ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda həmin sənəd onlara vərəsəlik işinin sənədləşməsində lazım olduğundan ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsində araşdırılma aparıldıqdan sonra xx.xx.1969-cu ildə Şirvan şəhərində anadan olan X10 05 fevral 1993cü ildə ölümünə dair akt qeydi aşkar edilməmişdir. Təqdim etdiyi sənədlər əsasında isə ölüm haqqında şəhadətnamənin yazılmasından imtina edilərək ona rəy verilmiş və ölüm faktının müəyyən edilməsi ilə bağlı qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Ərizəçi anası Solmaz onun uşaqlarının müəlliməsi olub, mərhum Raufun atası ilə 1982-ci ildən 18 nömrəli məktəbdə müəllimə işləmiş, Rauf atası və anasının yanında qalmış, mərhum X14 da onun işlədiyi məktəbdə oxumuşdur. Raufa dərs deməsə də, kamsomola qəbul etmişdir. X10 dəfnində iştirak etməmiş, lakin yas mərasimində olmuşdur. Yaşadıqları evin qarşısında çadır qurulmuş və orada yas mərasimi verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirdi ki, mərhum X14 onun dayısı oğludur, Rauf 18 nömrəli məktəbdə oxumuş, daha sonra İnşaat inuversitetində təhsil almışdır. O, Qazax rayonunda avtoqəza keçirəndən sonra xəstəxanaya aparılmış, elə orda vəfat etmişdir. Qazax rayonundan Şirvana özü gətirmiş, Şirvanda qəbiristanlıqda dəfn etmişlər. Lakin vəfatı ilə bağlı xəstəxanadan heç bir sənəd alınmamışdır. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 1938-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1937-ci ildə doğulmuşdur. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X22 xx.xx.1960-cı ildə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 117 nömrə ilə qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1961-ci ildə Qazax rayonu, Cəfərli kəndində doğulmuşdur. X2, anası X16r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 5/4-1147-23 nömrəli arayışdan görünür ki, X14 xx.xx.1969-cu ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Bu barədə Maraqlı şəxsndə xx.xx.1969-cu il tarixdə 618 nömrəli doğum haqqında akt qeydi ilə tərtib olunmuşdur. X1, X3dır. Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 5/4-2093-23 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Sabirabad rayon Azadkənd kəndində anadan olmuşdur. Bu barədə Maraqlı şəxsndə xx.xx.1963-cü il tarixdə 09 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, X3dır. Şirvan şəhər X7 Afaq Eyyub qızına ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/7-M- 425/2-06/2023 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1969-cu təvəllüdlü X10 ölümün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 3203cü məhəllə ev 1D, mənzil 10 ünvanında qeydiyyatda olan X12 ünvan na vermiş olduğu **********555 nömrəli təsdiq edilmiş ərizəsində bildirmişdir ki, qardaşı X14 xx.xx.1993-cü ildə Qazax rayonunda avtoqəza nəticəsində vəfat etmişdir. Şirvan şəhər qəbirstanlığının rəhbəri X19, X20, Ərizəçi, X13, X23 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X14 xx.xx.1993-cü ildə Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X10 xx.xx.1993-cü il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X10 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum qardaşı X10 05 fevral 1993-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş X10 05 fevral 1993-cü ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-96/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-96/2024
31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver