Məhkəmə qərarları › İş №2(033)-218/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-218/2024

07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-218/2024 07.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə və Maraqlı şəxs rəisi X5 iştirakları ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuş X2 xx.xx.1999-cu il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuşdur. xx.xx.1965-ci il tarixdə X9 adlı qardaşı anadan olmuşdur. Qardaşı xx.xx.1999-cu il tarixdə vəfat etmiş və Zaqatala rayonu, Aşağı Tala kənd qəbirstanlığında dəfn olunmuşdur. Qardaşına ölüm haqqında şəhadətnamə götürülməmiş, ölümü qeydiyyat şöbəsində qeydiyyata alınmamışdır. Qardaşının vəfatı ilə əlaqədar ölüm şəhadətnaməsi alınması məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. 21 noyabr 2023-cü il tarixli məktub ilə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə etmişdir. Mərhum qardaşı X2 ölüm haqqında şəhadətnaməsinin olmaması torpaq sənədləşmələrində problemlər yaradır. Bunun üçün hazırki ərizə ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə ərizəçi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs rəisi X11 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi iddia tələbini müdafiə edərək bildirmişdir ki, 1965-ci ildə iyunun 22-də qardaşı Rasim anadan olmuş, onunla birlikdə yaşamışdır və o, 10 oktyabr 1999-cu ildə vəfat etmişdir. O, 10 oktyabr 1999-cu ildə yatıb gecə səhər durmayıb. Ölümündən sonra həkimə müraciət olunmadı və dəfn edildi. Özü də gənc olduğu və məlumatlı olmadığı üçün ölüm haqqında şəhadətnaməni almamışdır. Şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, Rasim İbrahimovu qonşu olduğu üçün tanıyır. O, 1999-cu ildə vəfat edib və onlar dəfn edib. O dəfndə iştirak edib. Rasim gecə yatıb səhər durmayıb, infarkt olduğunu bilir. Aşağı Tala qəbiristanlığında dəfn olunub. Şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, ərizəçini tanıyır, yaxın qonşusudur. X7 da tanıyıb və uşaqlıqdan birlikdə böyümüşlər. Rasim 1999-cu ildə vəfat edib və Zaqatala rayonu Aşağı Tala kəndindəki, 5 nömrəli məktəbinin yanında yerləşən qəbiristanlıqda dəfn olunub. O, Rasimin dəfnində iştirak edib. İşin halları Zaqatala rayonu Aşağı Tala kənd Soveti tərəfindən 23 iyul 1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1965-ci il tarixdə anadan olmuş X2 atası X1, anası X3r. X18 Xidmət mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 07 dekabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxxxxxx 1972-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş və bu barədə 23 oktyabr 1972-ci ildə Zaqatala rayonu Aşağı Tala icra nümayəndəliyi tərəfindən 86 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Onun atası X1, anası X3r. Maraqlı şəxs tərəfindən 21 noyabr 2023-cü il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 1996-2002-ci illərə aid akt qeydləri yoxlanılmış və X8 məxsus ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ” X19 Zaqatala Rayon Mərkəzi Xəstəxanası X19 30 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini X2 Zaqatala RMX-da vəfat etməsi barədə məlumatı aradan uzun müddət keçdiyinə, həmçinin, xəstəxanada bu illər ərzində gedən təmir-tikinti işlərində bir sıra sənədlərin itməsi və yararsız hala düşməsi səbəbindən təqdim edə bilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi qardaşı-22 iyul 1965-ci il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuş X9 15 oktyabr 1999-cu il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində vəfat etmişdir. Bu fakt ərizəyə əlavə edilmiş arayışlarla, fotoşəkillə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə də öz təsdiqini tapır. Göründüyü kimi, X2 ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmiş, həmçinin mülki işə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qardaşı-X2 15 oktyabr 1999-cu il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Ərizəçi qardaşı-22 iyul 1965-ci il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuş X2 15 oktyabr 1999-cu il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar