Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-229/2025 28.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X7 iştirakları ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 iyun 1985-ъi ildə Zaqatala rayonunda anadan olmuş X4 13 noyabr 2004-cü il tarixdə Zaqatala rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Ərizəçi xx xxxxxx 1956-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. X3 14 iyun 1985-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. X3 xx.xx.2004-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Vəfat edənədək Zaqatala rayonu Aşağı Tala kəndində onunla birlikdə yaşamışdır. Hazırda Zaqatala rayonu Aşağı Tala kənd qəbristanlığında dəfn edilmişdir. Bu yaxınlarda sənədləşmə işi apararkən ona məlum olmuşdur ki, qızı Nərminin ölümü haqqında şəhadətnamə alınmamışdır. Buna görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X18 ölümünü məhkəmə iclasına gətirəcəyi şahidlər də təsdiq edə bilərlər. X18 ölməsi barədə şəhadətnamə almağı onun üçün həm mənəvi, həm də vərəsəliklə bağlı əhəmiyyəti vardır. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X14 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Şahid qismində dindirilmiş X1 Nərmin Nəzirxan qızının anası olduğunu, qızının onkoloji xəstə olduğunu, qızının Şamaxı yolunda vəfat etdiyini, qeyri iş günü olan 2004-cü ilin noyabrın 13-də vəfat etdiyini, Bakı şəhərindən qayıdan zaman hadisənin baş verdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X2 bibisi olduğunu bildirmiş və Nərmin Nuriyevanın onkoloji xəstə olduğunu, Bakı şəhərindən qayıdarkən 13 noyabr 2004-cü il tarixdə Şamaxı şəhərində yolda vəfat etdiyini qeyd etmişdir. Nərmin tələbə idi sentyabr ayında 10-15 gün dərsə getmiş və vəziyyəti pis olduğundan dərslərə davam edə bilməmişdir. Çox müalicə almış lakin bunun nəticəsi olmamışdır. Nərmin vəfat edərkən onun yanında olmamış lakin Zaqatalada onun cəsədinin gətirilməsini gözləmiş və dəfnində iştirak etmişdir. İşin halları Balakən regional Asan xidmət mərkəzi tərəfindən verilmiş 17 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, 14 iyul 1985-ci il tarixdə anadan olmuş X4 atası Ərizəçi Adilxan oğlu, anası X6r. Zaqatala Rayon Mərkəzi X15 Şəxs tərəfindən 10 yanvar 2025-ci il tarixdə verilmiş məktubdan görünür ki, Zaqatala rayon Aşağı Tala kənd sakini, xx.xx.1985-ci il təvəllüdlü, mərhum X5 aid olan ambulator karta Zaqatala RMX PHŞ-nin Arxiv bölməsində aşkarlanmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 17 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kənd sakini 1985-ci il təvəllüdlü X9 Milli Onkologiya Mərkəzinə ilk dəfə xx.xx.2004-cü il tarixində müraciət etmişdir. Müraciət zamanı şikayəti ayaqlarında olan ağrıdan, hərəkətin çətinləşməsi, ümumi zəiflik, arıqlama, iştahsızlıqdan olmuşdur Paipasiya zamanı qarnı yumşaq ağrılı epiqastra nahiyyədə bərklik və ağrı qeyd edilmişdir. Anamnezindən məlum olmuşdur ki, özünü 1 aydır xəstə hesab edir. Rayon Mərkəzi Xəstəxanasında və Bakı şəhər Onkoloji Dispanserində müayinələrdən keçmiş, yumurtalıqlara peritonarxası limfa düyünlərinə metastaz təyin edilmişdir. Bu məqsədlə xəstə Onkoginekoloqun baxışından keçmış, hər iki yumurtalıqda törəmənin olduğu qeyd edilmişdir. Şikayətlərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixində Qastroskopıya müayinəsi aparılmış, “Bədxassəli lımfomaya şübhə qeyd edilərək götürülmüş, biopsiya materialı Histoloji müayinəyə göndərilmişdir. 2374 (10545-52) saylı preparatın nəticəsi Mədənin iltihablaşmış selikli qişa qırıntıları fonunda atipik inkişaf edən limfoid elementləri (Hoçkin limfoması?) bu limfoma üçün xarakterik ola bilər” diaqnozu dəqiqləşdirmək məqsədi ilə immunohistokimyəvi müayinə aparmaq məsləhət görülmüşdür. Xəstənin təqdim etdiyi bütün müayinələrin cavabları xəstəni mıışayət edən qohumları tərəfindən götürülmüşdür. Daha sonralar xəstə müraciət etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi qızı-14 iyun 1985-ci il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuş X8 13 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. Bu fakt ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillərlə və məhkəmə tərəfindən tələb edilmiş digər sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Göründüyü kimi, X4 ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qızı-X4 13 noyabr 2004-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Ərizəçi qızı -14 iyun 1985-ci il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuş X4 13 noyabr 2004-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №2(033)-229/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-229/2025
28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver