Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-246/2024 13.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X4 iştirakları ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 aprel 1951-ci il tarixdə Zaqatala rayonu, Maqov kəndində anadan olmuş Ağayeva (Cəbrayılova) Tamam İbrahim qızının xx.xx.2002-ci tarixdə Zaqatala rayonu, Üçüncü Tala kəndində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1985-ci il tarixdə Zaqatala rayonu, Dombabinə (Üçüncü Tala) kəndində anadan olmuşdur. Anası X20 qızı xx.xx.2002-ci il tarixdə Zaqatala rayonu, Üçüncü Tala kəndində vəfat etmiş kənd qəbirstanlığında dəfn olunmuşdur. Anasına ölüm haqqında şəhadətnamə götürülməmiş, ölümü qeydiyyat şöbəsində qeydiyyata alınmamışdır. Anasının vəfatı ilə əlaqədar ölüm şəhadətnaməsi alınması məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. 21 noyabr 2023-cü il tarixli məktub ilə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Mərhum anasının ölüm haqqında şəhadətnaməsinin olmaması torpaq sənədləşmələrində problemlər yaradır. Bunun üçün hazırki ərizə ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, anası ruhi əsəb xəstəliyindən əziyyət çəkib, anası vəfat edəndə onun yaşı az olub və atası ölüm haqqında sənədi götürməyib. Hazırda torpaq sənədlərinin hazırlanması zamanı anasının ölüm sənədinə ehtiyac var. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs rəisi X9 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, ərizəçini tanıyır və əmisidir. O, Üçüncü Tala kəndində yaşayır. Tamam Ağayeva onların gəlini olub. Eyni kənddə yaşayıblar, 2002-ci il tarixdə vəfat edib və Masqara Binədə dəfn olunub. O, dəfn mərasimində iştirak edib. Şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qonşudur. Tamam Ağayevanı tanıyıb, o 2002-ci il tarixdə rəhmətə gedib. Onun yas mərasimində iştirak edib və o, X23 qəbiristanlığında dəfn edilib. Tamam Ağayeva xəstə idi, elə xəstəliyə görə də rəhmətə gedib. İşin halları Maraqlı şəxs tərəfindən 13 dekabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X5 08 aprel 1951-ci ildə Zaqatala rayonu Maqov kəndində anadan olmuş və bu barədə 16 aprel 1951-ci ildə Zaqatala rayonu Maqov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 17 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Maraqlı şəxs tərəfindən 12 dekabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X13 və X1 nikahı haqqında 16 iyul 1972-ci il tarixdə 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikaha daxil olduqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Zaqatala rayonu Dombabinə kənd soveti tərəfindən 24 iyun 1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1985-ci il tarixdə anadan olmuş X10 atası X13, anası X8r. Zaqatala rayon Yuxarı Tala Ərazi Nümayəndəliyi tərəfindən 20 noyabr 2005-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X16 xx.xx.2005-ci il tarixdə nikah bağlamışdırlar və nikah bağlandıqdan sonra ərə Rəcəbov, arvada Rəcəbova soyadları verilmişdir. Maraqlı şəxs tərəfindən 21 noyabr 2023-cü il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X7 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ” X21 Zaqatala Rayon Mərkəzi Xəstəxanası X21 13 fevral 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Zaqatala rayon Maqov kənd sakini Ağayeva (Cəbrayılova) Tamam İbrahim qızının Zaqatala RMX-da vəfat etməsi barədə (xx.xx.2002) məlumatı aradan uzun müddət keçdiyinə, həmçinin, xəstəxanada bu illər ərzində gedən təmir-tikinti işlərində bir sıra sənədlərin itməsi və yararsız hala düşməsi səbəbindən təqdim edə bilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi anası-08 aprel 1951-ci il təvəllüdlü Zaqatala rayonu Maqov kəndində doğulmuş X5 01 aprel 2002-ci il tarixdə Zaqatala rayonu Üçüncü Tala kəndində vəfat etmişdir. Bu fakt ərizəyə əlavə edilmiş arayışlarla, fotoşəkillə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə də öz təsdiqini tapır. Göründüyü kimi, Ağayeva (Cəbrayılova) Tamam İbrahim qızının ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmiş, həmçinin mülki işə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi anası-Ağayeva (Cəbrayılova) Tamam İbrahim qızının 01 aprel 2002-ci il tarixdə Zaqatala rayonu Üçüncü Tala kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Ərizəçi anası-08 aprel 1951-ci il təvəllüdlü Zaqatala rayonu Maqov kəndində doğulmuş Ağayeva (Cəbrayılova) Tamam İbrahim qızının 01 aprel 2002-ci il tarixdə Zaqatala rayonu Üçüncü Tala kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-246/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-246/2024
13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver