Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-249/2021 14.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi X1 və cavabdeh Abdurahmanov Elnur Hidayət oğlunun iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Abdurahmanov Elnur Hidayət oğluna və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı TuranBank ASC cavabdehlər Abdurahmanov Elnur Hidayət oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abdurahmanov Elnur Hidayət oğlunun TuranBank ASC-yə olan 7566,99 ABŞ dolları əsas, 1455,59 ABŞ dolları faiz, 2714,56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11737,14 ABŞ dolları məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 manat məbləğində rüsumun, eləcədə iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Abdurahmanov Elnur Hidayət oğlu və Cavabdeh2 birgə qaydada TuranBank ASC-nin xeyrinə tutulması, həmin borcun bankla Abdurahmanov Elnur Hidayət oğlu arasında bağlanmış 22.06.2015-ci il tarixli, 054/OHİ/15 saylı ipoteka müqaviləsinə əsasən Abdurahmanov Elnur Hidayət oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən 20,8 kv.m. yaşayış, 23,2 kv.m. yardımçı, 44 kv.m. ümumi sahədən ibarət olan 1 otaqlı 4 saylı mənzilə yönəldilərək açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam veriməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, o isə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh2 məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-249/2021 nömrəli 14 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Abdurahmanov Elnur Hidayət oğluna və Cavabdeh2 qarşı verdiyi iddia tələbi “ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam veriməsi” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı TuranBank ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd edilənləri təsdiq edərək göstərdi ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin “Zaqatala” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.06.2015-ci il tarixli İK № 054/OHİ/15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 23 faiz olmaqla 36 (otuz altı) ay müddətinə 14.200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış 22.06.2015-ci il tarixli, № 054/OHİ/15 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17.04.2014-cü il tarixdə qeydiyyata alınmış seriya RX № 0367530, Reyestr nömrəsi **********03-05101-093009, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən 20.8 kv.m yaşayış, 23.2 kv.m yardımçı, 44 kv.m ümumi sahədən ibarət olan 1 otaqlı 4 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığına əsasən 30.000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsinin icrasının digər təminatı kimi Bankla Cavabdeh2 arasında 22.06.2015-ci il tarixli, № 054/OHİ/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, 22.06.2015-ci il tarixli İK № 054/OHİ/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 19 mart 2020-ci il tarixinədək əsas və faiz borcları üzrə bütün öhdəlikləri yerinə yetirməli olduğu halda, əsas borcundan 6,633.01 ABŞ dolları, faiz borcundan isə 6,915.47 ABŞ dolları ödəniş etmişdir. Cavabdeh1 Banka əsas borcundan 7,566.99 ABŞ dolları ABŞ dolları, faiz borcundan 1455.59 ABŞ dolları , cərimə faizindən 2,714.56 ABŞ dolları olmaqla, cəmi 11,737.14 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 22.06.2015-ci il tarixli İK № 054/OHİ/15 saylı kredit müqaviləsinin 2.6-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 46% olmaqla cərimə faizi ödəyir. 3.1.3-cü bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.6cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 9.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ödənişlərin 12 ay ərzində 3 dəfə və ya müddətdən asılı olmayaraq ardıcıl 2 dəfə gecikdirildikdə, ipoteka predmeti sığortalanmadıqda və ya bu müqavilənin 6.11-ci bəndində nəzərdə tutulmuş digər hallarda, borc alanın və ya ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. İddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Abdurahmanov Elnur Hidayət oğlu izahatında iddia ərizəsinə müanasibət bildirərək göstərdi ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin “Zaqatala” filialı ilə onun arasında bağlanmış 22.06.2015-ci il tarixli İK 054/OHİ/15 saylı kredit müqaviləsinə əsasən illik 23 faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə ona 14.200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bir müddət müqavilə üzrə öhdəliklərini icra etsə də, kredit borcunu axırıncı dəfə 24 aprel 2018-ci il tarixdə ödəmişdir. İddia ərizəsini qismən qəbul etdiyini və maddi vəziyyətinin ağır olduğunu nəzərə alaraq cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, təsdiq olunmuş surəti işdə olan "xxxx" ASC-in «Zaqatala» filialı ilə Abdurahmanov Elnur Hidayət oğlu arasında bağlanmış 22 iyun 2015-ci il tarixli İK seriyalı 054/OHİ/15 nömrəli kredit kredit müqaviləsinə əsasən sonucuya illik 23 (iyirmi üç) faiz dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə, fındıq emalı məqsədi üçün 14 200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan krediti və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə, ödəniş müddətinin pozulduğu gündən etibarən illik 46% olmaqla cərimə ödəyir. Kredit müqaviləsinin 3.1.2-ci bəndə əsasən, borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytanlması tələbi üzrə təhlükə yaradarsa, iddiaçının borcun dərhal qaytanlmasını tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən, borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, iddiaçının müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. İşdə olan 24.06.2015-ci il tarixli məxaric orderindən görünür ki, "xxxx" ASC-in «Zaqatala» filialı tərəfindən Cavabdeh1 14200 ABŞ dolları vəsait verilmişdir. İş materiallarında olan "xxxx" ASC-in Zaqatala filialı ilə Abdurahmanov Elnur Hidayət oğlu arasında bağlanmış 22 iyun 2015-ci il tarixli 054/OHİ/15-054 saylı sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Abdurahmanov Elnur Hidayət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onun ünvan 2 ünvanında mülkiyyətdə olan 4 nömrəli, 20.8 kv.m yaşayış sahəsi, 23,2 yardımçı sahə, 44 kv.m ümumi sahədən ibarət 1 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. İpoteka müqaviləsinin 5.2-ci bəndə əsasən, sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. İpoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə 22 iyun 2015-ci il tarixdə Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 4 nömrəli, 20.8 kv.m yaşayış sahəsi, 23,2 yardımçı sahə, 44 kv.m ümumi sahədən ibarət 1 otaqlı mənzil Abdurahmanov Elnur Hidayət oğlunun adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 17.04.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, cavabdeh Abdurahmanov Elnur Hidayət oğlunun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 nömrəli, 20.8 kv.m yaşayış sahəsi, 23,2 yardımçı sahə, 44 kv.m ümumi sahədən ibarət 1 otaqlı mənzil 22 iyun 2015-cü il tarixli İK nömrəli 054/OHİ/15 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə iddiaçı "xxxx" ASC-nin “Zaqatala” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 24.06.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan 22 iyun 2015-cü il tarixli 054/OHİ/15-054 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında ipoteka verən Abdurahmanov Elnur Hidayət oğluna göndərilmiş 20.10.2020-ci il tarixli 431 nömrəli bildirişdə göstərilir ki, kredit müqaviləsi üzrə borcalan bank qarşısında əsas borc məbləğinin kredit müqaviləsinin müddətinin bitdiyi zaman və faizlərin hər ay ödənilməsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə 20.10.2020-ci il tarixə cavabdeh Abdurahmanov Elnur Hidayət oğlunun iddiaçı qarşısında 7566,99 ABŞ dolları əsas kredit borcu, 1455,59 ABŞ dolları ona hesablanmış faiz borcu və 2714,56 ABŞ dolları cərimə borcu vardır. Borcun ödənilməsi barədə dəfələrlə əlaqə yaradılmasına və kreditin ödənişini gecikdirməyi barədə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o bu xəbərdarlıqdan lazımi nəticə çıxarmamış, ondan gecikmələrini 3 gün ərzində "xxxx" ASC-nin Zaqatala filialına ödəməsi tələb edilmiş, əks təqdirdə, borcun ödənilməsi kreditin təminatı kimi ipotekaya (girov) qoyulmuş əmlak hesabına ödənilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Təsdiq olunmuş surəti işdə olan ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə iddiaçı "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarələrinə ünvanlanmış 02.11.2020-ci il tarixli 453 nömrəli ərizədən görünür ki, tam mülkiyyət hüququ üzrə ipoteka qoyan Abdurahmanov Elnur Hidayət oğlu tərəfindən 22 iyun 2015-cü il tarixli İK 054/OHİ/15-054 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən 4 nömrəli, 20.8 kv.m yaşayış sahəsi, 23,2 yardımçı sahə, 44 kv.m ümumi sahədən ibarət 1 otaqlı mənzilə "xxxx" ASC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar ipoteka qoyulmuş həmin əmlaka tutmanın yönəldilməsi haqqında 20.10.2020ci il tarixli bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. Ərizə daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmışdır. İşdə olan Abdurahmanov Elnur Hidayət oğlunun hesabından çıxarışdan görünür ki, onun 22 iyun 2015-cü il tarixli İK seriyalı 054/OHİ/15 nömrəli kredit kredit müqaviləsi üzrə 7566,99 ABŞ dolları əsas borcu, 1455,59 ABŞ dolları faiz borcu 2714,56 manat cərimə borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası “X6” Məhdud Məsulliyyətli Cəmiyyətinin 17 may 2021-ci il tarixli 284 nömrəli rəyindən görünür ki, iddiaçı TuranBank ASC-nin cavabdeh Abdurahmanov Elnur Hidayət oğlu arasında bağlanmış 22.06.2015-ci il tarixli 054/OHİ/15-054 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən, 20.8 kv.m. yaşayış, 23.2 kv.m yardımçı, 44 kv.m. ümumi sahədən ibarət olan 1 otaqlı 4 saylı mənzilin hazırki (mövcud) vəziyyətdə real bazar qiyməti 25900,00 (iyirmi beş min doqquz yüz) manat, ipoteka predmetinin likvid qiyməti isə 23300.00 (iyirmi üç min üç yüz) manat müəyyən edilir. İşdə olan “X7” Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İşdə olan iddiaçı "xxxx" ASC-in “Zaqatala” filialı ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış 22 iyun 2015-cü il tarixli 054/OHİ/15 nömrəli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, zaminlər 22 iyun 2015-cü il tarixli İK 054/OHİ/15 nömrəli kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.4-cü bəndində göstərilir ki, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2015-cü il tarixli İK seriyalı 054/OHİ/15 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 23 (iyirmi üç) faiz dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə fındıq emalı məqsədi üçün 14 200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh Abdurahmanov Elnur Hidayət oğlunun öhdəliklərinin lazımı qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh Abdurahmanov Elnur Hidayət oğlunun xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 4 nömrəli, 20.8 kv.m yaşayış sahəsi, 23,2 yardımçı sahə, 44 kv.m ümumi sahədən ibarət 1 otaqlı mənzilin ipoteka qoyulması barədə 22 iyun 2015-cü il tarixli 054/OHİ/15-054 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçının ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin və ona hesablanmış faizin mühüm hissəsini iddiaçıya qaytarmamışdır. Göstərilənlərə, həmçinin istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 7566,99 ABŞ dolları əsas kredit borcu cavabdeh Abdurahmanov Elnur Hidayət oğlundan alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, işdə olan sənədlərdən aydın olur ki, cavabdeh Abdurahmanov Elnur Hidayət oğlu məlum kredit məbləğini faizlərlə yəni, illik 23 faizlə ödəməyi öhdəsinə götürmüşdür. Müəyyən edildi ki, Cavabdeh1nın 31.01.2018-cı il tarixə əsas kredit borcuna hesablanmış faiz borcu 1455,59 ABŞ dolları məbləğindədir. Mülki Məcəllənin 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Məhkəmənin qənaətinə görə əsas kredit məbləği ilə yanaşı uyğun olaraq faiz borcunun da cavabdeh Abdurahmanov Elnur Hidayət oğlundan tutulması qanuna və müqaviləyə tam uyğundur. Bu səbəbdən də məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdeh Abdurahmanov Elnur Hidayət oğlundan tam həcmdə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Məhkəmə həmçinin iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 2714,56 ABŞ dolları cərimənin cavabdeh Abdurahmanov Elnur Hidayət oğlundan alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 2714,56 ABŞ dolları cərimə qismən, 270 ABŞ dolları həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinin göstərişinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 22 iyun 2015-cü il tarixli 054/OHİ/15 nömrəli zaminlik müqaviləsinin şərtlərinə görə zamin cavabdeh Cavabdeh2 iddiaçı qarşısında cavabdeh borcalan Abdurahmanov Elnur Hidayət oğlu ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və o iddiaçı qarşısında cavabdeh borcalan Abdurahmanov Elnur Hidayət oğlu ilə birgə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi 22 iyun 2015-ci il tarixli İK seriyalı 054/OHİ/15 nömrəli kredit kredit müqaviləsi üzrə yaranmış kredit borcunun Abdurahmanov Elnur Hidayət oğluna məxsus ünvan 2 ünvanında yerləşən 4 nömrəli, 20.8 kv.m yaşayış sahəsi, 23,2 yardımçı sahə, 44 kv.m ümumi sahədən ibarət 1 otaqlı mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 307.6cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, ipoteka müqaviləsi Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi notariat kontorunda təsdiq edilmiş, daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və qanunun bu normasına əməl edilmişdir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə araşdırılmasında həm də müəyyən edildi ki, cavabdeh Abdurahmanov Elnur Hidayət oğluna iddiaçı tərəfindən 20.10.2020-ci il tarixdə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilərək, ondan kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələb edilmiş, əks halda ipoteka predmetlərinə tutmaların yönəldiləcəyi bildirilmişdir. Bundan sonra keçən müddət ərzində cavabdeh Abdurahmanov Elnur Hidayət oğlu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçının tələbinə əsasən, ona məxsus və ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla yanaşı, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, ipoteka qoyulmuş daşınmaz əmlaklar hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ipoteka saxlayanın tələbinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İpoteka haqqında” Qanun) 11.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – «İpoteka haqqında» Qanunun) 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. "İpoteka haqqında" Qanunun 41.1-ci maddəsində müəyyən edilmişdir ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. "İpoteka haqqında" Qanunun 41.4-cü maddəsində müəyyən edilmişdir ki tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. "İpoteka haqqında" Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ipoteka qoyulmuş daşınmaz əmlak ünvan 2 ünvanında yerləşən 4 nömrəli, 20.8 kv.m yaşayış sahəsi, 23,2 yardımçı sahə, 44 kv.m ümumi sahədən ibarət 1 otaqlı mənzildən ibarətdir. Ona görə də cavabdehin borcu üzrə tutma ipoteka qoyulmuş həmin daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə araşdırılmasında ipoteka predmetlərinin hazırkı vəziyyətdə yenidən qiymətləndirilmiş və X4 MMC tərəfindən 17.05.2021-ci il tarixdə verilmiş 284 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh Abdurahmanov Elnur Hidayət oğluna məxsus ünvan 3 ünvanında yerləşən, 20.8 kv.m. yaşayış, 23.2 kv.m yardımçı, 44 kv.m. ümumi sahədən ibarət olan 1 otaqlı 4 saylı mənzilin hazırki (mövcud) vəziyyətdə real bazar qiyməti 25900,00 (iyirmi beş min doqquz yüz) manat, ipoteka predmetinin likvid qiyməti isə 23300.00 (iyirmi üç min üç yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, belə vəziyyətdə məhkmənin qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti 23300.00 (iyirmi üç min üç yüz) manat göstərilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan iddia tələbinin ipoteka predmeti olan, cavabdeh Abdurahmanov Elnur Hidayət оğlunun mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, 20.8 kv.m. yaşayış, 23.2 kv.m yardımçı, 44 kv.m. ümumi sahədən ibarət olan 1 otaqlı 4 saylı mənzilin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, həmin əmlaka tutma yönəldikdən və həmin əmlak hərrac yolu ilə satıldıqdan sonra yeni yaranmış mülkiyyətçinin belə bir hüququnun olacağını, hazırki vəziyyətdə ipoteka predmeti olan əmlakın hərrac yolu ilə kimin alacağını məlum olmasının mümkün olmamasını və nəticə etibarı ilə iddiaçının iddia tələbinin həmin hissəsində hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun bu norması baxımından məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 (otuz ) manat, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması hissəsi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinin tələbinə görə də tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinin imperativ tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 iyun 2015-cü il tarixli İK 054/OHİ/15 nömrəli kredit müqaviləsinə əsasən, 7566,99 (yeddi min beş yüz altmış altı ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları əsas kredit borcu, 1455,59 (bir min dörd yüz əlli beş ABŞ dolları əlli doqquz sent) ABŞ dolları ona hesablanmış faiz borcu və 270 (iki yüz yetmiş) ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 9292,58 (doqquz min iki yüz doxsan iki ABŞ dolları, əlli səkkiz sent) ABŞ dolları kredit borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Abdurahmanov Elnur Hidayət oğlundan və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu və çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cəmi 9292,58 (doqquz min iki yüz doxsan iki ABŞ dolları, əlli səkkiz sent) ABŞ dolları kredit borcu, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat üzrə tutma 22 iyun 2015-cü il tarixli İK 054/OHİ/15 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş cavabdeh Abdurahmanov Elnur Hidayət oğlunun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 nömrəli, 20.8 kv.m yaşayış sahəsi, 23,2 yardımçı sahə, 44 kv.m ümumi sahədən ibarət 1 otaqlı mənzilinə yönəldilsin. Cavabdeh Abdurahmanov Elnur Hidayət oğlunun xüsusi mülkiyyətində olan ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 23300 (iyirmi üç min üç yüz) manat olmaqla, açıq hərracda satılsın və onun satışından əldə edilmiş maliyyə vəsaiti hesabına cavabdeh Abdurahmanov Elnur Hidayət oğlunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Həmin daşınmaz əmlakın satışından əldə edilən pulun artıq qalan hissəsi cavabdeh Abdurahmanov Elnur Hidayət oğluna qaytarılsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Abdurahmanov Elnur Hidayət oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208 hesabına köçürülsün. Zaqatala Rayon Məhkəməsinin 2(033)-249/2021 nömrəli 14 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Abdurahmanov Elnur Hidayət oğluna və Cavabdeh2 qarşı verdiyi iddia tələbinin “ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam veriməsi” hissəsinin baxılmamış saxlanılması nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-249/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-249/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver