Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-277/2021 14.12.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirаkı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Şahabuddin oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000003591 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 9206.33 ABŞ Dolları məbləğində kredit borcu, 11756.03 ABŞ Dolları məbləğində faiz borcu və 6325.31 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27287 (iyirmi yeddi min iki yüz səksən yeddi) ABŞ Dolları 67 (altmış yeddi) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ümumi mülkiyyətində olan Zaqatala rayonu, Masqarabinə kəndində yerləşən 0.2041 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 1 mərtəbəli, 4 otaqlı, 210.10 m2 ümumi sahəsi, 74.70 m2 yaşayış sahəsi, 135.40 m2 yardımçı sahədən, 169.6 m2 tikintialtı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 27287 (iyirmi yeddi min iki yüz səksən yeddi) ABŞ Dolları 67 (altmış yeddi) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ümumi müştərək qaydada tutulması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ümumi mülkiyyətində olan Zaqatala rayonu, Masqarabinə kəndində yerləşən 0.2041 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 1 mərtəbəli, 4 otaqlı, 210.10 m2 ümumi sahəsi, 74.70 m2 yaşayış sahəsi, 135.40 m2 yardımçı sahədən, 169.6 m2 tikintialtı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə və evinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 06.06.2014-cü il tarixli 9L000002862 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.06.2014-cü il tarixli 19R000003591 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.04.2015-ci il tarixli 19R000003591S saylı, 04.03.2016-cı il tarixli 19R000003591SA saylı, 02.06.2017-ci il tarixli 19R000003591SC saylı, 05.07.2018-ci il tarixli 19R000003591SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.08.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8793.67 ABŞ Dolları ödəmiş, onun 9206.33 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.10.2020-ci il tarixə 456 gün uçün hesablanmış faiz borcu 11756.03 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 05.10.2020-ci il tarixə 456 gün üçün hesablanmış cərimə 6325.31 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, borclu Cavabdeh1 və Bank arasında bağlanılmış 09.06.2014-ci il tarixli 19M000000161 saylı ipoteka müqaviləsi (Zaqatala rayonu 2 saylı dövlət notariusu İsgəndərova Y.İ. tərəfindən təsdiq edilib) əsasında onların ümumi mülkiyyətində olan Zaqatala rayonu, Masqarabinə kəndində yerləşən 0.2041 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 1 mərtəbəli, 4 otaqlı, 210.10 m2 ümumi sahəsi, 74.70 m2 yaşayış sahəsi, 135.40 m2 yardımçı sahədən, 169.6 m2 tikintialtı sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 26 №-li reyestr kitabının 78 №-li vərəqində qeydiyyata alınmış RX №0422310 saylı çıxarışla ümumi mülkiyyətində olan Zaqatala rayonu, Masqarabinə kəndində yerləşən 0.2041 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 1 mərtəbəli, 4 otaqlı, 210.10 m2 ümumi sahəsi, 74.70 m2 yaşayış sahəsi, 135.40 m2 yardımçı sahədən, 169.6 m2 tikintialtı sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün AccessBank» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş əmlakda qeydiyyatda olan həmçinin paylı mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 onların ümumi mülkiyyətində olan Zaqatala rayonu, Masqarabinə kəndində yerləşən 0.2041 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 1 mərtəbəli, 4 otaqlı, 210.10 m2 ümumi sahəsi, 74.70 m2 yaşayış sahəsi, 135.40 m2 yardımçı sahədən, 169.6 m2 tikintialtı sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakın ipoteka ilə yüklü edilməsinə etiraz etmədiklərinə və qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdürlər, (razılıq ərizəsinin əsli əlavə olunur). İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü -maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox –müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma çönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 15.09.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 23.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Cavabdeh7 Şahabuddin oğlu iddia ərizəsinə etiraz ərizəsi göndərərək İddiaçı QSC ilə 06 iyun 2014-cü il tarixdə Cavabdeh7 Şahabuddin oğlu arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" QSC aralarında bağladığı 13.06.2014-cü il tarixli 19R000003591 saylı kredit razılaşmasına əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə 06 iyun 2014-cü il tarixdə Cavabdeh7 Şahabuddin oğlu arasında 19L000002862 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditivin açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edir ki, onunla bağlanmış zaminlik müqaviləsinin şərtlərindən aydın olur ki, 06 iyun 2014-cü il tarixli kredit razılaşmasına əsasən onunla zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra kredit alan şəxs Cavabdeh1 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsinə 4 dəfə müxtəlif tarixlərdə 13.04.2015-ci il tarixli, 04.03.2016-cı il tarixli, 02.06.2017-ci il tarixli, 05.07.2018ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Həmin kredit müqaviləsinə dəyişikliklər və ödəniş planına dəyişikliklərdən onun məlumatı olmamışdır. Mülki iş materiallarına baxdıqda iş materiallarında digər zamin və ipoteka qoyanların hər birinin kredit müqaviləsinə və ödəniş planına dəyişikliklərdə razılıqları qeyd olunur. Hansı ki həmin kredit müqaviləsinə və ödəniş planına dəyişikliklərdən onunla da bağlanmalı idi. Lakin aralarında belə bir razılıq bağlanmamışdır. Kredit xətti müqaviləsinə yeni zamin 02 iyun 2017-ci il tarixdə Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 iyun 2014-cü il tarixli kredit xətti müqaviləsinin 1.3cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Kredit xətti müqaviləsinin 4.5-ci bəndinə əsasən bu müqaviləyə əlavələr, dəyişikliklər və düzəlişlər tərəflər arasında yazılı sazişin bağlanması yolu ilə həyata keçirilir. 06 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsinin 4.3-cü bəndinə əsasən Kredit və zaminlik müqavilələri ilə bağlı hər hansı bir tələb, bildiriş, xəbərdarlıq və s. sənədlər zaminin bu müqavilənin 5-ci maddəsində göstərilən ünvanına və ya banka məlum olan sonuncu ünvanına yazılı şəkildə bildirişli sifariş məktubu ilə göndərildikdə və ya ona şəxsən təqdim edildikdə zaminə çatdırılmış hesab olunur. Zamin ünvanında hər hansı bir dəyişiklik barədə dərhal bankı xəbərdar etməlidir. Həmin müqavilənin bəndindən aydın olur ki, tərəflərin məlumatlandırılması sənədlərin siyahısı tələb, bildiriş və xəbərdarlıqla kifayətlənmir. Eyni zamanda kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərdən tərəf məlumatlandırılmalıdır. Bank tərəfindən müqaviləyə dəyişiklik və əlavələr barədə hər hansı bir rəsmi məlumat yaşadığı ünvana göndərilməmişdir. Bununla da onunla bağlanmış zaminlik müqaviləsinin şərtləri bank tərəfindən birtərəfli qaydada pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərinin bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X6 iddia ərizəsininin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər X3 və Cavabdeh2 kredit məbləğini manatla aldıqlarını, eyni zamanda ipotekaya qoyulmuş evin dəyərinin müqavilədə aşağı göstərildiyini bildirmişlər. Daha sonra göstərmişlər ki, onların həqiqətən də banka borcları var, lakin ödəməyə maddi imkanları yoxdur. Gələcəkdə borclarını ödəyəcəklər, bununla bağlı bank heç bir razılığa gəlmir. Qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh7 Şahabuddin oğlu və onun nümayəndəsi və vəkili X5 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın ona aid hissəsinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan, mümkün və mötəbər sübutlara tərəflərin iştirakı ilə tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı QSC-in Zaqatala filialı ilə Cavabdeh1 Qurban oğlu arasında bağlanmış 06 iyun 2014-cü il tarixli 19L000002862 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 30 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin Müqavilənin 1.3-cü bəndindən görünür ki, verilən hər bir kreditin məbləği , faiz dərəcəsi, müddəti, məqsədi, və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. İşdə olan İddiaçı QSC-in Zaqatala filialı ilə Cavabdeh1 Qurban oğlu arasında 06 iyun 2014-cü il tarixli 19L000002862 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış 13 iyun 2014cü il tarixli 19R000003591 saylı kredit razılaşmasına əsasən 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 18 000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan Access Bank QSC ilə Cavabdeh1 arasında imzalanmış 13.04.2015-ci il tarixli 19R000003591S saylı, 04.03.2016-cı il tarixli 19R000003591SA, 02.06.2017-ci il tarixli 19R000003591SC saylı 05.07.2018-ci il tarixli 19R000003591SD saylı sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan Access Bank QSC ilə Cavabdeh1 arasında imzalanmış 13.04.2015-ci il tarixli 19R000003591S saylı sazişin 1-ci bəndindən görünür ki, Bank ilə Kredit Alan arasında 06 iyun 2014-cü il tarixli İ9L000002862 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 13 iyun 2014-cü il tarixdə bağlanmış 19R000003591 Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 15 mart 2016-cı il tarixdən aylıq 1.917%; 13 mart 2017-ci il tarixdən aylıq 1.833%; 13 mart 2018-ci il tarixdən aylıq 1.75%, 13 mart 2019-cu il tarixdən aylıq 0 % dərəcəsi ilə faizlər hesablanır və Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 13 iyun 2014-cü il tarixli ödəniş planı (“əvvəlki ödəniş planı") ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 13 aprel 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı1) uyğun olaraq dəyişdirilmişdir. İşdə olan İddiaçı QSC-in 07.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 13 iyun 2014-cü il tarixli 19R000003591 saylı kredit razılaşması üzrə Cavabdeh1 Qurban oğlunun əsas kredit borcu 9206,33 ABŞ dolları, 456 gün üçün hesablanmış faiz borcu 11756,03 ABŞ dolları, cərimə 6325,31 ABŞ dolları, cəmi isə 27287,67 ABŞ dolları kredit borcu vardır. İşdə olan 02 iyun 2017-ci il tarixli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 Qurban oğlu tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyinin icrası üçün birgə məsuliyyət daşıyır. İşdə olan 13 iyun 2014-cü il tarixli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh7 Şahabuddin oğlu arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh7 Şahabuddin oğlu Cavabdeh1 tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyinin icrası üçün birgə məsuliyyət daşıyır. İşdə olan 06 iyun 2014-cü il tarixli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 Cavabdeh1 Qurban oğlu tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyinin icrası üçün birgə məsuliyyət daşıyır. İşdə olan 06 iyun 2014-cü il tarixli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Cavabdeh1 Qurban oğlu tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyinin icrası üçün birgə məsuliyyət daşıyır. İşdə olan 06 iyun 2014-cü il tarixli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 Qurban oğlu tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyinin icrası üçün birgə məsuliyyət daşıyır. İşdə olan 06 iyun2 014-cü il tarixli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 Cavabdeh1 Qurban oğlu tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyinin icrası üçün birgə məsuliyyət daşıyır. İşdə olan İddiaçı QSC-in Zaqatala filialı ilə cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli 19M000000161 saylı ipoteka müqaviləsinə əsasən, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Qurban oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1 Qurban oğlunun, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Masqarabinə kəndindəki 0,2041 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh6 mülkiyyətində olan ümumi sahəsi 210,10 kv.m., yaşayış sahəsi 74,70 kv.m, 135,40 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılaşması ilə 14117,40 (on dörd min bir yüz on yeddi manat qırx qəpik) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 26 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Zaqatala rayonu, Masqarabinə kəndində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 mülkiyyətdə olan 0,2041 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evi İddiaçı QSC-in xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İşdə olan bildirişlərdən görünür ki, ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlər onlara təqdim edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə bundan sonra Elektron Xidmətlər Portalı vasitəsi ilə 23.09.2020-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsində qeydə alınmışdır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 ünvanlanmış xəbərdarlıqların surətlərindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borc ödənilmədiyi halda borcun məcburi alınması üçün hüquqmühafizə orqanlarına müraciət ediləcəyinə dair xəbərdar edilmişdirlər. İş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(033)- 277/2021 nömrəli qərardadının icrası ilə əlaqədar məhkəməyə təqdim edilmiş “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 may 2021-ci il tarixli 285 nömrəli ekspert rəyində iddiaçı "Accessbank” QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli 19M000000161 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Zaqatala rayonu, Masqarbinə kəndində yerləşən 0.2041 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 1 mərtəbəli, 4 otaqlı, 210.10 m2 ümumi sahəsi, 74.70 m2 yaşayış sahəsi, 135.40 m2 yardımçı sahədən, 169.6 m2 tikinti altı sahədən ibarət fərdi yaşayış evinin hazırkı (mövcud) vəziyyətdə real bazar qiyməti 36000.00 (otuz altı min) manat olmaqla ipoteka predmetinin likvid qiymətlə müəyyən edilərək ilkin satış qiyməti 32400,00 (otuz iki min dörd yüz) manat təşkil etməsi müəyyən edildiyi göstərilmişdir. İşdə olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki aparılmış tədqiqatın dəyəri 300 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 22021-ci il tarixli 9/6250 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 13 iyun 2014-cü il tarixdə bağlanmış 19R000003591 nömrəli kredit Razılaşması və 05 iyul 2018-ci il tarixdə bağlanmış 19R000003591SD saylı sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı QSC-yə 07.07.2020-ci il tarixə 20479,03 ABŞ dolları: əsas borc üzrə 9206,33 ABŞ dolları, fazi borcu üzrə 11272,70 ABŞ dolları, 05.10.2020-ci il tarixə: 20962,36 ABŞ dolları bundan 9206,33 ABŞ dolları əsas borc üzrə, 11756,03 ABŞ dolları faiz borcu üzrə borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi bağlandıqdan sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini gecikdirmişdir. Cavabdeh1 xəbərdarlıqların edilməsinə baxmayaraq Cavabdeh1 tərəfindən üzərlərinə götürülmüş öhdəliklər tam icra edilməmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən əsas borc məbləği və faizlər ödənilmədiyindən və kredit müqaviləsinin şərtləri pozulduğundan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında da müəyyən edildi ki iddiaçı "xxxx" QSC ilə cavabdeh Cavabdeh1 arasında 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair 06 iyun 2014-cü il tarixli 019L000002862 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə görə cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Ona görə də həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə bağlanmış 13 iyun 2014-ci il tarixli 019R000003591 nömrəli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2 faiz olmaqla 48 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 18000 (on səkkiz min) ABŞ dolları kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı QSC qarşısında borcu 05 oktyabr 2020-ci il tarixə 9206,33 ABŞ dolları əsas borcu, 11756,03 ABŞ dolları faiz borcu kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13 iyun 2014-ci il tarixli 019R000003591 nömrəli kredit razılaşmasına əsasən 9206,33 ABŞ dolları əsas borc məbləği Cavabdeh1 alınaraq, iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 13 iyun 2014-ci il tarixli 019R000003591 nömrəli kredit razılaşmasının 1.1ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 2 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4—cü bəndinə faktiki illik faiz dərəcəsi 24 faiz təşkil edir Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 11756,03 ABŞ dolları faiz borcunun da Cavabdeh1 tam şəkildə alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 6325,31 ABŞ dolları cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 6325,31 ABŞ dolları cərimə qismən, 50 ABŞ dolları həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 06 iyun 2014-cü il tarixli 019S000005008 nömrəli, 019S000005005 nömrəli, 019S000005006 nömrəli, 019S000005007 nömrəli, 02 iyun 2017-ci il tarixli 019S**********01 nömrəli zaminlik müqavilələrinin şərtlərinə görə zaminlərcavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 9206,33 ABŞ dolları əsas kredit borcu, 11756,03 ABŞ dolları ona hesablanmış faiz borcu, 50 ABŞ dolları cərimə borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun digər cavabdehlərlə birgə digər cavabdeh-zamin Cavabdeh7 Şahabuddin oğlundan tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 iyun 2014-cü il tarixli 19S000005137 nömrəli zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh7 Şahabuddin oğlunun iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olub ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci il tarixli Qərarında isə belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur; Həmin Qərarla zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə biləcəyi qeyd edilmişdir. Həmin Qərarda zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olması, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınması, belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməli olduğu qeyd edilmişdir. X4 Məhkəməsinin Plenumu gəldiyi nəticələrdən görünür ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır; Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Mülki Məcəllənin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir; Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır; Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur; Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh7 Şahabuddin oğlu iddiaçı ilə onun arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsini xahiş edir. Konstitusiya Məhkəməsinin Plenum qərarlarının məzmunundan da görünür ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilir və Mülki qanunvericiliyə əsasən zaminin razılığı olmadan zaminliklə təmin olunmuş öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artamasına səbəb olduqda zaminliyə xitam verilir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına əsasən Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Lakin baxılan iş üzrə zaminlik müqaviləsi həmin qərarların qüvvəyə minməsindən əvvəl bağlanmış, habelə hazırki iş üzrə iddia ərizəsi qeyd olunan qərarlar qüvvəyə mindikdən sonra məhkəmənin icraatına daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Access Bank QSC ilə Cavabdeh7 Şahabuddin oğlu arasında kredit və zaminlik müqaviləsi üzrə münasibətlər Konstitusiya Məhkəməsinin Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli və 31 may 2018-ci il tarixli qərarları qüvvəyə minməsindən əvvəl yəni 13 iyun 2014-cü ildə yarandığından qeyd edilən qərarlarda ifadə olunmuş hüquqi mövqelər hazırki münasibətlərə şamil edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun digər cavabdehlərlə birgə digər Cavabdeh7 Şahabuddin oğlundan tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə müvafiq olaraq borclu və ipoteka qoyanla bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən, borclu öhdəliklərini icra etmədikdə və (və ya) lazımınca icra etmədikdə ipoteka saxlayan təminat əmlakına tutma yönəltməklə onun satılmasını, əldə edilmiş puldan kredit borcunun hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 Qurban oğlu tərəfindən üzürlü səbəblər olmadan iddiaçı qarşısında götürdüyü öhdəlik icra olunmamış, bunun müqabilində öhdəliyin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi tələbi iddiaçı tərəfindən irəli sürülmüşdür. Göründüyü kimi İddiaçı Qapalı Səhmdar cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 arasında bağlanmış 09 iyun 2014-ci il tarixli 19M000000161 saylı ipoteka müqaviləsinə əsasən, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Qurban oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Masqarabinə kəndindəki 0,2041 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 210.10 kv.m.-dən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya qoyulmuş həmin fərdi yaşayış evi rəsmi reyestrdə qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi olan iş üzrə cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlər onlara təqdim edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə bundan sonra Elektron Xidmətlər Portalı vasitəsi ilə 23 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. İşdən görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, ipoteka qoyulmuş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşmaları yoxdur. Ona görə də ipoteka saxlayanın tələbinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "İpoteka haqqında" Qanunun 41.1-ci maddəsində müəyyən edilmişdir ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. "İpoteka haqqında" Qanunun 41.4-cü maddəsində müəyyən edilmişdir ki tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən kredit müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələr borc alan tərəfindən yerinə yetirilmədiyi hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutumanı yönəltmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada tutulacaq məbləğ öhdəliyin təminatı kimi ipotekaya qoyulmuş, cаvаbdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Masqarabinə kəndində yerləşən 0,2041 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən Cavabdeh1 Qurban оğlunun mülkiyyətində olan 1 mərtəbəli, 4 otaqlı, 210,10 kvadrat metr ümumi, 74,70 kvadrat metr yaşayış sahəsindən, 135,40 kvadrat metr yardımçı sahədən, tikintialtı sahəsi 169,6 kvadrat metr olan,tikintialtı sahəsi 55,90 kv.m olan talvar,tikinti altı sahəsi 83,30 kv.m olan mal damı, tikintialtı sahəsi 8,40 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 7,60 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 11,60 kv.m olan hasar, tikintialtı sahəsi 2,80 kv.m olan hasardan ibarət olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə edilən vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcları ödənilməlidir. İpoteka predmeti olan həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ilkin hərracdan satış qiyməti “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 may 2021-ci il tarixli 285 nömrəli ekspert rəyinə əsasən likvid qiymətlə müəyyən edilərək ilkin satış qiyməti 32400,00 (otuz iki min dörd yüz) manat müəyyən edilmişdir. Məhkəmə həmin fərdi yaşayış evinin ilkin hərracdan satış qiyməti ilə bağlı «X2 » MMC tərəfindən verilmiş rəydə göstərilmiş qiymətinə istinad etməyi məqsədə müvafiq hesab edir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.3.2-ci maddəsinə əsasən ipotekaya qoyulmuş yaşayış evinə və mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hərrаcdаn əldə оlunmuş vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə 06 iyun 2014-cü il tarixli, 19L000002862 nömrəli kredit xətti müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınmalı olan qalan borcun ümumi qаydаdа tutulması, cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 оğlunun mülkiyyətində olan, Zaqatala rayonu Masqarabinə kəndində yerləşən 0,2041 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 210,10 kvadrat metr ümumi, 74,70 kvadrat metr yaşayış sahəsindən, 135,40 kvadrat metr yardımçı sahədən, tikintialtı sahəsi 169,6 kvadrat metr olan, tikintialtı sahəsi 55,90 kv.m olan talvar, tikinti altı sahəsi 83,30 kv.m olan mal damı, tikintialtı sahəsi 8,40 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 7,60 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 11,60 kv.m olan hasar, tikintialtı sahəsi 2,80 kv.m olan hasardan ibarət olan fərdi yaşayış evinə tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılması ilə bağlı hissəsini də əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbinin həmin hissəsi də təmin edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan, cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 оğlunun mülkiyyətində olan, Zaqatala rayonu Masqarabinə kəndində yerləşən 0,2041 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 210,10 kvadrat metr ümumi, 74,70 kvadrat metr yaşayış sahəsindən, 135,40 kvadrat metr yardımçı sahədən, tikintialtı sahəsi 169,6 kvadrat metr olan, tikintialtı sahəsi 55,90 kv.m olan talvar, tikinti altı sahəsi 83,30 kv.m olan mal damı, tikintialtı sahəsi 8,40 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 7,60 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 11,60 kv.m olan hasar, tikintialtı sahəsi 2,80 kv.m olan hasardan ibarət olan fərdi yaşayış evinin alıcıya təhvil verilməsi və cavabdehlərin istifadə hüquqlarının itirilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, həmin əmlaka tutma yönəldikdən və həmin əmlak hərrac yolu ilə satıldıqdan sonra yeni yaranmış mülkiyyətçinin belə bir hüququnun olacağını, hazırki vəziyyətdə ipoteka predmeti olan əmlakın hərrac yolu ilə kimin alacağını məlum olmasının mümkün olmamasını və nəticə etibarı ilə iddiaçının iddia tələbinin həmin hissəsində hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq 30 manat dövlət büdcəsinə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün dövlət rüsumu olaraq 10 manat və xidmət haqqı 20 manat olmaqla, 30 manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Şahabuddin oğlundan müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı 20 manat olmaqla, 30 manat da cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməli, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilməli olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 300 manat ekspertiza xərci də cavabdehlərdən müştərək qaydada alınaraq «X2» MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Ona görə də hesab edirəm ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 216-220, 227.1 və 360-cı mаddələrinə əsаsən məhkəmə qət etdi: İddiа qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Qurban oğlu arasında bağlanmış 06 iyun 2014-cü il tarixli, 19L000002862 nömrəli kredit xətti müqaviləsi üzrə Azərbaycan Respulikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 9206,33 (doqquz min iki yüz altı ABŞ dolları otuz üç sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 11756,03 (on bir min yeddi yüz əlli altı ABŞ dolları üç sent) ABŞ dolları məbləğində faiz borcu və 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21012,36 (iyirmi bir min on iki ABŞ dolları otuz altı sent) ABŞ dolları bоrc cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Şahabuddin oğlundan müştərək qaydada alınaraq iddiаçı İddiaçı Qаpаlı Səhmdаr Cəmiyyətinin xeyrinə tutulsun. İddiаçı İddiaçı Qаpаlı Səhmdаr Cəmiyyətinin iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 (otuz) mаnаt məbləğində dövlət rüsumu xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci, cəmi 60 (altmış) manat cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Şahabuddin oğlundan müştərək qaydada alınaraq iddiаçı İddiaçı Qаpаlı Səhmdаr Cəmiyyətinə verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Şahabuddin oğlundan müştərək qaydada tutulacaq məbləğ öhdəliyin təminatı kimi ipotekaya qoyulmuş, cаvаbdehlər Cavabdeh1 Qurban оğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətində olan, Zaqatala rayonu Masqarabinə kəndində yerləşən 0,2041 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 210,10 kvadrat metr ümumi, 74,70 kvadrat metr yaşayış sahəsindən, 135,40 kvadrat metr yardımçı sahədən, tikintialtı sahəsi 169,6 kvadrat metr olan, tikintialtı sahəsi 55,90 kv.m olan talvar, tikinti altı sahəsi 83,30 kv.m olan mal damı, tikintialtı sahəsi 8,40 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 7,60 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 11,60 kv.m olan hasar, tikintialtı sahəsi 2,80 kv.m olan hasardan ibarət olan fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracda satış yolu ilə realizə edilsin. İpoteka ilə yüklü edilmiş, cаvаbdehlər Cavabdeh1 Qurban оğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 mülkiyyətində olan, Zaqatala rayonu Masqarabinə kəndində yerləşən 0,2041 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 210,10 kvadrat metr ümumi, 74,70 kvadrat metr yaşayış sahəsindən, 135,40 kvadrat metr yardımçı sahədən, tikintialtı sahəsi 169,6 kvadrat metr olan, tikintialtı sahəsi 55,90 kv.m olan talvar, tikinti altı sahəsi 83,30 kv.m olan mal damı, tikintialtı sahəsi 8,40 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 7,60 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 11,60 kv.m olan hasar, tikintialtı sahəsi 2,80 kv.m olan hasardan ibarət olan fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 32400 (otuz iki min dörd yüz) manat müəyyən edilsin. Hərrаcdаn əldə оlunmuş vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə 06 iyun 2014-cü il tarixli, 19L000002862 nömrəli kredit xətti müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Şahabuddin oğlundan müştərək qaydada alınmalı olan qalan borc ümumi qаydаdа icra edilsin. Cavabdehlər Cavabdeh1 оğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətində olan, Zaqatala rayonu Masqarabinə kəndində yerləşən 0,2041 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 210,10 kvadrat metr ümumi, 74,70 kvadrat metr yaşayış sahəsindən, 135,40 kvadrat metr yardımçı sahədən, tikintialtı sahəsi 169,6 kvadrat metr olan, tikintialtı sahəsi 55,90 kv.m olan talvar, tikinti altı sahəsi 83,30 kv.m olan mal damı, tikintialtı sahəsi 8,40 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 7,60 kvadrat metr olan dəmir darvaza, tikintialtı sahəsi 11,60 kv.m olan hasar, tikintialtı sahəsi 2,80 kv.m olan hasardan ibarət olan fərdi yaşayış evinə tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsın, həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Şahabuddin oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün, 300 (üç yüz) manat ekspertiza xərci isə cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Şahabuddin oğlundan müştərək qaydada alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-277/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-277/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver