Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-28/2022 01.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 katibliyi, cavabdeh X8 və onun vəkili X9 iştirakları ilə, İddiaçı cavabdehlər X12 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, dəymiş ziyanın ödənilməsi və mülkiyyət hüququnun pozulmasına dair məsuliyyətin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8 və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına, onların qanunsuz istifadəsi nəticəsində dəymiş ziyannın ödənilməsinə və torpaq üzərində mülkiyyət hüququnun pozulmasına dair məsuliyyətin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1995-96-cı illərdə Zaqatala rayonu Lahıc kəndində torpaq islahatı zamanı JN-299H seriyalı 29.08.2005-ci il tarixli şəhadətnamə üzrə 0.13 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini Lahıc kənd sakinləri Cavabdeh1 və həyat yoldaşı X18 zəbt edərək qanunsuz olaraq istifadə edirlər. Dəfələrlə onlara şifahi xəbərdarlıq etmələrinə baxmayaraq torpaq sahəsindən qanunsuz istifadəni davam etdirirlər. Bununla bağlı 2016-cı ildə Zaqatala rayon Polis şöbəsinə etdikləri şikayətlə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi həqiqətən də İddiaçı məxsusdur. Bütün bunlara rəğmən Cavabdeh1 və X2 dövründə 1982-ci ildə həmin torpaqda kartof və bostan məhsulları əkdiklərini əsas götürərək qanunsuz hərəkətlərini dayandırmırlar. Bunun nəticəsində öz torpağından uzun illər istifadə etməsinə mane olduqlarına görə ona cavabdehlər tərəfindən 5000 manat həcmində ziyan dəymişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X19 izahat verərək göstərdi ki, iddiaçıya məxsus torpaq sahəsi o və digər cavabdeh tərəfindən zəbt edilməmişdir və bu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04 may 2022-ci il tarixli rəyi ilə də öz təsdiqini tapmışdır. O, iddia tələbini qəbul etmir və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X8 vəkili X20 cavabdehin verdiyi izahata uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları JN-299H KOD 40211018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,13 ha torpaq sahəsi İddiaçı, X13, X3, X1 və X16 mülkiyyətinə verilmişdir. JN-475G KOD 40211018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,6 ha torpaq sahəsi Cavabdeh1, X19, X10, X14 və X5 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki Layihə- Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi 04 fevral 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-299H KOD 40211018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Zaqatala rayon AlK-nın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə İddiaçı, X13, X3, X1 və X16 mülkiyyətinə verilmiş Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,13 ha torpaq sahəsi cavabdehlər X21 və X15 tərəfindən istifadə olunmur. İddiaçıların adına tərtib edilmiş JN-299H KOD 40211018 olan Şəhadətnamədə göstərilən 0,13 ha torpaq sahəsinin cizgiləri cavabdehlərin naturada istifadə etdiyi 0.05 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Cavabdeh və iddiaçının naturada istifadə etdikləri torpaq sahələri və sənədlərdə göstərilən cizgilər tərtib edilmiş yerquruluşu planında gösterilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli 10/684 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə 28.02.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin Şəki Layihə-Tədqiqat idarəsi tərəfindən tərtib edilmiş, 04.02.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-299H KOD 40211018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnməyə əsasən Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X4, X13, X3, X1 və X16 mülkiyyətinə verilmiş Zaqatala rayonu Lahıc kəndində yerləşən 0.13 ha torpaq sahəsi cavabdehlər X19 və Cavabdeh1 tərəfindən istifadə olunmur. İddiaçıların adına tərtib edilmiş JN-299H KOD 40211018 olan Şəhadətnamədə göstərilən 0.13 ha torpaq sahəsinin cizgiləri cavabdehlərin naturada istifadə etdiyi 0,05 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən oldu ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,13 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə İddiaçı, X13, X3, X1 və X16 mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X8 çıxarılmasına, onların qanunsuz istifadəsi nəticəsində dəymiş ziyanın ödənilməsinə və torpaq üzərində mülkiyyət hüququnun pozulmasına dair məsuliyyətin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X19 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli 10/684 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, JN-299H KOD 40211018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnməyə əsasən Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X4, X13, X3, X1 və X16 mülkiyyətinə verilmiş Zaqatala rayonu Lahıc kəndində yerləşən 0.13 ha torpaq sahəsi cavabdehlər X19 və Cavabdeh1 tərəfindən istifadə olunmur. İddiaçıların adına tərtib edilmiş JN-299H KOD 40211018 olan Şəhadətnamədə göstərilən 0.13 ha torpaq sahəsinin cizgiləri cavabdehlərin naturada istifadə etdiyi 0,05 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər və sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçının izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi dəlillər işin halları ilə uzlaşmamaqla əsaslı deyildir. İlk öncə ona görə ki, cavabdehlər tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamış, onun torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmişdir. Qeyd edilən hal ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, göründüyü kimi, tələbin ikinci hissəsi, yəni maddi zərərin ödənilməsi isə ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissəsi də əsаslı оlа bilərdi. Buna görə də, iddiаçının dəlilləri bütünlüklə əsаssızdır. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və X19 tərəfindən İddiaçıt Abdurahman qızının mülkiyyətində olan 0.13 ha torpaq sahəsi istifadə olunmadığından və cavabdehlərin naturada istifadə etdikləri 0,05 ha torpaq sahəsi iddiaçıların adına tərtib edilmiş JN-299H KOD 40211018 olan Şəhadətnamədə göstərilən 0.13 ha torpaq sahəsinin cizgiləri daxilində olmadığından İddiaçı cavabdehlər X12 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, dəymiş ziyanın ödənilməsi və mülkiyyət hüququnun pozulmasına dair məsuliyyətin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ödədiyi 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı cavabdehlər X12 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, dəymiş ziyanın ödənilməsi və mülkiyyət hüququnun pozulmasına dair məsuliyyətin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu -, X11 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-28/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-28/2022
01.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver