Məhkəmə qərarları › İş №2(033)-3/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-3/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-3/2021 26.01.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elbrus Hacıbala oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada idiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000004705 saylı kredit razılaşması üzrə 6188.61 manat məbləğində kredit borcu, 1460.07 manat məbləğində faiz borcu və 1996.73 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9645 (doqquz min altı yüz qırx beş) manat 41 (qırx bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən paylı mülkiyyətdə olan ümumi -həsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 taqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 9645 (doqquz min altı yüz qırx beş) manat 41 (qırx bir) qəpik məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət aqqının satışdan əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutulması, Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi, 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirlməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 26.09.2014-cü il tarixli 19L000003710 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30 000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 29.09.2014-cü il tarixli 19R000004705 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 19.01.2016-cı il tarixli 19R000004705S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.02.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2811.39 manat ödəmiş, onun 6188,61 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən qaytarılmaslı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21.12.2016-cı il tarixə 324 gün üçün hesablanmış faiz borcu 1460.07 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdiıilən gün üçün kredit qalığının 0.5 məbləğində cərimə ödəməlidir. 21.12.2016-cı il tarixə 324 gün üçün hesablanmış cərimə 1996,73 manat təşkil edir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 26.09.2014-cü il tarixli 19S000006619 saylı zaminlik müqaviləsinə, X2 29.09.2014-cü il tarixli 19S000006620 saylı zaminlik müqaviləsinə, Cavabdeh6 26.09.2014-cü il tarixli 19S000006621 saylı zaminlik müqaviləsinə və Cavabdeh2 29.09.2014-cü il tarixli 19S000006622 saylı zaminlik müqaviləsinə və Cavabdeh4 29.09.2014-cü il tarixli 19S000006623 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasım təmin etmək məqsədilə cavabdeh-ipoteka verənlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 "İddiaçı” QSC ilə bağladıqları 26.09.2014-cü il tarixli 19M000000195 saylı ipoteka müqaviləsi (Zaqatala rayonu 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 m2 yaşayış sahəsi 106 m2 yardımçı sahəsi 76.30 m2 olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 28 №-li reyestr kitabının 38 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışla Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı cavabdeh-ipoteka verənlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qızma İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 36.2-ci bəndində uyğun olaraq 23.11.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildirişlər 24.11.2016-cı il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 29.11.2016-cı tarixdə həmin idarədə qeydə alınmışdır. Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi “İddiaçı» QSCyə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü eidlməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldiyi təqdirdə və satıldıqda həmin evi qeydşərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi borcu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Ona məxsus əmlakın yeni qiymətlə hərracca çıxarılmasına etiraz etmir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 26.09.2014-cü il tarixli 19L000003710 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən borcluya 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 29.09.2014-cü il tarixli 19R000004705 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 19.01.2016-cı il tarixli 19R000004705S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanılmış 26.09.2014-cü il tarixli 19M000000195 saylı ipoteka müqaviləsindən görünür ki, əsasında Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 28 №-li reyestr kitabının 38 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №li çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarında olan müstəqil qiymətləndirici olan “xxxx” MMC-nin rəyindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin hazırkı vəziyyətdə orta bazar qiyməti 22000 manat təşkil edir. İş materiallarında olan müstəqil qiymətləndirici olan “xxxx” MMC-nin rəyindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin hazırkı vəziyyətdə orta bazar qiyməti 56 500 manat təşkil edir. Məhkəmə hazırkı işlə bağlı tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının tə`min edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən, əgər borclu tə`minat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını tə`min etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qeyd edilən Qanunun 48.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 26.09.2014-cü il tarixli 19L000003710 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30 000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 29.09.2014-cü il tarixli 19R000004705 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 19.01.2016-cı il tarixli 19R000004705S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 2811.39 manat ödəmiş, onun 6188,61 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21.12.2016-cı il tarixə 324 gün üçün hesablanmış faiz borcu 1460.07 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdiıilən gün üçün kredit qalığının 0.5 məbləğində cərimə ödəməlidir. 21.12.2016-cı il tarixə 324 gün üçün hesablanmış cərimə 1996,73 manat təşkil edir. Kredit borcunun təminatı olaraq Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 zaminlik müqaviləsi bağlanılmışdır. Həmçinin öhdəliklərin təminatı olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ilə bank arasında 26.09.2014-cü il tarixli 19M000000195 saylı ipoteka müqaviləsinə əsasən Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də, lakin borclu üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun 6188.61 manat məbləğində kredit borcu, 1460.07 manat məbləğində faiz borcu və 1996.73 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9645 (doqquz min altı yüz qırx beş) manat 41 (qırx bir) qəpik məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və faiz borca aid hissədə tam təmin edilməli olsa da, tələb olunan cərimə ilə bağlı iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, mhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, sözügedən kredit razılaşmaları üzrə hesablanmış cərimə borcu həddindən artıq böyük olduğundan azaldılmalı və cərimə 199 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yükül edilmiş evin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə münasibətdə həmin hissə ilə razılaşmır. Belə ki, həmin məsələlər qətnamənin icrası prosesində həll edilməlidir. X3 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi dolğun və real bazar dəyərinə düzgün olaraq ifadə edir. Ona görə də, ipoteka predmetinin dəyəri “xxxx” MMC-nin vermiş olduğu qiymətə (56 500 manat) uyğun götürülməlidir. X3 59.3.1-ci maddəsində qeyd edilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin əsas hissəsi təmin olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26.09.2014-cü il tarixli 19L000003710 saylı kredit razılaşması üzrə 6188.61 manat məbləğində kredit borcu, 1460.07 manat məbləğində faiz borcu və 199 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7847,68 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipooteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, tələb Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və müqavilə üzrə cəmi 7847,68 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipooteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ipoteka predmetinin hərracda satışından əldə edilmiş vəsait hesabına İddiaçı-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutulmalı, Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə istifadə hüquqları itirilməli, oların həmin fərdi yaşayış evindən çıxarılmalı, ipoteka predmetinin hərracda ilkin satış qiyməti 56500 manat olaraq müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26.09.2014-cü il tarixli 19L000003710 saylı kredit razılaşması üzrə 6188.61 manat məbləğində kredit borcu, 1460.07 manat məbləğində faiz borcu və 199 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7847,68 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipooteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulsun. Tələb Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın və müqavilə üzrə cəmi 7847,68 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipooteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ipoteka predmetinin hərracda satışından əldə edilmiş vəsait hesabına İddiaçı-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutulsun. Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə onlar həmin əmlakdan çıxarılsın. İpoteka predmeti olan Zaqatala rayonu Aşağı Tala kəndində paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.30 kvm yaşayış sahəsi 106 kvm yardımçı sahəsi 76.30 kvm olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 56500 manat olaraq müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elbrus Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar