Məhkəmə qərarları › İş №2(033)-3/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-3/2025

07.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-3/2025 07.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı X2 Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 may 2012-ci il tarixli ******* saylı çıxarışa və Zaqatala Rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli qətnaməsinə əsasən pay torpağını və yolun müəyyən hissəsini zəbt etməklə tikilmiş hasarın sökülməsinə, yararsız dərədən eni 12 metr olmaqla pay torpaqlarına giriş üçün yol sahəsi ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon aqrar islahat komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş 1657,39 kvm pay torpağının girişi üçün eni 8 metr yolun və pay torpağın bir hissəsini zəbt edərək qonşusu tərəfindən daş hasar tikilmişdir. Hasarı tikməyə hazırlaşarkən cavabdehlə çox saylı söhbətlər aparmış və cavabdehə izah etmişdir ki, yol ona aiddir. Eyni zamanda xəritə, məhkəmə qətnaməsini və bu sahəyə dair çıxarışla ona qanunsuz hasarın çəkilməsinə etirazını bildirdirmişdir. Hasarı tikmək üçün gələn ustaya orada işləməməyi, mübahisəli və qanunsuz olduğundan hasarın tikməməsini tələb etmişdir. Pay torpağı yaşadığı ərazidən kənarda olduğundan və aramsız yağan üç günlük yağışdan sonra gələndə usta hasarı tikmişdir. Cavabdehin daş hasar tikdirdiyi ərazi yararsız dərədir və cavabdehin bu sahəyə dair heç bir sənədi yoxdur. Həmin ərazidəki yol ona məxsusdur. Cavabdeh ondan icazəsiz onun küçə darvazalarını çıxararaq pay torpağına 6 maşın daş tökərək hasarı tikmişdir. Məhkəmə qətnaməsində ona aid edilən və yolun enlənməsini nəzərdə tutulan ona məxsus daş bünövrəsinin üstündən özünə hasar tikməklə yolu maşın üçün keçilməz etmişdir. Həmin qonşunun həyətyanı ilə birgə yaşadığı ərazidə cəmi 35 sot torpağı ona məxsusdur. Qalan mübahisəli və ona aid yol olan ərazi dövlətə aiddir. Eyni zamanda ona bitişik iki ailənin pay torpağa giriş yolunu da hasarla bağlanmaqla həmin pay torpaqlara da girişi bağlanmışdır. Bununla da qonşu iki ailənin pay torpaqlarına tam, onun isə müəyyən hissəsini zəbt etmişdir. Bu məsələni qarşılıqlı anlaşma yolu ilə həll etmək istəsələr də, qızı və atası davaya qalxmış, əl-qol atmış, baş verə biləcək xoşagəlməz hadisədən aralanmışlar. Bu məsələ çox mübahisəli olduğundan məhkəməyə müraciət etməli olmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı 30 dekabr 2022-ci il tarixdə ölmüşdür. İddiaçı arvadı X5 25 oktyabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək İddiaçı varisi kimi tanınmasını xahiş etmişdir. İddiaçı hüquq varisi X5 ilə əvəz edilmişdir. X6 30 noyabr 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq onların hasarının üstündə cavabdeh tərəfindən tikilən hasarın sökülməsi və yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatı İddiaçı X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli yol onlara məxsusdur. Həmin yolun olduğu sahə bələdiyyənin mülkiyyətində olsa da onların istifadəsinə verilmiş və onda qərar və sxem vardır. 2008-ci ildə həmin yol başqa şəxs üçün ayrılmışdır. Daha sonra müəyyən olunmuşdur ki, yol üçün nəzərdə tutulan sahə onlara aiddir. O dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmiş və orada ona bildirmişlər ki, həmin sahə yol kimi nəzərdə tutulduğundan çıxarış verilməsi mümkün deyil. Həmin yol bələdiyyə tərəfindən ayrılmışdır. Cavabdeh tərəfindən onun hasarının üstünə 70 sm-lik hasar çəkilmişdir. Onun istifadə etdiyi yol 5 metr enində olmuşdur. Lakin cavabdeh həmin yolun müəyyən hissəsini zəbt etmiş və hazırda 3 metr yol qalmışdır. Həmin yoldan traktor keçə bilmir. Bağını kol-kos basmışdır. O, əvvəllər bağdan bir tona yaxın fındıq məhsulu yığsa da, hazırda heç oradan 10 kiloqram fındıq əldə etmir. Tərəflərindən tikilmiş hasarın üstünə cavabdeh tərəfindən tikilmiş hasarın sökülməsini və yolun açılmasını tələb edir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi əsassızdır. Belə ki, iddiaçı onun hasarının üstündə tikilmiş hasarın sökülməsini tələb edir. Həmin hasarın olması iddiaçının hər hansı bir hüququnu pozmur. Belə ki, həmin hasar yolu zəbt etmir və yol bələdiyyənin mülkiyyətidir. 2021-ci ildə hasarın üstündə cavabdeh tərəfindən hasar tikilmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X4 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. Sxemdə göründüyü kimi 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qabağında mübahisəli ərazi yerləşir. Həmin ərazi iddiaçının mülkiyyətində deyil. Mübahisəli hasarın yerləşdiyi sahə bələdiyyənin mülkiyyətindədir və həmin sahə cavabdeh tərəfindən zəbt olunmamışdır. X8 məhkəmə iclasında bildirdi ki, o, Zaqatala rayonu Car Bələdiyyəsinin sədri vəzifəsində işləyir. 31 iyul 2008-ci ildə bələdiyyə tərəfindən qərar qəbul edilmişdir ki, Borayev Tahir və Yusif Məhəmməd oğlunun həyətlərinə giriş üçün yol açılsın. Lakin həmin yol açılan zaman Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aktları çap edilməmişdir. 2009-cu ildə kadastrdan sənədlər gələndə məlum olmuşdur ki, həmin yol Zaqatala rayon Aqrar İslahat Komissiyasının 110 saylı qərarına əsasən Əhməd Borayevin mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə düşür. 2021-ci ildə İddiaçı bələdiyyəyə müraciət edərək məhkəmənin 31 may 2012-ci il tarixli qətnaməsinə əsasən onun istifadəsinə verilmiş yolun onun adına işlənməsini xahiş etmiş və bələdiyyənin 31 iyul 2008-ci il tarixli 10 saylı iclasının qərarı dəyişdirilərək 5 metr enində yol Əhməd Borayevin istifadəsinə verilmişdir. Həmin yoldakı hasar 1,20 sm hündürlüyündə tikilmişdir ki, torpaq sürüşməsin və hasarın tikilməsinə çəkilən xərci Əhməd Borayev ödəmişdir. Həmin hasarın üstündən cavabdeh tərəfindən yenidən hasarın çəkilməsi barədə onun xəbəri olmamışdır. O, sonradan mübahisəli əraziyə gedərkən görümüşdür ki, hasar təxminən üç metr hündürlükdə olmuşdur. Yazılı sübutlar İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Zaqatala rayonu X15 üzvlərinin 31 avqust 2021-ci il tarixli 14 saylı iclasının protokolunun çıxarışından görünür ki, **********38 reyestr nömrəli torpaq sahəsinin İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı pay torpağının olması nəzərə alınaraq bələdiyyənin 31 iyul 2008-ci il tarixli 10 saylı iclasının qərarına əsasən açılmış eni 5 metr olan yol barədə qərarının qeyri qanuni sayılması, həmin yolun İddiaçı istifadəsinə verilməsi, digər vətəndaşların həmin yoldan istifadə edilməsinə yol verilməməsi və müvafiq torpaq sahəsinin vətəndaş İddiaçı mülkiyyətində olmasının qeyd edilməsi qərara alınmışdır. İş materiallarında olan X11 23 fevral 2022-ci il tarixli 633 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ct il tarixdə ********** nömrə ilə İddiaçı və X2 adına qeydiyyata alınmış 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmaması müəyyən olunmuşdur. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş hasarın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə İddiaçı və X2 adına qeydiyyata alınmış 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. Lakin cavabdeh tərəfindən inşa edilmiş daş hasar iddiaçıya məxsus k/t təyinatlı torpaq sahəsinə gedən yolun enini 1.2 mə qədər daraltması müşahidə olunmuşdur. Belə ki, həmin yolun başlanğıc hissədə eni 4.7 m olduğu halda, yolun sonunda - torpağa giriş hissədə isə faktiki 3.5 m təşkil edir. Tədqiq olunan mübahisəli ərazi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli 2V-730 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 30 dekabr 2022-ci il tarixdə vəfat etmiş İddiaçı vərəsələri arvadı X5, qızı X18 və oğlu X20 və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC Zaqatala filialının 03 mart 2023-cü il tarixli 056 nömrəli məktubuna əsasən mərhum İddiaçı adına olan AZ22TURA******************** saylı cari hesabına olan 3696,33 manat, AZ 89TURA******************** saylı cari hesabda olan 6137,99 ABŞ dolları. AZ18RURA******************** saylı əmanət hesabında olan 5000 manat və oba hesablanmış faiz 102,08 manat, AZ23TURA********************4 saylı əmanət hesabında olan 12000 (on iki min) AZN və ona hesablanmış faiz 530 (müddət sonuna 1200 manat) manat məbləğində vəsaitdən ibarətdir. İş materiallarına olan Zaqatala RİHB-ın Kebeloba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 30 dekabr 2022-ci il tarixdə vəfat etdikdən sonra varisləri X5, oğlu X24 və qızı X16mışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 18 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə İddiaçı və X2 adına qeydiyyata alınmış 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş hasar Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə İddiaçı və X3 adına qeydiyyata alınmış 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixdə Zaqatala rayonu Car Bələdiyyəsi tərəfindən verilmiş təqdimatdan görünür ki, Kebeloba kənd sakini Cavabdeh Zaqatala rayon Aqrar İslahat Komissiyasının 10 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə bitişik Kebeloba kənd sakini X7 istifadə etdiyi bələdiyyə mülkiyyətinə məxsus olan torpaq sahəsindən 31 iyul 2008-ci il tarixli 10 saylı iclas protokoluna əsasən Boroyev Tahir və Məhəmməd Yusif oğlunun həyətyanı torpaq sahəsi üçün yol ayrılmışdır. Lakin həmin yol açılan zaman Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aktları (kadastr, plan və ölçü sənədləri) çap edilməmişdir. 2009-cu ildə torpaq sahəsinin kadastr plan ölçü sənədlərini çap edildikdən sonra həmin yol İddiaçı xüsusi mülkiyyətində olan **********38 reyestr nömrəli Kebeloba kəndində yerləşən torpaq sahəsinin girişində olduğu məlum olmuşdur. İddiaçı Car Bələdiyyəsinə müraciət edərək həmin yolun Kebeloba kəndində yerləşən özünəməxsus olan kənd təsərrüfatı məhsulların istehsalı üçün xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə getdiyi üçün qərarın dəyişdirilməsi üçün müraciət etmişdir. 31 avqust 2021-ci il tarixli Car bələdiyyəsinin 14 saylı iclas protokoluna əsasən 31 iyul 2008-ci il tarixli qərarı qeyri qanuni hesab edilmişdir. Həmin yol İddiaçı istifadəsinə verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda həmin yolun sxematik planı İddiaçı adına keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/455 saylı 15 mart 2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haaqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə İddiaçı və X2 adına qeydiyyata alınmış 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş hasarın Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012ci il tarixdə ********** nömrə ilə İddiaçı və X3 adına qeydiyyata alınmış 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 67-ci maddəsinin 3-cü hissəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-1-ci bəndinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsləri və prosesin digər iştirakçılarını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə və yerli baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı onların hasarının üstündə cavabdeh tərəfindən tikilən hasarın sökülməsini tələb etmiş, tələbini hasarın onların mülkiyyətində olan sahəyə gedən yolda tikilməsi, yolun 5 metr enində bələdiyyə tərəfindən onlara ayrılması, cavabdeh tərəfindən həmin yolun müəyyən hissəsinin zəbt edilməsi və yolun eninin 3 metr qalması, yoldan traktorun keçə bilməməsi səbəbindən bağını kol-kos basması, nəticədə məhsul əldə edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün təqdim etdiyi Zaqatala rayonu X15 üzvlərinin xx.xx.2021-ci il tarixli 14 saylı iclasının protokolunun çıxarışına və Zaqatala rayonu Car Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli təqdimatına eni 5 metr olan yolun İddiaçı istifadəsinə verilməsi, digər vətəndaşların həmin yoldan istifadə edilməsinə yol verilməməsi və müvafiq torpaq sahəsinin vətəndaş İddiaçı mülkiyyətində olmasının qeyd edilməsi hissəsində tənqidi yanaşır və qeyd edilən sənədlərin mövcudluğunu iddianın təmin edilməsinə əsas saymır. Belə ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edildiyindən, eləcə də, bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlar istisna olmaqla bələdiyyə torpaqlarının digər şəxslərə istifadə hüququ ilə verilməsi qanunla qadağan olduğundan, Zaqatala rayonu Car Bələdiyyəsinin qeyd edilən sənədləri torpaq sahəsinin mülkiyyət və ya istifadə hüququ üzrə İddiaçı ayrılması olaraq dəyərləndirilə bilməz. Bundan başqa məcburi olsa da, eni 5 metr olan yola dair İddiaçı hüquqların dövlət qeydiyyatına alınmamışdır və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mövcud vəziyyətdə tikintinin aparıldığı sahə bələdiyyə mülkiyyətində olan torpaqlara aid olmaqla tərəflərə məxsus deyil. İddiaçı sökülməsi tələb olunan tikintinin zəbt edilmiş sahədə aparıldığını iddia etsə də, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin apardığı tikinti, iddiaçının hasar tikintisinin üzərində olmaqla, əlavə sahənin tutulmasına deyil, yalnız hasarın hündürlüyünün artmasına səbəb olmuşdur. Bu hal isə cavabdeh tərəfindən əlavə sahənin zəbt edilməsi olaraq dəyərləndirilə bilməz. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolun eninin 1.2 m-ə qədər daralması yəni yolun başlanğıc hissəsində eninin 4.7 m olduğu halda, yolun sonunda - torpağa giriş hissədə faktiki 3.5 m təşkil etməsi, hasarın hündürlüyünü artırmış (yüksəltmiş) cavabdehin hərəkətlərinin nəticəsində deyil, iddiaçının və onun mərhum ərinin hasar tikintisini bu şəkildə aparmaları səbəbindən olmuşdur. Eyni zamanda iş üzrə sübutlarla yolun eninin 3.5 m olmasının, zəruri aqrotexniki işlərin həyata keçirilməsi üçün müvafiq texnikanının iddiaçının mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş gəlişinə maneə törətməsi halı da təsdiq olunmamışdır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşən iddiaçıya məxsus 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun, mövcud hasarın cavabdeh tərəfindən hündürləşdirilməsi səbəbindən daralması sübut edilmədiyindən, iddia təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı X2 özünə aid edilməli, 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddiaçı X2 Cavabdeh qarşı çəkilmiş hasarın sökülməsi və yolun açılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı X2 özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat iddiaçı X1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X13, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar