Məhkəmə qərarları › İş №2(033)-345/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-345/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-345/2021 09.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X7 qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaralova Rəsmiyyə Qasım qızı ilə "xxxx" ASC arasında bağlanmış 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada 5547.66 ABŞ dolları kredit borcu, 979.01 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 6526.67 ABŞ dolları borcun, həmçinin 30.00 manat dövlət rüsumunun alınaraq "xxxx" Açıq Şəhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdeh Qaralova Rəsmiyyə Qasım qızına məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 71.10 kv.m ümumi sahəsi, 23.40 yaşayış sahəsi, 47.70 kv.m yardımçı sahəsi olan 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdeh Qaralova Rəsmiyyə Qasım qızının "xxxx" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavabdehlər Cavabdeh1 və X7 ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər, onlar isə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1 və X6 məhkəmə baxışı iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, 30 aprel 2014-cü il tarixli 14036- 5334/146696 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Qaralova Rəsmiyyə Qasım qızına 36 ay müddətinə illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 12740 ABŞ dolları məbləğində nağd pul şəklində kredit verilmişdir. 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi Qaralova Rəsmiyyə Qasım qızı ilə 30 aprel 2014-cü tarixli 14036-5334/146696 İ saylı ipoteka müqaviləsi bağlanmış, Qaralova Rəsmiyyə Qasım qızına məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 71.10 kv.m ümumi sahəsi, 23.40 yaşayış sahəsi, 47.70 kv.m yardımçı sahəsi olan 2 otaqlı fərdi yaşayış evi cavabdehin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi əsasında ipoteka ilə yüklü edilmişdir. 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 saylı kredit müqaviləsinin tərkib hissəsi 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 18.03.2015-ci il tarixli Razılaşmaya əsasən borclu Qaralova Rəsmiyyə Qasım qızının kreditora olan borcunun restrukturizasiyası həyata keçirilmişdir. Belə ki, razılaşmanın 3.01.1-cİ bəndinə əsasən "BANK” "BORCLU” ilə bağlanmış bu razılaşmanın 2-ci maddəsində qeyd edilən kredit müqaviləsinə müvafiq olaraq 10103 ABŞ dolları əsas borcun qalığını, 112 ABŞ dolları məbləğində faizin restrukturizasıyasını həyata keçirərək həmin razılaşmanın 3.01.2ci bəndinə əsasən kreditin məbləği 10215 ABŞ dolları, müddəti 36 ay müddətinə və faiz dərəcəsi illik 24% olmaqla müəyyən edilmişdir. Qaralova Rəsmiyyə Qasım qızı 04 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayon Mənzil İstismar İdarəsindən aldıqları arayışa görə Qaralova Rəsmiyyə Qasım qızına məxsus Zaqatala şəhəri, Ç.Mustafayev küçəsi ev 5, 3 nömrəli mənzilə həyat yoldaşı Cavabdeh1 və oğlu X1 edir və orada yaşayırlar. Kredit müqaviləsinin şərtlərinə görə Qaralova Rəsmiyyə Qasım qızı həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, ona və ailə üzvlərinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Qaralova Rəsmiyyə Qasım qızının iddiaçıya 10 fevral 2021-ci il tarixinə 5547.66 ABŞ dolları kredit borcu, 979.01 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 6526.67 ABŞ dolları borclu qalmaqdadır. Bank tərəfindən Qaralova Rəsmiyyə Qasım qızına yazılı şəkildə bildiriş göndərilmiş və 3 gün müddətində öhdəliklərin icra olunmaması halında, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. Eyni zamanda göstərdi ki, cavabdeh Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın təsiri dairəsinə düşmüş, həmin fərman onlara da şamil edilmiş, lakin onlar müraciət etmədiklərindən onların qalıq kredit məbləği restrukturizasiya olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan iddiaçı "xxxx" ASC-in Zaqatala filialı ilə Qaralova Rəsmiyyə Qasım qızı arasında bağlanmış 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay ərzində qaytarılmaq şərti ilə kreditdən istifadəyə görə illik 25 faiz hesablanmaqla 12740 (on iki min yeddi yüz qırx) ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2-ci bəndinə görə kreditverən müqavilənin 3.01-ci və 3.03-ci bəndlərində göstərilən məbləğdə və faizlə 36 (otuz altı) ay müddətinə borcalanın istifadəsinə krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı "xxxx" ASC ilə X8 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası "xxxx" ASC-nin Zaqatala filialı ilə X8 arasında yazılı formada bağlanmış və qiyməti 12740 ABŞ dolları olan 30 aprel 2014-cü il tarixli 14036- 5334/146696 saylı kredit müqaviləsidir. İpoteka müqaviləsinə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Zaqatala şəhəri, Çingiz Mustafayev küçəsi, ev 5 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 71.10 kv.m., yaşayış sahəsi 23.40 kv.m., yardımçı sahəsi 47.70 kv.m. olan, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 3 saylı mənzili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 28440 manat məbləğində müəyyən edilir. İşdə olan 14036-5334/146696 saylı, 30 aprel 2014-cü il tarixli Kredit müqaviləsinin restrukturizasiyasına dair 18.03.2015-ci il tarixli razılaşmanın 3.01-ci maddəsinə əsasən Razılaşmanın şərt və müddəalarına uyğun olaraq, “Bank” “Borclu” ilə bağlanmış Razılaşmanın 2-ci maddəsində qeyd edilən Kredit müqaviləsinə (müqavilələrinə) müvafiq olaraq 10103 ( on min bir yüz üç) ABŞ dolları əsas borcun qalığını və 112 ( bir yüz on iki ) ABŞ dolları faiz qalığının restrukturizasiyasını keçirmiş, tərəflər razılaşırlar ki, razılaşmanın Kredit müqaviləsi üzrə əsas borcun qalığı, faiz məbləği və penya cəmləşir və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 10215 (on min iki yüz on beş) ABŞ dolları müəyyən edilir. Razılaşmaya əsasən Borcluya Bank tərəfindən əlavə vəsait verilmir. İşdə olan 30 aprel 2014-cü il tarixli FJB**********659 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-in Zaqatala filialı tərəfindən Qaralova Rəsmiyyə Qasım qızına 30 aprel 2014-ci il tarixli kredit müqaviləsinə əsasən 12740 (on iki min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan iddiaçının maliyyə arayışından görünür ki, 30 aprel 2014-ci il tarixli kredit müqaviləsinə əsasən, Qaralova Rəsmiyyə Qasım qızının 10.02.2021-ci il tarixə iddiaçı "xxxx" ASC-nə 5547,66 ABŞ dolları əsas kredit borcu, 979,01 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6526,67 ABŞ dolları kredit borcu vardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 5 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, 1 mərtəbəli ümumi sahəsi 71,10 kv. m olan 2 otaqlı mənzil tam mülkiyyət hüququ əsasındda X3 adına 16.04.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 5 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən X3 mülkiyyətində olan mənzil iddiaçı "xxxx" ASC-nin Zaqatala filialının xeyrinə 02.05.2014-cü il tarixli qeydiyyata əsasən 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 5 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən X3 mülkiyyətində olan mənzil iddiaçı "xxxx" ASC-nin Zaqatala filialının xeyrinə 19.03.2015-ci il tarixli qeydiyyata əsasən 26 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən 08.08.2018-ci il tarixdə verilmiş 633 nömrəli arayışdan görünür ki, Qaralova Rəsmiyyə Qasım qızının vəfatından sonra onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh1 Mamed oğlu, oğlu X11, oğlu X17 qalmışdır. İşdə olan Zaqatala Rayon 2 saylı Notariat Kontorunun 454 nömrəli 01 avqust 2018-ci il tarixli məktubundan görünür ki, Qaralova Rəsmiyyə Qasım qızından qalmış miras əmlaka dair Zaqatala rayonu 1 saylı və 2 saylı notariat kontorunda vərəsəlik işi açılmamış və vərəsələri tərəfindən notariat kontoruna müraciət edən olmamışdır. İşdə olan Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən 23.11.2020-ci il tarixdə verilmiş 101 nömrəli arayışdan görünür ki, mərhum Qaralova Rəsmiyyə Qasım qızına məxsus Zaqatala şəhəri, Ç.Mustafayev küçəsi 5 də yerləşən 3 nömrəli mənzildən mərhumun həyat yoldaşı Cavabdeh1 Mamed oğlu, oğlu X11, oğlu X2 edir və yaşayır. İşdə olan 29 aprel 2014-cü il tarixli ərizədən görünür ki, Qaralov Cavabdeh1 Rəsmiyyə Qasım qızına məxsus ünvan 3 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 71,10 kv.m yaşayış sahəsi 23,40 kv m, yardımçı sahəsi 47,70 kv.m olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzilin “Bank Respublika" ASC-nin Zaqatala filialından götürülən kreditin (qarantiyanın) təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmir, ipoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə (məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə) razıdır və bu halda Bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürür. İşdə olan 30 aprel 2014-cü il tarixlu Cavabdeh1 tərəfindən imzalanmış ərizədən görünür ki, o, həyat yoldaşı Qaralova Rəsmiyyə Qasım qızına məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin girov qoyulmasına etiraz etmir. İşdə olan 30 aprel 2014-cü il tarixli 14036-5334/146696İ saylı ipoteka müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, ipoteka müqaviləsinin təminatı olduğu 30 aprel 2014-cü il tarixli, 14036-5334/146696 saylı kredit müqaviləsi üzrə əsas borc restrukturizasiyadan sonra (razılaşmanın imzalandığı tarixə) 10215 (on min iki yüz on beş) ABŞ dolları müəyyən olunur, 30 aprel 2014-cü il tarixli, 14036-5334/146696 saylı kredit müqaviləsinin 25 faiz dərəcəsi 24 faizə dəyişdirilir, 30 aprel 2014-cü il tarixli, 14036-5334/146696 saylı kredit müqaviləsinin son icra müddəti 10 ay müddətə uzadılır. İşdə olan 2385 nömrəli 04 iyul 2018-ci il tarixli Qaralova Rəsmiyyə Qasım qızına ünvanlanmış bildirişdən görünür ki, İddiaçı 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 saylı kredit müqaviləsi üzrə yaranmış borcları və qanunvericilikdə nəzərdə tutulan digər xərcləri ipoteka predmetinin satışından əldə edəcək vəsaitdən tutulacağını bildirmişdir. İşdə olan Zaqatala Rayon VVADQ Şöbəsi tərəfindən 07.09.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 825229 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X17 14.08.2006-cı il tarixdə anadan olmuş onun atası Cavabdeh1, anası Qaralova Rəsmiyyə Qasım qızıdır. İşdə olan Zaqatala RİHB-nın Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 04 dekabr 2015-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, Qaralova Rəsmiyyə Qasım qızı 21.11.2015-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası “X12” Məhdud Məsulliyyətli Cəmiyyətinin 17 may 2021-ci il tarixli 286 nömrəli rəyindən görünür ki, iddiaçı "Bank Respublika” ASC ilə X8 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Zaqatala şəhəri, Çingiz Mustafayev küçəsi, ev 5 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 71.10 kv.m., yaşayış sahəsi 23.40 kv.m., yardımçı sahəsi 47.70 kv.m olan, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 3 saylı mənzilin hazırki (mövcud) vəziyyətdə real bazar qiyməti 34800,00 (otuz dörd min səkkiz yüz) manat, ipoteka predmetinin likvid qiyməti isə 29580.00 (iyirmi doqquz min beş yüz səksən) manat müəyyən edilir. İşdə olan “X13” Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı ilə Qaralova Rəsmiyyə Qasım qızı arasında bağlanmış 30 aprel 2014-cü il tarixli, 14036-5334/146696 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Qaralova Rəsmiyyə Qasım qızına illik 25 faiz olmaqla 36 ay müddətinə 12740 (on beş min) manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Qaralova Rəsmiyyə Qasım qızı ilə iddiaçı arasında 18.03.2015-ci il tarixdə bağlanmış razılaşmaya əsasən 30 sentyabr 2015-ci il tarixli, 14036-5334/146696 nömrəli kredit müqaviləsi restrukturizasiya edilmiş və həmin tarixə Rəsmiyyə Qaralovanın borcu 10215 ABŞ dolları müəyyən edilmişdir. 30 sentyabr 2015-ci il tarixli, 14036-5334/146696 nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Qaralova Rəsmiyyə Qasım qızı arasında 30 sentyabr 2015-ci il tarixli, 14036-5334/146696 nömrəli ipoteka müqaviləsi bağlanmış və Zaqatala şəhəri, Çingiz Mustafayev küçəsi, ev 5 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 71.10 kv.m., yaşayış sahəsi 23.40 kv.m., yardımçı sahəsi 47.70 kv.m olan, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən Qaralova Rəsmiyyə Qasım qızının tam mülkiyyətində olan 2 otaqlı 3 saylı mənzil ipotekanın predmeti kimi müəyyən edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına görə 28440 manat müəyyən edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 02.05.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qaralova Rəsmiyyə Qasım qızı 21 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Qaralova Rəsmiyyə Qasım qızı vəfat etdikdən sonra onun mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Zaqatala şəhəri, Çingiz Mustafayev küçəsi, ev 5 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 71.10 kv.m., yaşayış sahəsi 23.40 kv.m., yardımçı sahəsi 47.70 kv.m olan, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mənzildən Qaralova Rəsmiyyə Qasım qızının həyat yoldaşı Cavabdeh1 Məməd oğlu, X11 və 14.08.2006-cı il tarixdə doğulmuş X17 istifadə edir və sahiblik edirlər. Qaralova Rəsmiyyə Qasım qızından miras qalmış əmlaka dair Zaqatala Rayon 1 və 2 saylı Notariat Kontorlarında vərəsəlik işi açılmamış və onun vərəsələri tərəfindən hər hansı müraciət olmamışdır. İddiaçının nümayəndəsi kredit müqaviləsinin ləğv edilməsini, kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ipoteka predmetinə yönəldilərək ipoteka predmetinin hərracda satılmasını və həmin vəsait hesabına kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası “X12” Məhdud Məsulliyyətli Cəmiyyətinin 17 may 2021-ci il tarixli 286 nömrəli ekspert rəyinə əsasən 30 aprel 2014cü il tarixli 14036-5334/146696 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Zaqatala şəhəri, Çingiz Mustafayev küçəsi, ev 5 ünvanındayerləşən, xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 71.10 kv.m., yaşayış sahəsi 23.40 kv.m., yardımçı sahəsi 47.70 kv.m olan, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 3 saylı mənzilin hazırki (mövcud) vəziyyətdə real bazar qiyməti 34800,00 (otuz dörd min səkkiz yüz) manat, ipoteka predmetinin likvid qiyməti isə 29580.00 (iyirmi doqquz min beş yüz səksən) manat müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 aprel 2014-cü il tarixli, 14036- 5334/146696 saylı kredit müqaviləsinin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı həmin müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 5547,66 ABŞ dolları əsas borc məbləğinin cavabdehlər Cavabdeh1, X4 alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 aprel 2014-cü il tarixli, 14036- 5334/146696 saylı nömrəli kredit müqaviləsinə əsasən 5547,66 ABŞ dolları əsas borc məbləği cavabdehlər Cavabdeh1 və X4 alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçı "xxxx" ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 979,01 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. X14 üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. X15 Rəsmiyyə Qasım qızına münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun Qaralova Rəsmiyyə Qasım qızına məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 71.10 kv.m ümumi sahəsi, 23.40 yaşayış sahəsi, 47.70 kv.m yardımçı sahəsi olan 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına ödənilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, ipoteka müqaviləsi Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi notariat kontorunda təsdiq edilmiş, daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və qanunun bu normasına əməl edilmişdir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İşdən görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, ipoteka qoyulmuş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşmaları yoxdur. Ona görə də ipoteka saxlayanın tələbinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra –«İpoteka haqqında» Qanunun) 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. İşin məhkəmədə müəyyən edilən hallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Qaralova Rəsmiyyə Qasım qızı arasında bağlanmış 30 aprel 2014-cü il tarixli 14036- 5334/146696 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə 12740 (on iki min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Qaralova Rəsmiyyə Qasım qızı arasında sonuncuya xüsusi mülkiyyət hüququ ilə məxsus Zaqatala şəhəri, Ç.Mustafayev küçəsində yerləşən 5 nömrəli evin 3 nömrəli mənzilinin ipotekaya qoyulması barədə 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli ipoteka müqaviləsi bağlanmışlar. Qaralova Rəsmiyyə Qasım qızı kredit vəsaitindən istifadə etməsinə baxmayaraq, iddiaçı ilə bağladığı 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli kredit müqaviləsinin şərtlərini pozaraq, iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də cavabdehlərdən alınmalı olan həmin kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədilə tutmanın Qaralova Rəsmiyyə Qasım qızına məxsus ünvan 5 ünvanında Qaralova Rəsmiyyə Qasım qızının xüsusi mülkiyyətində olmuş fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasına dair iddiaçı "xxxx" ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlə iddiaçı arasında 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli ipoteka müqaviləsi iddiaçı ilə Qaralova Rəsmiyyə Qasım qızı arasında kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. "İpoteka haqqında" Qanunun 41.1-ci maddəsində müəyyən edilmişdir ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. "İpoteka haqqında" Qanunun 41.4-cü maddəsində müəyyən edilmişdir ki tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. "İpoteka haqqında" Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdrırlmasında həm də müəyyən edildi ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.1-ci və 2.1.5-ci bəndlərində ipoteka ilə yüklü edilmiş əmlakın ipoteka saxlayan tərəfindən qiymətləndirilməli olması və ipoteka ilə yüklü edilmiş əmlakın dəyərinin 28440 (iyirmi səkkiz min dörd yüz qırx) manat göstərilsə də, X10 tərəfindən təqdim edilmiş 17 may 2021-ci il tarixli 286 nömrəli ekspert rəyinə əsasən 30 aprel 2014cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,10 kv.m olan mənzilin real bazar qiymətinin 348000 (otuz dörd min səkkiz yüz) manat, likvid qiymətinin isə 29580 (iyirmi doqquz min beş yüz səksən) manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, belə vəziyyətdə məhkmənin qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti 29580 (iyirmi doqquz min beş yüz səksən) manat göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin ipoteka predmetinin satışından əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamənin qalan hissədə cavabdehə münasibətdə ümumi qaydada icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməli, 20 (iyirmi) manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Qaralova Rəsmiyyə Qasım qızı arasında bağlanmış 30 aprel 2014-cü il tarixli 14036- 5334/146696 nömrəli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1 və X4 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli kredit müqaviləsinə əsasən 5547,66 ABŞ dolları əsas kredit borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə, həmçinin dövlət rüsumunun əvəzi olan 20 manat tutularaq iddiaçıya ödənilməli, həmin kredit borcu və dövlət rüsumu üzrə tutma ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Qaralova Rəsmiyyə Qasım qızına xüsusi mülkiyyət hüququ ilə məxsus Zaqatala şəhəri, Ç.Mustafayev küçəsində yerləşən 5 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməli, həmin daşınmaz əmlak ilkin qiyməti 29580 (iyirmi doqquz min beş yüz səksən) manat olmaqla, açıq hərracda satılmalı və onun satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu ödənilməlidir. Həmin fərdi yaşayış evinin satışından əldə edilən pulun artıq qalan hissəsi cavabdehə qaytarılmalıdır. İpoteka ilə yüklü edilmiş mənzilin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadıqda, qətnamə qalan hissədə cavabdehin digər əmlakları hesabına ümumi qaydada icra edilməli, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinin tələbinə görə də tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinin imperativ tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 227, 233-cü və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Qaralova Rəsmiyyə Qasım qızı arasında bağlanmış 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli kredit müqaviləsinin ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və X4 30 aprel 2014-cü il tarixli 14036-5334/146696 nömrəli kredit müqaviləsinə əsasən, 5547,66 (beş min beş yüz qırx yeddi ABŞ dolları altmış altı sent) ABŞ dolları əsas kredit borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cəmi 5547,66 (beş min beş yüz qırx yeddi ABŞ dolları altmış altı sent) ABŞ dolları kredit borcu və dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat üzrə tutma 30 aprel 2014cü il tarixli 14036-5334/146696 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Qaralova Rəsmiyyə Qasım qızına xüsusi mülkiyyət hüququ ilə məxsus Zaqatala şəhəri, Ç.Mustafayev küçəsində yerləşən 5 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilsin, həmin daşınmaz əmlakın ilkin qiyməti 29580 (iyirmi doqquz min beş yüz səksən) manat olmaqla, açıq hərracda satılsın və onun satışından əldə edilmiş vəsait hesabına Qaralova Rəsmiyyə Qasım qızının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Həmin mənzilin satışından əldə edilən pulun artıq qalan hissəsi cavabdehlər Cavabdeh1 və X7 qaytarılsın. İpoteka predmeti olan fərdi yaşayış evinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadıqda, qətnamə qalan hissədə cavabdehlər Cavabdeh1 və X6 digər əmlakları hesabına ümumi qaydada icra edilsin. 10 (on) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208 hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar