Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-365/2025 18.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçinin nümayəndəsi X7 və maraqlı şəxs Zaqatala rayon qeydiyyat şöbəsinin nümayəndəsi X11 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 mart 1958-ci ildə Zaqatala rayonu Paşan kəndində anadan olmuş X5 14 fevral 2017-ci il tarixdə Zaqatala rayonu Paşan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Ərizəçi 01 mart 1958-ci il tarixdə Zaqatala rayonu Paşan kəndində anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə infarktdan vəfat etmişdir. Hazırda Zaqatala rayonu Paşan kənd qəbiristanlığında dəfn edilmişdir. Bu yaxınlarda sənədləşmə işi apararkən ona məlum olmuşdur ki, atası X5 ölümü haqqında şəhadətnamə alınmamışdır. Buna görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X16 ölümünü məhkəmə iclasına gətirəcəyi şahidlər və bir ədəd foto şəkil ilə təsdiq edə bilərlər. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs Zaqatala rayon qeydiyyat şöbəsinin nümayəndəsi X13 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Şahid qismində dindirilmiş X2 Şaban Məmmədsəid oğlunun həmkəndlisi olduğunu, onun evində vəfat etdiyini, daha sonra onu adəti olduğu kimi kənd qəbiristanlıgına dəfn etdiklərini bildirmişdir. Şahid qismində dindirilmiş Məmmədov X1 bibisi yoldaşı olduğunu bildirmiş və Murtiyev Şabanın evində vəfat etdiyini 14 fevral 2017-ci il tarixdə vəfat etdiyində yanında olduğunu qeyd etmişdir. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17dekabr 2024-cü il tarixli arayışdan görünür ki, xx xxxxxxxx 1985-ci il tarixdə anadan olmuş Ərizəçi atası X9 anası X4r. Zaqatala RİHB- nin Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Zaqatala rayon Paşan kənd sakini, xx.xx.1958-ci il təvəllüdlü, mərhum X9 2017-ci ildə Zaqatala rayonu Paşan kənd qəbiristanlığında basdırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi atası-01 mart 1958-ci il təvəllüdlü Zaqatala rayonu Paşan kəndində doğulmuş X9 14 fevral 2017-ci il tarixdə vəfat etmişdir. Bu fakt ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillərlə və məhkəmə tərəfindən tələb edilmiş digər sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Göründüyü kimi, X5 ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi atası- X5 14 fevral 2017-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Ərizəçi atası-01 mart 1958-ci il təvəllüdlü Zaqatala rayonu Paşan kəndində doğulmuş X5 14 fevral 2017-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №2(033)-365/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-365/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver