Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-620/2021 07.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 iyun 1956-cı il təvəllüdlü X2 17 aprel 2011-ci il tarixdə Zaqatala rayonu Yolayrıc kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, X3 onun əri olmuşdur. Əri, 18 iyun 1956-cı il tarixdə Zaqatala rayonu Yolayrıc kəndində anadan olmuşdur. 23 noyabr 1981-ci il tarixdə Maqov kənd ərazi nümayəndəliyində rəsmi olaraq nikaha daxil olmuşlar. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən əri 17 aprel 2011-ci il tarixdə Zaqatala rayonu Yolayrıc kəndində evlərində vəfat etmiş, həmin gün də dəfn olunmuşdur. Onun ölümü ilə bağlı hər hansı orqana məlumat verməli olduğunu bilməmişdir. Ona görə də, ərinin ölüm haqıqnda şəhadətnaməsi bugünə qədər alınmamışdır. Ailələrinə məxsus dövlət kadastr kitabında 12 iyul 2012-ci il tarixdə 216 nömrə ilə uçota alınan (A 399585) torpaq sahəsinin sənədləşdirilməsi üçün ərinin ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona ölüm haqqında şəhadətnamə verilməmiş və bu barədə imtina məktubu verilmişdir. Qardaşının vəfat etməsindən 10 il müddət keçdiyindən onun ölümünün qeydə alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı Maraqlı şəxs rəisi Aybəniz Kələşova izahat verərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala rayonu Maqov kənd soveti tərəfindən 22 dekabr 1977-ci il tarixdə verilmiş V-ЖГ 304397 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 18 iyun 1956-cı il tarixdə anadan olmuş, onun atası X6, anası isə X5r. İşdə olan Maqov kənd XDS İcraiyyə Komitəsi tərəfindən 23 noyabr 1981-ci il tarixdə verilmiş İİ-ЖГ 436290 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ilə X4 23 noyabr 1981-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 30 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Sahov”, arvad isə “Sahova” soyadını qəbul etmişlər. İşdə olan Zaqatala rayon Maqov bələdiyyəsi tərəfindən 07 may 2021-ci il tarixdə verilmiş 28 nömrəli arayışdan və fotoşəkillərdən görünür ki, Zaqatala rayonu Yolayrıc kənd sakini X3 17 aprel 2011-ci il tarixdə Zaqatala rayonu Yolayrıc kəndində vəfat edib, həqiqətən Yolayrıc kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 30 iyun 2021-ci il tarixdə verilmiş 403 nömrəli arayışdan görünür ki, mərhum X3 17 aprel 2011-ci il tarixdə Zaqatala rayonu Yolayrıc kəndində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 07 may 2021-ci il tarixdə Ərizəçi ünvanlanmış 05/q-252/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarı ilə X2 mülkiyyətinə Zaqatala rayonu Yolayrıc kəndində 2198,6 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarının 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin izahatından, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi əri X3 17 aprel 2011-ci il tarixdə Zaqatala rayonu Yolayrıc kəndində vəfat etmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi əri-18 iyun 1956-cı il təvəllüdlü X2 17 aprel 2011-ci il tarixdə Zaqatala rayonu Yolayrıc kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi əri-18 iyun 1956-cı il təvəllüdlü X2 17 aprel 2011-ci il tarixdə Zaqatala rayonu Yolayrıc kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-620/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-620/2021
07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver