Məhkəmə qərarları › İş №2(033)-770/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-770/2021

22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-770/2021 22.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli, 28.12.2017-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, reyestr nömrəsi **********27- 10301 olan, ********** qeydiyyat nömrəli 28.12.2017ci il tarixli Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Balakən Rayon Məhkəməsinin 2(019)-606/2021 nömrəli 08 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli, 28.12.2017-ci il tarixli "xxxx"Açıq Səhmdar Cəmiyyətinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair 2(019)-606/2021 nömrəli mülki iş baxılması üçün aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi məhkəməyə məktub göndərərək nümayəndənin məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti X6, İddiaçı, X2 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X11 arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, 14036- 5946/468948 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X3 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20234.62 ABŞ dolları kredit borcunun, 3311.99 ABŞ dolları faiz borcunun, 7710.42 ABŞ dolları penya olmaqla cəmi-31257.03 ABŞ dolları, həmçinin 30 AZN dövlət rüsumunun ödənilməsi, cavabdehlər X6, İddiaçı, X2 və X7 məxsus ünvan 1ində mülkiyyətdə olan 0.1561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 114.60 kv.m ümumi, 59.40 kv.m yaşayış, 55.20 kv.m yardımçı sahədən ibarət bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdeh X5 «Bank Respublika” ASC-nə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, cavabdehlər X6, İddiaçı, X8 və X7 məxsus ünvan 1ində mülkiyyətdə olan 0.1561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 114.60 kv.m ümumi, 59.40 kv.m yaşayış. 55.20 kv.m yardımçı sahədən ibarət bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavabdehlərin digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(019)-1092/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Ev ipotekaya qoyularkən qiyməti 43000 manat təşkil etmişdir. Lakin 03.08.2017-ci il tarixdə Hidayətoğlu şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərrac nəticəsində 27412 manata satılmaqla onun hüquqları kobud surətdə pozulmuşdur. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, 14036-5946/468948 saylı kredit müqaviləsi ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 23000. 00 (iyirmi üç min) manat kredit almış və həmin kredit müqaviləsinin təminatı olaraq ünvan 1 ünvanında mülkiyyətdə olan 0.1561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 114.60 kv.m ümumi, 59,40 kv.m yaşayış, 55.20 kv.m yardımçı sahədən ibarət bir mərtəbəli üç otaqlı fərdi yaşayış evini ipoteka predmeti kimi banka təqdim etmiş və bu barədə Bankla aralarında müqavilə bağlanmışdır. Ev 43000 manata qiymətləndirilmişdir. Həmin vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyət etdiyi 1 ABŞ dollarının manata məzənnəsi 0.7843 manat təşkil etmişdir. Evin dəyəri kredit verilərkən 54000 ABŞ dolları dəyərləndirilmişdir. Hazırda isə bu rəqəm 1.70 səviyyəsindədir. Bu zərər azmış kimi ev hərracda 27412 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli 28.12.2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində fərdi yaşayış evi 13 №li reyestr kitabının 91 №li vərəqində 28.12.2017-cu il tarixdə fərdi yaşayış evi tam "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kredit götürərkən evini ipotekaya qoymuş, torpaq sahəsini isə ipotekaya qoymamışdır. Həmin çıxarışda isə həm ev, həm də torpaq sahəsi bankın adına qeydiyyata alınmışdır. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsi təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarış hərracın yekunları barədə 11/01 saylı 03 avqust 2017-ci il tarixli protokolun əsasında verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Hidayətoğlu şirkətlər Qrupu MMC-yə və qeyrilərinə qarşı hərracın yekunları barədə 11/01 saylı 03 avqust 2017-ci il tarixli protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi İddiaçı apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, bütün bunlar nəzərə alınmaqla iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1847/2021 nömrəli 28 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər İddiaçı, X2, X6, X7, X10 və X9 qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(019)-317/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(107)-1914/20 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(019)-317/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti də təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(107)-1914/20 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(103)-11009/2018 saylı qətnaməsinə əsasən, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi İddiaçı apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 03 avqust 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən və hərracın yekunları barədə protokoldan görünür ki, İddiaçı, X8, X11 və X7 məxsus ünvan 1ində 0,1561 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi hərrac vasitəsilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli 28.12.2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində fərdi yaşayış evi 13 №li reyestr kitabının 91№li vərəqində 28.12.2017-cu il tarixdə fərdi yaşayış evi tam "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Onu da, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi formal prosedurunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 139-1.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları ilə də müəyyən edildi ki, 03 avqust 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə və hərracın yekunları barədə protokola əsasən İddiaçı, X8, X11 və X7 məxsus ünvan 1ində 0,1561 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi hərrac vasitəsilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli 28.12.2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində fərdi yaşayış evi 13 №li reyestr kitabının 91№li vərəqində 28.12.2017-cu il tarixdə fərdi yaşayış evi tam "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Hidayətoğlu şirkətlər Qrupu MMC-yə və qeyrilərinə qarşı hərracın yekunları barədə 11/01 saylı 03 avqust 2017-ci il tarixli protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi İddiaçı apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə hesаb edir ki, iddia ərizəsində göstərilən dəlillər əsаssız оlduğundаn iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Onа görə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli 28.12.2017-ci il tarixli Çıxarış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına 03 avqust 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və hərracın yekunları barədə protokol əsasında verilmişdir. Hansı ki, həmin hərracın yekunları barədə protokol əvvəllər məhkəmədə mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş qətnamələr ilə hərracın yekunları barədə protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Çıxarışın verilməsinə əsas olan ilkin sənədlər ləğv edilmədən, həmin çıxarışın mövcudluğu, iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli, 28.12.2017-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli, 28.12.2017-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar