Məhkəmə qərarları › İş №2(034)-130/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-130/2024

19.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-130/2024 19.01.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışq sazişinin təsdiq edilmsi barədə» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışq sazişinin təsdiq edilmsi barədə» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə qarşılıqlı razılıq əsasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi, onunla Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Cəlilabad rayon qeydiyyat şöbəsində bağlanmış 403 nömrəli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları, birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun Cavabdeh hər ay 100 (bir yüz) manat alimenti ödəməyi öz öhdəsinə götürməsi və alimentin ödənilməsinin 2024cü ilin yanvar ayından başlayaraq hər ayın 15-dən digər ayın 30-na kimi 2-ci tərəfin yəni Cavabdeh kart hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 15 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişlər. Əvvəl ailə münasibətləri normal olsa da, artıq xanımla ailə münasibətləri alınmır. Boşanmaqlarının əsas səbəbləri isə xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi, bir-birlərini başa düşə bilməməkləri, dünya görüşlərinin fərqli olması səbəbindən ailədə yola gedə bilməməkləridir. Artıq xanımda onunla bir yerdə yaşamaq istəmir. Hər ikisi aralarında olan nikahın pozulmasına qarşılıqlı olaraq razıdırlar. Ona görə də aralarında olan nikahın pozulmasını istəyirlər. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəflə mediasiya şurasına müraciət etmiş və aralarında olan məsələnin həlli ilə bağlı Barışıq Sazişi bağlamışlar. Aralarında bağlanmış barışıq sazişinin şərtlərinə görə hər ikisi nikahın pozulmasına razıdırlar, birgə nikahdan olan uşaqların analarının yanında qalmalarına onun tərəfdən heç bir etiraz yoxdur və uşaqların saxlanması üçün qarşı tərəfə hər ay aliment ödənilməsi ilə bağlı artıq razılığa gəlmişlər. Göründüyü kimi aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəflə razılığa gəlmişlər. Lakin hazıda aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə 15 noyabr 2008-ci ildə ailə qurmuş, bu nikahdan xx.xx.2011-ci ildə X3 və xx.xx.2014-cü ildə X4 anadan olmuşlar. Əvvəl ailə münasibətləri normal olsa da, artıq xanımla ailə münasibətləri alınmır. Cavabdehlə aralarında tez-tez mübahisələri olur. Cavabdehlə mediasiyaya gedib öz aralarında nikahın pozulması, uşaqların ananın yanında saxlanması və hər ay hər bir uşağa 100 manat aliment ödəməklə bağlı aralarında barışıq sazişi bağlamışlar. O, İİİ qrup əlildir, iş qabiliyyəti yoxdur. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ilə 15 noyabr 2008-ci ildə ailə qurmuş, bu nikahdan xx.xx.2011-ci ildə X3 və xx.xx.2014-cü ildə X4 anadan olmuşlar. İki oğlu var.İddiaçının valideyni ailələrinə müdaxilə etdiyinə görə ailələrində problemlər yaşanmışdır. İddiaçı ilə mediasiyaya getmiş, öz aramızda nikahın pozulması, uşaqların ananın yanında saxlanması və hər ay hər bir uşağa 100 manat aliment ödəməklə bağlı aralarında barışıq sazişi bağlamışlar. Sonda məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunudan görünür ki, «Tərəflər (İddiaçı və Cavabdeh) xx.xx.2008-ci il tarixində Cəlilabad rayonu Qeydiyyat şöbəsi 403 № li nikah akt qeydinin pozulması barədə razılığa gəlmiş, 1-ci tərəf (İddiaçı) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014cü il təvəllüdlü X2 2-ci tərəfin (Cavabdeh) yanında qalmasına etiraz etmir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 1-ci tərəf (İddiaçı) 2-ci tərəfə (Cavabdeh), hər ay 100 (bir yüz) manat alimenti ödəməyi öz öhdəsinə götürür. Alimentin ödənilməsi 2024cü ilin yanvar ayından başlayaraq hər ayın 15-dən digər ayın 30- na kimi 2-ci tərəfin ( Cavabdeh) kart hesabına ödəniləcəkdir» formasında barışıq sazişi tərtib edilmişdir. iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış və bu barədə Cəlilabad rayon qeydiyyat şöbəsində akt qeydəri kitabında 403 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2011-ci ildə X1 və xx.xx.2014-cü ildə X2 valideynləridirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 15 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladları anadan olmuşlar.Tərəflərin ailə münasibətləri əvvəllər normal olsa da, hazırda münasibətləri pozulmuş, hər iki tərəf aralarında olan nikahın pozulmasına qarşılıqlı olaraq razıdırlar. Artıq tərəflər aralarında olan nikahın pozulması uşaqlarının valideynlərdən kimin yanında qalmaları və uşaqların saxlanması ilə bağlı mediasiya prosesi zamanı Barışıq Sazişi bağlanmışlar. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, tərəflər arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalı, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2011-ci ildə X3 və xx.xx.2014-cü ildə X4 anaları Cavabdeh himayəsində qalmaları, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 100 manat alimenti 2024-cü ilin yanvar ayından başlayaraq hər ayın 15-dən digər ayın 30-na kimi Cavabdeh kart hesabına ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Cəlilabad rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 403 nömrəli nikah qeydi ləğv edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci ildə X3 və xx.xx.2014-cü ildə X4-anaları Cavabdeh himayəsində saxlanılsın. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 100 manat aliment 2024-cü ilin yanvar ayından başlayaraq, hər ayın 15-dən digər ayın 30na kimi Cavabdeh kart hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar