Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-140/2024 22.01.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə yaşayışlarından olan xx.xx.2020-ci il tarxdə anadan olmuş Dəniz adlı uşağın atası olmasının müəyyən olunması üçün Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi tərəf olaraq o, Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət edərək, Cavabdeh birgə yaşayış dövründə 11 mart 2020-ci il ildə dünyaya gəlmiş Dəniz adlı oğlan uşağın atası olmasının müəyyən edilməsi ilə bağlı mediasiya işi açılmasını xahiş etmişdir. Aralarındakı münasibətləri pis olduğu üçün maraqlı şəxslə birgə yaşamırlar, cavabdeh onlardan ayrıldıqdan sonra nə onunla, nədə uşaqla bu günə qədər maraqlanmamışdır. O, hazırda cavabdehlə yaşamır. Onların rəsmi qaydada nikahları olmadığından və ata gəlib qeydiyyat şöbəsində atalığını etiraf etmədiyi üçün uşağa doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Mediasiya prosesi gedən zaman Cavabdeh mediasiya prossində iştirak etmiş və mediasiya prosesinin sonunda barışıq sazişinin bağlanmasına nail olunmuşdur. Hazırda maraqlı şəxslə 20 dekabr 2023-cü il tarixdə barışıq sazişinin bağlanmasına baxmayaraq. Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Ona görə də mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, ərizəçi tərəf olaraq o, Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət edərək, Cavabdeh ilə birgə yaşadıqları dövrdə 11 mart 2020-ci ildə dünyaya gəlmiş Dəniz adlı oğlan uşağının atası olmasının müəyyən edilməsi üçün mediasiya işinin açılmasını xahiş etmişdir. Onların rəsmi qaydada nikahları olmadığından və ata qeydiyyat şöbəsində atalığını etiraf etmədiyi üçün uşağa doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Mediasiya prosesi gedən zaman Cavabdeh mediasiya prossesində iştirak etmiş və mediasiya prosesinin sonunda barışıq sazişinin bağlanmasına nail olunmuşdur. Hazırda maraqlı şəxslə 20 dekabr 2023-cü ildə barışıq sazişinin bağlanmasına baxmayaraq, Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Ona görə də mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxslə 2019-cu ildə ailə qurmuş, bu nikhdan Dəniz adında oğlu var. Oğlu 3 yaş 9 aylıqdır. Azyaşlı olduğu üçün qeydiyyat şöbəsinə müraciət etməmişdir. Maraqlı şəxslə hal-hazırda ayrı yaşayırlar, amma barışmaq fikirləri var. O, ərizəçi ilə nikaha daxil olmaq istəyirlər. Maraqlı şəxs 1998-ci ildə anadan olmuşdur. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-02427 nömrəli Barışıq Sazişindən görünür ki, «2-ci tərəf (Cavabdeh) etiraf elir ki, xx.xx.2020-ci il tarixində Respublika Klinik Xəstəxanasında İddiaçı dünyaya gətirdiyi oğlan uşağının atasıdır. Tərəflər razılığa gəlir ki, uyğun qrafalarda ata adı Cavabdeh, ana adı İddiaçı və uşağın adı X5 olaraq doğum aktı, doğum haqqında şəhadətnamə və s. digər sənədlərdə öz əksini tapacaqdır. Barışıq Saziş”i imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq Sazişi bu gündən etibarən qüvəyyə minir» şərti ilə bağlanmışdır. İş materiallaırnda olan Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Ağdam Rayon Mərkəzi Xəstəxanası» X9 X4 tərəfindən verilmiş 421 nömrəli, xx.xx.2023-cü il arayışdan görünür ki, İddiaçı həqiqətən 11 mart 2020-ci il tarixdə xəstəxana şəraitində oğlan uşağı doğmuş və uşaq hal-hazırda sağ-salamatdır. İş materiallaırnda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/8-A- 132/2023 nömrəli imtina məktubunun məzmunundan aydın olur ki, nikahı olmayan anadan doğulmuş uşaq kimi oğlunun doğumunun qeydə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının döviət qeydiyyatı Qaydası”nın 2.5-ci və 2.6-cı bəndlərinə uyğun olaraq, valideynin şəxsiyyətini təsdiq edən sənədlə bərabər doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd də (tibbi şəhadətnamə, forma 103) şöbəyə təqdim edilmədiyindən və həmin tibbi sənəd təqdim olunmadığı üçün uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3 və 44.4-cü maddələrinin tələbinə görə «uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə verməmələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur». Həmin Məcəllənin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 6.6cı bəndinə əsasən, “uşaq aralarında nigah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əliyeva X1 Faiq Hüseyn oğlu ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan onların 11 mart 2020-ci ildə Dəniz adlı bir oğlan uşaqları doğulmuşdur. Tərəflərin rəsmi nikahları olmadığından və Cavabdeh atalığın etirafı üçün qeydiyyat şöbəsinə müraciət etmədiyindən bu günə kimi uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçi aralarında olan mübahisənin həlli ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmiş və mediasiya prosesi gedən zaman Cavabdeh mediasiya prosesində iştirak edərək prosesinin sonunda hər iki tərəfin razılığı ilə Cavabdeh 11 mart 2020-ci il tarixində Respublika Klinik Xəstəxanasında İddiaçı dünyaya gətirdiyi oğlan uşağının atası olması, uşağın ata qrafasında ata adı Cavabdeh, ana adı İddiaçı və uşağın adı X5 olaraq doğum aktı, doğum haqqında şəhadətnamə və s. digər sənədlərdə öz əksini tapması ilə bağlı Barışıq Sazişi imzalamışlar. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış Barışıq Sazişinin məhkəmə qaydasında təsdiqlənməsi zəruriətinin olmasını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Belə olan halda,məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli, MŞB/16-02427 nömrəli Barışıq Sazişi təsdiq olunmalı, Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İddiaçı olan Dəniz adlı oğlan uşağının atası olması müəyyən edilməli, atalığın müəyyən edilməsi xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X2 və atası Cavabdeh olan Dəniz adlı oğlan uşağına-adı Dəniz, soyadı Həsənov, ata adı Faiq qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-02427 nömrəli Barışıq Sazişi təsdiq olunsun. Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İddiaçı olan Dəniz adlı oğlan uşağının atası olması müəyyən edilsin. Atalığın müəyyən edilməsi xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İddiaçı və atası Cavabdeh olan Dəniz adlı oğlan uşağına - adı Dənz, soyadı Həsənov, ata adı Faiq qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-140/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-140/2024
22.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver