Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-170/2025 16.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Ərizəçi Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatı bağlanmış xx.xx.2021-ci il tarixli Barışıq Sazişi təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmışlar. Əvvəllər münasibətləri qaydasında olsa da, sonradan cavabdehlə birgə nikahda olduqları dövrdə xasiyyətləri tutmamış və o boşanmaq qərarına gəlmişdir. İlk olaraq Zəngilan rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin qarşı tərəf nikahın pozulması üçün qeydtyyat şöbəsinə gəlmədiyindən nikahın qeydiyyat şöbəsində pozulmasında imtina edilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Daha sonra aralarında olan nikahın pozulması üçün Mediasiya Şurasına müraciət etmiş, Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında qarşı tərəflə aralarında olan nikahın pozulması ilə bağlı xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış və qarşı tərəflə aralarında olan bütün məsələlərlə bağlı razılığa gəlmişlər. Lakin hazırda aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və bu barədə Zəngilan rayon qeydiyyat şöbəsində akt qeydəri kitabında 04 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1 və 19.2-ci maddələrinin tələblərinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər(arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 5.2-ci bəndinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi tərəfindən pozula bilər.Vətəndaş Cavabdeh nikahın pozulması üçün müraciət etməməsi səbəbindən qeydiyyat orqanında ərizənizin təmin edilməsi mümkün deyildir və bunun üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01911 nömrəli barışıq sazişinin məzmunudan görünür ki, «tərəflər Ərizəçi və Cavabdeh ilə xx.xx.2022-ci il tarixində Zəngilan rayon qeydiyyat şöbəsində 04 №-li nikah akt qeydinin pozulmasına razıdırlar» şərtləri ilə barışıq sazişi bağlamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nirkaha daxil olaraq ailə qurmuş və tərəflərin bu nikahdan övladları olmamışdır. Tərəflərin ilk əvvəl ailə münasibətləri yaxşı olsa da, sonradan xasimyyətlərinin bir-birinə uyğun gəlməməsini onların ailə münasibətlərinin pozulmasına səbəb olmuş və ərizəçi boşanmaq qərarına gəlmişdir. İlk olaraq ərizəçi aralarında olan nikahın pozulması tələbi ilə Zəngilan rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakın xanım qeydiyyat şöbəsinə gəlmədiyi üçün şöbədə nikahın pozulmasından imtina edilmişdir. Daha sonra tərəflər mediasiya təşkilatına müraciət etmiş və mediasiya prosesi zamanı tərəflər aralarında olan nikahın pozulması barədə xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər aralarında rəsmi nikahın pozulmasına qarşılıqlı olaraq razı olduqlarını bildirmişlər. Ərizəçi məhkəməyə müraciət edərək, maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması zərurəti yaranmasını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli, Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində Zəngilan rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı və akt qeydləri kitabındakı 04 nömrəli nikah qeydi ləğv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01911 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 04 nömrəli nikah qeydi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-170/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-170/2025
16.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver