Məhkəmə qərarları › İş №2(034)-225/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-225/2023

27.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-225/2023 27.03.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışq sazişinin təsdiq edilməsi barədə» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışq sazişinin təsdiq edilmsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında qarşılıqlı razılıq əsasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/00472 saylı Barışıq Sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü X2 adlı bir övladları anadan olmuşdur. Qarşı tərəflə aralarında olan nikah pozulmasa da, ondan birgə nikahdan olan uşağın saxlanması üçün maddi yardım göstərməsini xahiş etmiş və bu məsələ ilə bağlı mediasıya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs ilə birgə nikahdan olan uşağın saxlanması üçün alimentin ödənilməsi ilə bağlı Sumqayıt 1 saylı Mediasiya Təşkilatında olmuş və Mediasiya Təşkilatında «Sadıqov Maraqlı şəxs Fəridə Zakir qızı ilə birgə rəsmi nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 900 manat məbləğində alimenti hər ayın sonundan gec olmayaraq Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürdü» tələbi ilə aralarında xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/00472 nömrəli barışıq sazişi bağlamışlar. Göründüyü kimi birgə nikahdan olan uşağın saxlanması ilə aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, razılığa gəlsələr də, hesab edir ki, həmin barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, ilk öncə mediasiyaya müraciət etmiş, aralarında barışıq sazişi bağlamışlar. Barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsini istəyir. Yoldaşı çox vaxt burda olmur, xaricdə olur. O, anasigildə qalır. Yoldaşı ilə 900 manat alimentlə razılığa gəlmişlər. Yoldaşı Azkomentdə işləyir. Yoldaşının maaşı yüksək olduğu üçün razılaşmışlar. Uşağın problemləri var və müalicə etdirirlər. Barışıq sazişi ilə icraya müraciət etmiş, ona sazişin məhkəmədə təsdiqlənməsi üçün qətnamə təqdim etməsini bildirmişlər. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək izahatında bildirmişdir ki, onlar xx.xx.2020-ci ildə ailə qurmuşlar. Bu nikahdan onların xx.xx.2022-ci il tarixdə Sadıqova Mirasuel dünyaya gəlmişdir. Azkomentdə işləyir və hər ay 900 manat aliment ödəyə biləcəkdir. Xaricə gedir və çox vaxt burda olmur. Ərizəçi ilə ayrı yaşayırlar. Sonda maraqlı şəxs məhkəmədən barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və bu barədə 5 saylı Bakı «Asan xidmət mərkəzi» Qeydiyyat şöbəsində akt qeydəri kitabında 2380 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2022-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunundan görünür ki, «Maraqlı şəxs, Ərizəçi ilə birgə rəsmi nikahlarından doğulan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 900 (doqquz yüz) manat məbləğində alimenti hər ayın sonundan gec olmayaraq Ərizəçi ödəsin” formasında barışıq sazişi tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalı,ərizəçi Maraqlı şəxs, Ərizəçi ilə birgə rəsmi nikahlarından doğulan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 900 (doqquz yüz) manat məbləğində alimenti hər ayın sonundan gec olmayaraq Ərizəçi ödəməlidir.. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunsun. Ərizəçi Maraqlı şəxs, Ərizəçi ilə birgə rəsmi nikahlarından doğulan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 900 (doqquz yüz) manat məbləğində alimenti hər ayın sonundan gec olmayaraq Ərizəçi ödəsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar