Məhkəmə qərarları › İş №2(034)-229/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-229/2022

05.04.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-229/2022 05.04.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması tələbinə dair» barışq sazişinin təsdiq edilmsi barədə» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması tələbinə dair» barışq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə aralarında olan nikahın ləğv edilməsi, uşaqların anaları ilə qalmaları, uşaqlar üçün ümumilikdə 386 manat olmaqla alimentin ödənilməsi və övladları ilə birgə yaşayış yerinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, Maraqlı şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların 25.09.2012-ci il təvəllüdlü X3 və 02.09.2015-ci il təvəllüdlü X4 adlı iki övladları anadan olmuşdur. Nikahlarının ləğvi barədə ərizə verməsinin səbəbi xasiyyətlərinin tutmaması, onun içki içməsi, pis vərdişləri, ona şiddət göstərməsi, uşaqlara əxlaqsız ifadələr işlətməsi səbəbindən birgə yaşamaqları mümkün olmamışdır. Belə ki, birgə nikah dövründə aralarında olan münasibətlər kəskinləşmişdir. Artıq ailə münasibətəri dağılmış, bərpa olunması mümkün deyildir. İllərdir ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Onlar mediasiyada olmuş və mediatorun səyi ilə aralarında barışıq sazişi imzalamışlar. Aralarında olan mübahisəni barışıq sazişi imzalamaqla həll etmiş, bütün məsələlər üzrə razılığa gəlmişlər. Hazıda isə aralarında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zəruriəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur tərəflər arasında 02.10.2012-ci il tarixdə nikah bağlanmış və bu barədə Zəngilan rayon Qeydiyyat şöbəsində akt qeydəri kitabında 193 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər 25.09.2012-ci il təvəllüdlü X1 və 02.09.2015-ci il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan 02 mart 2022-ci il tarixli barışıq sazişinin məzmunundan görünür ki, Ərizəçi nikahın pozulması, uşaqların ananın himayəsində qalması və uşaqlaırın saxlanmasına görə aliment tələbi ilə mediasiya şurasına müraciət etmiş, tərəflər qarşılıqlı olaraq, heç kimin təsir və basqısına məruz qalmadan əlaqələrinin sivil səviyyədə saxlanılmasına, qərar verirmişlər, tərəflər öhdəlik götürmüşdür ki, gələcəkdə bir birilərinə qarşı heç bir şiddət törətməyəcək, bir-birilərinin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməyəcəklər, tərəflər Sazişin şərtləri pozulduğu təqdirdə, şərəf və ləyaqətin alçaldılmasına təhrik gördükləri, Barışıq Sazişinin şərtlərini yerinə yetirmədikləri halda Məhkəməyə müraciət etmək hüququna malik olduqlarını razılaşmışlar, tərəflər övladları olan X1 (təvəllüdü 25.09.2012-ci il) və X2 (təvəllüdü 02.09.2015-ci il) anası Ərizəçi himayəsində qalmasına razılaşmış, ata Maraqlı şəxs əvvəlcədən xəbərdar etməklə istənilən vaxt övladını görə bilər, övladları 18 yaşına qədər xarici ölkəyə hər hansı valideyni ilə çıxarıldıqda qarşılıqlı olaraq valideynlərin razılığının olması zəruridir. Gələcəkdə övladlarının həyatı ilə bağlı əhəmiyyətli qərarların verilməsi hər iki tərəfin razılığı ilə həyata keçiriləcəkdir, ata Maraqlı şəxs övladlarının maddi tələblərinin ödənilməsi üçün hər ay müntəzəm olaraq ayın birinci həftəsində hər uşaq üçün 193 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat vəsaitin Ərizəçi adına açılacaq bank depozit kartına ödənilməsini öhdəsinə götürmüş, tərəflər alimentin məbləğinin öz aralarında razılaşdıqlarını təsdiq etmiş, ödəmə 2022-ci ilin mart ayından başlayaraq həyata keçiriləcək və tərəflər Barışıq Sazişinin bir nüsxəsinin Qəyyumluq və himayəçilik orqanına göndərilməsinə etiraz etməmişlər.Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə, icra və probasiya şöbəsinə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə, icra və probasiya şöbəsinə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəfin ona ödəməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, iddiaçı Ərizəçi Möhübət qızı ilə cavabdeh Maraqlı şəxs arasında olan nikahın ləğv edilməsi, tərəflər övladları olan 25.09.2012-ci il təvəllüdlü X1 və 02.09.2015-ci l təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalmaları, ata Maraqlı şəxs əvvəlcədən xəbərdar etməklə istənilən vaxt övladlarını görə bilməsi, övladları 18 yaşına qədər xarici ölkəyə hər hansı valideyni ilə çıxarıldıqda qarşılıqlı olaraq valideynlərin razılığının olması, gələcəkdə övladlarının həyatı ilə bağlı əhəmiyyətli qərarların verilməsi hər iki tərəfin razılığı ilə həyata keçirilməsi, ata Maraqlı şəxs övladlarının maddi tələblərinin ödənilməsi üçün hər ay müntəzəm olaraq ayın birinci həftəsində hər uşaq üçün 193 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat vəsaitin Ərizəçi adına açılacaq bank depozit kartına ödənilməsini öhdəsinə götürməsi, tərəflər alimentin məbləğinin öz aralarında razılaşdıqlarını təsdiq etməsi, ödəmə 2022-ci ilin mart ayından başlayaraq həyata keçirilməsi və tərəflərin Barışıq Sazişinin bir nüsxəsinin Qəyyumluq və himayəçilik orqanına göndərilməsinə etiraz etməmələri barədə 02 mart 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs oğu arasında bağlanmış 02.03.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 02.10.2021-ci il tarixdə Zəngilan rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 193 saylı nikah qeydi ləğv edilsin. 25.09.2012-ci il təvəllüdlü X3 və 02.09.2015-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində saxlanılsınlar. Cavabdeh Maraqlı şəxs 25.09.2012-ci il təvəllüdlü X1 və 02.09.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 02.03.2022-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment iddiaçı Ərizəçi xeyrinə tutulsun və adına açılacaq bank depozit kartına ödənilsin. Cavabdeh Maraqlı şəxs əvvəlcədən xəbərdar etməklə istənilən vaxt övladlarını görə bilsin, övladları 18 yaşına qədər xarici ölkəyə hər hansı valideyni ilə çıxarıldıqda qarşılıqlı olaraq valideynlərin razılığının olması, gələcəkdə övladlarının həyatı ilə bağlı əhəmiyyətli qərarların verilməsi hər iki tərəfin razılığı ilə həyata keçirilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar