Məhkəmə qərarları › İş №2(034)-234/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-234/2025

28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-234/2025 28.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü X4 xx.xx.2021-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X6 xx.xx.1969-cu ildə Ermənistanın Mehri rayonunda anadan olmuşdur. Onlar məhrumla 1988-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan qaçqın düşərək Zəngilan rayonuna gəlmiş, 1993-cü ilin oktyabr ayına kimi, yəni Zəngilan rayonu işğal olunanadək Şərifan kəndində yaşamışlar. Zəngilan rayonu işğal olunan zaman məcburi köçkün düşərək Bakı şəhərinə gəlmişlər. Həyat yoldaşı ürək xəstəliyindən əziyyət çəkmiş, bir çox müalicələr alsa da, heç bir xeyri olmamışdır. xx.xx.2021-ci ildə evdə olduqları vaxtı qəfildən vəziyyəti pisləşmiş, həkim çağırsalar da, həkim gələnə kimi artıq rəhmətə getmişdir. Həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi şəhadətnamə verməkdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfmn 8.1., 8.4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü İnformasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnaməni başqşa cür ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi olmadığından bəzi sənədləşdirmə işlərini həyata keçirə bilmir. Buna görə də məhkəmə qaydasında həyat yoldaşının ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.1969-cu il tarixdə Ermənistanın Mehri rayonunda doğulan həyat yoldaşı X6 xx.xx.2021-cü il tarixdə evdə olduqları vaxt qəfildən vəziyyəti pisləşmiş, həkim çağırsalar da, həkim gələnə kimi rəhmətə getmişdir. Həyat yoldaşı rəhmətə gedərkən onun yanında o, ailə üzvləri, qonşuları da olmuşdur. Həyat yoldaşının ölüm səbəbi isə ürək xəstəliyindən əziyyət çəhkməsi olmuşdur. Həyat yodaşı rəhmətə getdiyi üçün o və ailə üzvləri çox pis olduqları üçün ona hər hansı nə ölüm haqqında şəhadətnamə götürə bilməmişlər. Həyat yodaşı rəhmətə getdikdən sonra onlar onu Məhəmmədi kəndində yerləşən qəbiristanlığda dəfn etmişlər. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və bildirilmişdir ki, xx.xx.1969-cu il tarixdə Zəngilan rayonunda doğulan həyat yoldaşı X4 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi atasıdır. X2 xx.xx.1969-cu il tarixdə Ermənistanın Mehri rayonunda anadan olmuş, xx.xx.2021cü il tarixdə evdə olduqları vaxt qəfildən vəziyyəti pisləşmiş, həkim çağırsalar da, həkim gələnə kimi rəhmətə getmişdir.Anası qan azlığından, ürək xəstəliyindən əziyyət çəkdiyi üçün xəstəxanaya yerləşdirmişlər, lakin həkim onlara burda saxlamağa artıq ehtiyac yoxdur aparın öz evində olsun demişdir. Anası evdə rəhmətə gedəndə o, da yanında olmuşdur. Anasını Məhəmmədi kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi qaynatası, Rəhmətə gedən Şahnaz xanım isə qaynanasıdır. O, ərizəçinin oğlu ilə nişanlıdır. Onlar ərizəçi ilə qonşudurlar. Ailələri bir-birlərini çoxdan tanıyırlar.Şahnaz xanım xəstəlikdən rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi atası, məhrum Şahnaz xanım isə anasıdır. Anası xəstə olmuş və ürək çatışmamazlığından əziyyət çəkmişdir. Anası xəstəxanada yatıtmış, həkim onlara analarını gəlib aparmağı demiş, onlar da gedib analarını evə gətirmişlər. Evə gətirdikləri gün 2 fevral 2021-ci ildə anası evdə rəhmətə getmişdir. Anası çoxdandı xəstə idi. Təcili yardım gələndə artıq anası rəhmətə getmişdir. Anasını Məhəmmədi qəbirstanığında dəfn etmişlər. Anasının yas mərasimlərində qonum-qonşu, qohum-əqrəba iştirak etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-N-28/25 nömrəli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1,8,4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi,ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X9 xx.xx.1988-ci ildə rəsmi nikaha daxil olmuşlar. -İş materiallarında olan qəbirüstü fotoşəkildən görünür ki, X5 xx.xx.2021-ci ildə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 158.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o, cümlədən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, X1 ərizəçinin həyat yoldaşı olmuş və onlar xx.xx.1988-ci ildə rəsmi nikamha daxil olaraq ailə qurmuşlar. Ərizəçi mərhum həyat yoldaşı və uşaqları ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışlar. X1 uzun müddət xəstəlikdən əziyyət çəkmiş, bir çox müalicələr aparılsa da, bunun heç bir nəticəsi olmamışdır. Mərhumun xx.xx.2021-ci ildə yaşadıqları evdə vəziyyəti pisləşdiyindən təcilli yardım çağırılmış, lakin təcili yardım gələnə kimi artıq rəhmətə getmişdir. Mərhum ailə üzvləri tərəfindən Məhəmmədi qəbirstanığında dəfn edilmişdir. Ərizəçi mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi ərizəçinin mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Araşdırma zamanı ərizəçi məhrum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi ona sənədləşdirmə işlərinin aparlıması üçün lazım olmasını bildirmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, mərhum xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar