Məhkəmə qərarları › İş №2(034)-242/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-242/2025

14.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-242/2025 14.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı X2 1995-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qızı X5 24 oktyabr 1991-ci il tarixdə Zəngilan rayonu, Qıraq Müşlan kəndində doğulmuş, 1995-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. Qızının ölüm haqqında akt qeydinin olub-olmaması barədə məlumat əldə etmək üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-x-l93\24 nömrəli, 12 dekabr 2024-cü il tarixli məktubuna əsasən, tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, X5 24 oktyabr 1991-ci il tarixdə Zəngilan rayonu,Qıraq Müşlan kəndində doğulmuş, 1995-ci ildə vəfat etmişdir. Qızının ölüm haqqında akt qeydinin olub-olmaması barədə məlumat əldə etmək üçün ərizə ilə Zəngilan nayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli məktuba əsasən ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Bu səbəbdən həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Rəhmətə gedən qızıdır. Qızı anadan olanda travma ilə doğulduğundan danışa bilməmişdir. Qızı Nuranə 1995-ci ildə Bakı şəhərində rəhmətə getmiş və onu Xırdalan qəbirstanlığında dəfn etmişlər. O, zamanlar yoldaşı ilə aralarında soyuqluq olduğu üçün dəfndə iştirak etməmişdir. Dəfndə qaynı, qaynatası iştirak etmişlər. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi atasıdır. Evin böyük oğlu odur. Nuranə balaca bacısı olubdur. Bacısı anadan olanda xəstə doğulmuşdur. Bacısı Nuranə qızılca xəstəliyindən rəhmətə getmişdir. Bacısını Xırdalanda dəfn etmişlər. Dəfndə dayısı və babası iştirak etmişlər. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqında şəhadətnamə ala bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi bacısının yoldaşıdır. Bacısı qızı Nuranə 1991-ci ildə Zəngilanda anadan olandan xəstə doğulmuşdur. Nuranə doğulandan lal və kar olmuşdur. Nuranə qızılca xəstəliyindən rəhmətə getmiş və onu Xırdalanda dəfn etmişlər. Qeydiyyat şöbəsinə müraciət etmişlər, ölüm haqında şəhadətnamə ala bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-X-193/24 nömrəli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1,8,4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi,ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Hatəm oğlu ilə X4 xx.xx.1982-ci ildə rəsmi nikaha daxil olmuşlar. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1991-ci ildə Zəngilan rayonu, Qıraq Muşlan kəndində anadan olmuş, atası Ərizəçi, anası isə X1r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 158.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o, cümlədən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mərhum X5 ərizəçinin doğma qızı olmuş və o, 24 oktyabr 1991-ci il tarixdə Zəngilan rayonu,Qıraq Müşlan kəndində doğulmuşdur. Uşaq doğulan zaman xəstə doğulmuş və 1995-ci ildə qızılca xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Mərhum ailə üzvləri tərəfindən Xırdalan qəbirstanığında dəfn edilmişdir. Ərizəçi mərhum qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi ərizəçinin mərhum qızına ölüm haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Araşdırma zamanı ərizəçi məhrum qızının ölüm haqqında şəhadətnaməsi ona sənədləşdirmə işlərinin aparlıması üçün lazım olmasını bildirmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, mərhum xx.xx.1991-ci il təvəllüdlü X2 1995-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1991-ci il təvəllüdlü X2 1995-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar