Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-246/2023 06.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə qarşılıqlı razılıq əsasında Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi, ata Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021- ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 ana Ərizəçi himayəsində saxlanılmasına etiraz etməməsi, ata Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə ünsiyyəti maneəsiz istənilən vaxt olmasına ana Ərizəçi etiraz etməməsi, ata Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021- ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cəmi 200 (iki yüz) manat məbbləğmdə alimenti ana Ərizəçi qızma ödəməsi, alimentin ödənilməsi hər ayın 05-nə qədər ata Maraqlı şəxs tərəfindən ana X2 hesabma ödəməsi və nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X6,xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı üç övladları anadan olmuşdur. Cavabehlə demək olar ki, ər-arvad münasibətləri xeyli müdətdir ki, kəsilmiş və birgə təsərrüfat idarə etmirlər. Xasiyyətlərləri bir-birinə uyğun gəlmir. Bundan sonra onların bir yerdə bir ailə kimi birlikdə yaşamaqları qeyri-mümkündür. Hər ikisi aralarında olan nikahın pozulmasını istəyirlər. «Nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması, uşaqlarla ünsiyyət və aliment” məsələnin həlli ilə bağlı ilkin olaraq Mediasiya Şurasına müracət etmiş, Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatında olarkən qarşı tərəflə hər ikisinin razılığı ilə «ata Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021- ci il təvəllüdlü X5 və 13,08.2015-ci il təvəllüdlü X3 ana Ərizəçi himayəsində saxlanılmasına etiraz etməməsi, ata Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə ünsiyyəti maneəsiz istənilən vaxt olmasına ana Ərizəçi etiraz etməməsi, ata Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021- ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cəmi 200 (iki yüz) manat məbbləğmdə alimenti ana Ərizəçi ödəməsi, alimentin ödənilməsi hər ayın 05-nə qədər ata Maraqlı şəxs tərəfindən ana X2 hesabına ödəməsi və nikahın pozulması hissəsinə hər iki tərəfin razılıq verməsi» şərtləri ilə xx.xx.2023-cü il tarixli Barışıq Sazişi imzalamışlar.Göründüyü kimi aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəflə razılığa gəlmişlər. Lakin hazıda aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.20121-ci il təvəllüdlü X7 anadan olmuşdur. Yoldaşı ilə boşanmaqla bağlı qarşılıqlı razılığagəlmişlər, boşanmaq istəyirlər. Yoldaşı ilə yola getmirlər. Yoldşı əsəbidir və birbirlərinə hörmətlərini itməmək üçün boşanmağa razılaşmışlar. Aralarında mübahisələr olur. Ataları uşaqlara köməklik edir. Yoldaşə fərdi əməklə məşğuldur. Yoldaşı uşaqla pis baxmır, sadəcə olaraq onlar yola gedə bilmirlər.Mediasiyada hər ikisidə iştirak etmişlər. Mediasiyada uşaqların onun yannıda qalması, nikahın pozulması və 200 manat aliment verilməsinə razılaşmışlar. Özü də işləyib uşaqlarına baxacaqdır. Yoladı ilə hal-hazırda bir yerdə yaşayırlar. Barışmaq istəmirlər.O və uşaqları yaşadığı evdə qalacaqlar, yoldaşı isə evdən çıxacaqdır. İki uşağı isə Ramanada məktəbə gedir.Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək izahatında bildirmişdir ki, yoldaşım Ərizəçi ilə boşanmaq istəyir.Uşaqlarına nə lazımdır köməklik edəcəkdir. O, fəhlə işləyir, gücü çatdığı nədirsə köməklik edir.Yoldaşı ilə aralarında 200 manat alimentlə razılaşmışlar.Uşaqlarına hal-hazırda özü baxır. Yoldaşı ilə yola gedə bilmirlər. Sözləri bir-birlərinə xoş gəlmir. Bir-birlərinə zaman versələr də, münasibətləri alınmamış və bunun üçün də boşanmaq istəyir. Boşandıqdan sonra o, evdən çıxacaqdır. Məcburi köçkündür. Rəsmi olaraq boşanmaq istəyir. Sonda maraqlı şəxs məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və bu barədə 2 saylı Bakı «Asan xidmət mərkəzi» Qeydiyyat şöbəsində akt qeydəri kitabında 2082 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X3,xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021- ci il təvəllüdlü X4 valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqələrinin surətindən görünür ki, hər iki tərəf Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunudan görünür ki, «ata Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021- ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 ana Ərizəçi himayəsində saxlanılmasına etiraz etmir, ata Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə ünsiyyəti maneəsiz istənilən vaxt olmasına ana Ərizəçi etiraz etmir, ata Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021- ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cəmi 200 (iki yüz) manat məbbləğmdə alimenti ana Ərizəçi qızna ödəyəcəkdir, alimentin ödənilməsi hər ayın 05-nə qədər ata Maraqlı şəxs tərəfindən ana X2 hesabına ödəniləcəkdir, nikahın pozulması hissəsinə hər iki tərəf razılıq verir” şərtləri ilə barışıq sazişi tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaqların hüquqlarının və eyni zamanda valideyinlərin öz uşaqları ilə ünsiyyətdə olmaq hüququnın qorunması Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı (maddə 17) həm Azərbaycan Respublikasının daxili Qanunları, həm də tərəfdar çıxdığı beynəlxalq aktlarda öz əksini tapır. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 9-cu maddəsinin 3-cü bəndinə əsasən iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişlər. “Uşaq hüquqları bəyannaməsinin” (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 sayl prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır”. Azərbaycan Respublikası AM-nin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Eyni Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. (AM 61.1; 61.2-ci maddələri). İstinad edilən normalardan müəyyən olunur ki, valideynlər öz uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmaqla yanaşı uşaqlarında öz valideynlərini tanımaq, onlarla ünsiyyədə olmaq, onların qayğısından faydalanmaq hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2014-cü tarixdə 2 saylı Bakı «Asan xidmət mərkəzi» Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 2082 saylı nikah qeydi ləğv edilməli, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 ana Ərizəçi himayəsində saxlanılmalı, ata Maraqlı şəxs övladları-xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə maneəsiz istənilən vaxt ünsiyyətdə olması müəyyən edilməli, ata Maraqlı şəxs övladları-xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cəmi 200 (iki yüz) manat məbləğində alimenti-ana Ərizəçi ödəməsi, alimentin ödənilməsi hər ayın 05-nə qədər ata Maraqlı şəxs tərəfindən ana X2 hesabına ödənilməsi müəyyən edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2014-cü tarixdə 2 saylı Bakı «Asan xidmət mərkəzi» Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 2082 saylı nikah qeydi ləğv edilsin. xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları Ərizəçi himayəsində saxlanılsın. Ata Maraqlı şəxs övladları-xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə maneəsiz istənilən vaxt ünsiyyətdə olması müəyyən edilsin. Ata Maraqlı şəxs övladları-xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2021- ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cəmi 200 (iki yüz) manat məbləğində alimentiana Ərizəçi ödəsin. Alimentin ödənilməsi hər ayın 05-nə qədər ata Maraqlı şəxs tərəfindən ana X2 hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-246/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-246/2023
06.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver