Məhkəmə qərarları › İş №2(034)-267/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-267/2025

28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-267/2025 28.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1932-ci il təvəllüdlü X4 09 noyabr 2006-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1940-cı ildə Zəngilan rayonu, Bartaz kəndində anadan olmuş, mərhum həyat yoldaşı isə 1932-ci il təvəllüdlüdür. O, mərhum həyat yoldaşı ilə xx.xx.1964-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur.Onlar 1993-cü ildə Zəngilan rayonu, işğal olunduqda sonra məcburi köçkün düşərək, məhrum həyat yoldaşı və uşaqlarla birlikdə Bakı şəhərinə gələrək burda məskunlaşmışlar. Həyat yoldaşı xəstəlikdən əziyyət çəkmiş müalicələr edilsə də heç bir nəticəsi olmamışdır. Mərhum həyat yoldaşı uzun sürən xəstəlikdən sonra xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Həkim çağırsalar da, həkim gələnə kimi artıq vəfat etmişdir. Həyat yoldaşının 2006-cı ildə ev şəratində vəfat etməsini şahidlərdə təsdiq edə bilərlər.Müəyyən səbəblərdən indiyə qədər həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin şöbə mərhum həyat yoldaşının ölüm haqqında tibbi şəhadətnaməsini təqdim edə bilmədiyi üçün öülm haqqında şəhalətnamənin verilməsindən imtina edərək, ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X7 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, mərhum atası 1932-ci il təvəllüdlüdür. Onlar 1993-cü ildə Zəngilan rayonu işğal olunduqda sonra məcburi köçkün düşərək, valdeyinləri ilə birlikdə Baki səhərinə gələrək burda məskunlaşmışlar. Atası xəstəlikdən əziyyət çəkmiş, müalicələr edilsə də heç bir nəticəsi olmamışdır. Atası uzun sürən xəstəlikdən sonra xx.xx.2006-cı il tarixda Baki şəhərində vəfat etmişdi. Həkim çagırsalar da həkim gələnə kimi artıq vəfat etmişdir. Atasının 2006-cı ildə ev səratində vəfat etməsini şahidlərdə təsdiq edə bilərlər. Müəyyən səbəblərdən indiyə qədər atasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, atasına ölüm haqqında səhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin şöbə mərhum atasının ölüm haqqında tibbi şəhadətnaməsini təqdim edə bilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edərək, ona məhkəməyə müraciət etməyi tövsiyyə etmiş, o, da bu səbəbdən məhkəməyə müraciət etmişdir. Atası xx.xx.2006-cı ildə rəhmətə getmiş, atası uzun müddət xəstə olmuş və ev şəraitində Əli Musayev müalicə etmişdir. Ölüm haqqında şəhadətnaməyə ehtiyac olduğu üçün indi məhkəməyə müraciət edir. Atası evdə rəhmətə getmişdir.Təcili yardım çağıranda artıq atası rəhmətə getmişdir. Atasına yas mərasimi keçirmişlər. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçinin nümayəndəsi ilə rayonda olduqları vaxtlardan bir sinifdə oxumuşlar. Mərhum xx.xx.2006-cı ildə rəhmətə getmişdir. Uşaqlığından mərhumu tanıyır. Ərizəçi ilə ailəvi dost olmuşlar. Mərhum İ qrup əlil olmuş, bir ayağıda ambutasiya olmuşdur. Mərhum rəhmətə gedəndə orda olmuş, onun yas mərasimlərində iştirak etmişdir. Mərhum Binəqədi qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçinin nümayəndəsi həm sinif yoldaşı, həm də qonşusu olmuşdur. Ərizəçinin nümayəndəsi ilə uşaqlıqdan bir kənddə bir yerdə böyümüşlər. Mərhum xəstəlikdən əziyyət çəkmiş və xx.xx.2006-cı ildə rəhmətə getmişdir. Mərhum ev şəraitində müalicə almışdır. Məthum evdə rəhmətə getmiş, dəfn və yas mərasimlərində iştirak etmişdir.Mərhum Binəqədi qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçinin nümayəndəsi sinif yoldaşı olmuş, eyni məktəbdə oxuyub təhsil almışlar.Mərhumu rayondan tanıyır.Mərhum xəstəlikdən əziyyət çəkmiş və Bakı şəhərində rəhmətə getmişdir. Təcili yardım gələndə artıq rəhmətə getmişdir.Dəfn və yas mərasimlərində iştirak etmiş, mərhum Binəqədi qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-G-51/25 nömrəli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1,8,4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi,ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X2 xx.xx.1964-cü ildə rəsmi nikaha daxil olmuşlar. -İş materiallarında olan qəbirüstü fotoşəkildən görünür ki, X8 xx.xx.2006-cı ildə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 158.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o, cümlədən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mərhum X8 ərizəçinin həyat yoldaşı olmuş və onlar xx.xx.1964-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ərizəçi mərhum həyat yoldaşı və uşaqları ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışlar. X1 uzun müddət xəstəlikdən əziyyət çəkmiş, aparılmış müalicələrin heç bir nəticəsi olmamışdır. Mərhum xx.xx.2006-cı ildə yaşadıqları evdə rəhmətə getmişdir. Təcili yardım çağrılsa da, təcili yardım gələnə kimi artıq rəhmətə getmişdir. Mərhum ailə üzvləri tərəfindən Binəqədi qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi ərizəçinin mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Araşdırma zamanı ərizəçinin nümayəndəsi məhrum atasının ölüm haqqında şəhadətnaməsinin ona sənədləşdirmə işlərinin aparlıması üçün lazım olmasını bildirmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, mərhum 1932-ci il təvəllüdlü X4 xx.xx.2006-cı il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 1932-ci il təvəllüdlü X4 xx.xx.2006-cı il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar