Məhkəmə qərarları › İş №2(034)-279/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-279/2021

14.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-279/2021 14.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda saxlanılmış, başqasının istifadəsində olan, iddiaçıya məxsus, mətbəx mebel dəsti, yuxarı hissəsi bütöv ağ rəngli, aşağı hissəsi qara rəngli, soyuducu, peç tərəfi olan yuxarı hissəsi isə tam qara rəngli qiyməti 9500 manat; dəhliz mebeli güzgülü kvadrat formalı, yerli istehsal, qapı ilə eyni rəngdə, reysli mebel, 2 laylı -qiyməti 2200 manat; kladovka mebeli - 1000 manat; soba-peç Türkiyə istehsalı, “Beko’' firması, qara rəngli - 800 manat; mikrovalnovka, Türkiyə istehsalı “Beko” firması qara rəngli - 750 manat; divan, jurnal stolu, iki ədəd kreslo dəsti, tünd göy rəngli, Türkiyə istehsalı, klassik formalı - 2500 manat; su filtiri -1200 manat; lüstur 3 ədəd qonaq otağı - 1200 manat, yataq - 1000 manat, uşaq otağı - 550 manat; Televizor 1 ədəd, qara rəngli, yataq otağında divara vurulmuş, Holfman firması - 740 manat; mətbəx stol və stul dəsti - 820 manat; xalçalar - 850 manat (qonaq otağı), dəhlizdə uzun - 360 manat, foyedəki - 600 manat, cəmi 3 ədəd; qaz sobası və aspirator - 700 manat; ümumi dəyəri 24770 manat olan əmlakların natura şəkilində ona qaytarılması ilə bağlı, bu mümkün olmadıqda isə əmlakların dəyəri olan 24770 manat pulun, bundan əlavə atası tərəfindən ona verilmiş 20000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı həmçinin iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, ünvan 1-də yerləşən daşınar əmlaklar üzərinə həbs qoyulmasını xahiş etmiş və Zəngilan Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli 2(034)-279/2021 nömrəli qərardadı ilə ərizədə sadalanan əmlaklar üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X6 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər 25 dekabr 2015-ci il tarixdən 03 dekabr 2020-ci il tarixədək rəsmi ər-arvad kimi yaşamışlar. Birgə yaşayış dövrü ərzində, 23 oktyabr 2016-cı il təvəllüdlü Elif adlı uşaqları olmuş və uşaqları sağlam olmaqla iddiaçının himayəsindədir. Cavabdeh Bakıda müvəqqəti məskunlaşmış, valideynlərin razılığı ilə, cavabdehin anasına məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı, 3 otaqlı mənzilinə (mansarlı 13 mərtəbəli binanın 12-ci mərtəbəsi) gəlin kimi iddiaçını valideynlərinin cehiz kimi verdikləri əmlakları yerləşdirmişdir. 03 dekabr 2020-ci il tarixdə Zəngilan rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdehin ər-arvad dövrü ərzində qazancının olmaması, evə, ailəyə baxmaması, hətta iddiaçının valideyinlərinin ev almaq üçün ona verdikləri pulun hesabına yaşaması vəziyyətindən hər hansı əmlak növünə sahib ola bilməmişlər. Ona görə də aralarında əmlak bölgüsü mübahisələri yoxdur. Yalnız valideyinlərinin cehiz kimi verdikləri əmlaklar yuxarıda göstərilən 3 otaqlı mənzildə yerləşdirilmişdir. Dəfələrlə cavabdehlə münasibətləri normallaşdırmağa, sağlam həyata qayıtmaq üçün cəhdlər etmiş, şanslar vermiş, hətta təsirlər etmişdir. 2020-ci ilin sentyabr ayından aliment tutulsa da, iddiaçı qətnaməni icra etməməsinə görə cavabdehin üstünə çox getməmiş, telefonla mütəmadi danışıqları olmuş, valideynlər cəhdlər etmiş əmlaklarını belə saxlamış, nə vaxtsa cavabdehin normal ailə kimi yaşamaq istəyini arzulamış, gözləmiş və bütün körpüləri yandırmamış, yolları bağlamamışdır. Lakin iddiaçının bu münasibətinin əksi olaraq bu yaxınlarda məlum olmuşdur ki, cavabdeh tərəfin təşəbbüsü ilə 5 il yaşadıqları, əmlakın yerləşdiyi mənzil başqasına satılmış, artıq mənzil başqasının istifadəsinə verilmişdir. Bu dözülməz, qeyri-normal, hərəkət, vəziyyətdir. Necə ola bilər ki, başqasına məxsus olan əmlakı sahibinə yox, kimlərəsə aldatma yolu ilə satmaq, vermək və əmlakın dəyərini, pulunu ələ keçirmək!? Bu qanunazidd hərəkətdir və buna görə Cavabdeh məsuliyyət daşımalı, onun hərəkətlərinə hüquqi qiymət verilməli, əməlində cinayət xarakterli əlamətlər aşkarlanarsa barəsində xüsusi qərardad çıxarılmalıdır. Bu gün idiaçıya məxsus, başqasına verilmiş, aşağıda adları çəkilən əmlaklar dağıdılır, qanunsuz istifadə olunur, sıradan çıxır. Ağıla sığmayan bu hərəkətlər davam etdikcə iddiaçıya zərər dəyir və belə olan vəziyyətdə əmlaklar özümə qaytarılmalıdır. Odur ki, bu və digər işin hallarını nəzərə alaraq başqasının istifadəsində olan, iddiaçıya məxsus, mətbəx mebel dəsti, yuxarı hissəsi bütöv ağ rəngli, aşağı hissəsi qara rəngli, soyuducu, peç tərəfi olan yuxarı hissəsi isə tam qara rəngli - qiyməti 9500 manat; dəhliz mebeli güzgülü kvadrat formalı, yerli istehsal, qapı ilə eyni rəngdə, reysli mebel, 2 laylı - qiyməti 2200 manat; kladovka mebeli - 1000 manat; sobapeç Türkiyə istehsalı, “Beko’' firması, qara rəngli - 800 manat; mikrovalnovka, Türkiyə istehsalı “Beko” firması qara rəngli - 750 manat; divan, jurnal stolu, iki ədəd kreslo dəsti, tünd göy rəngli, Türkiyə istehsalı, klassik formalı - 2500 manat; su filtiri -1200 manat; lüstur 3 ədəd, qonaq otağı - 1200 manat, yataq - 1000 manat, uşaq otağı -550 manat; Televizor 1 ədəd, qara rəngli, yataq otağında divara vurulmuş, Holfman firması - 740 manat; mətbəx stol və stul dəsti - 820 manat; xalçalar - 850 manat (qonaq otağı), dəhlizdə uzun - 360 manat, foyedəki - 600 manat, cəmi 3 ədəd; qaz sobası və aspirator - 700 manat; ümumi dəyəri 24770 manat olan əmlakların, o cümlədən iddiaçının atası tərəfindən ona verilmiş 20.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 daha sonra məhkəmə iclasında ona verilən sual-cavablarda izahatına əlavə olaraq, 20000 manat pul iddiaçıya atası tərəfindən birgə nikah dövründə verilmiş pul olduğunu, pulun qızına ev almaq üçün verildiyini, pulun öz qızına hədiyyə kimi verildiyini, cavabdehin özü pulu almasını məhkəmə iclasında etiraf etdiyini, cavabdeh pis vərdişlərə meyilli olmaqla, ailəsinə laqeyd olduğunu, şəkillər və diskdə olan videolar əmlakla bağlı öz təstiqini tapdığını, 20000 manat borcla bağlı isə tərəflərin şəxsi yazışmalarında cavabdehin etiraf etməsini, cavabdehin vəkili məhkəmə iclasında 20000 manat pulun ailə üçün xərcləndiyini etiraf etdiyini, 20000 manat pulun 2020-ci ilin mart ayında götürüldüyünü, həmin pulun Sərvan tərəfindən götürüldüyünü bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək ifadəsində bildirdi ki, iddiaçı ilə 2015-ci ildə rəsmi nikaha daxil olaraq birgə yaşamışlar. Birgə nikahlarından bir uşaqları olmuşdur. 2020-ci ildə iddiaçı ilə aralarındakı münasibətlər pozulmuşdur. Nikah dövründə onlar Bakı şəhəri, Xətai rayonunda yerləşən anasına məxsus mənzildə yaşamışlar. İddiaçının qeyd etdiyi əşyaları cehiz kimi iddiaçı gətirsə də, həmin əşyaların qiymətlərini düzgün qeyd etməmişdir. İddia ərizəsində qeyd olunan su filterini o, 1200 manata deyil, 370 manata almışdır. Televizoru isə yazılan qiymətdən ucuz almışdır. Cavabdeh daha sonra məhkəmə iclasında ona verilən sual-cavablarda izahatına əlavə olaraq bildirmişdir ki, evin behini Aygül almış, elanı da Aygül vermişdir. Evin pulunu isə atası ilə anası almış, alqı-satqıyada onlar getmişlər. Evdən köçməklərinə görə 3 ay vaxt verilmiş, mart ayında isə münasibətləri korlanmış və Aygül məhkəməyə müraciət etmişdir. Behi mart ayında almışdır. Təxmini ***-**** manat olmuşdur. Aygül behi alandan sonra məhkəməyə müraciət etmişdir. Alqı-satqı isə iyun ayında olmuşdur. İddiaçı onlar arasında olan yazışmaları 20000 manatın onda olması barədə sübut kimi təqdim etmişdir. Lakin həmin yazışmalarda olan özünün həmin pulu birgə xərcləməsi ilə bağlı özünün dediklərini yazışmadan çıxarmışdır. İddiaçının atası 20000 manat pulu qızının yanında ona ailə qorunub saxlanılması üçün, ailənin ehtiyaclarının ödənilməsi üçün vermişdir. Pul ev alınması üçün verilməmişdir, çünki yaşamağa evləri olmuşdur. Həmin pulları elə iddiaçı ilə birlikdə xərclədiklərini, iddiaçı özünə bahalı geyimlər aldığını, uşaq üçün də iddiaçının özü ancaq bahalı brend geyim əşyalar aldığını bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, evin elanını onun keçmiş gəlini vermiş, elandakı nömrədə onundur, behidə gəlini almışdır. Mülk onundur və ev satılandan sonra yekunda gedib pulu götürmüşdür. Evin açarı onda olmamışdır. Əsas açar gəlinlərində olmuşdur. Köməkçi açarlar isə Adifdə olmuşdur. Evi satandan sonra Adifgilə getmiş və evin əşyalarını aparmaq lazımdır demişdir. Sonradan evi alan şəxsə açarları elə Adifgil təqdim etmiş və əşyaları götürmüşlər. Çilçıraq və xalçanı isə evdə saxlamışlar. Evdə olan əşyalarla bağlı iddiaçının atası Adif evin alıcısı ilə razılığa gəldiklərini, sonradan isə alıcı Adifə pul vermədiyini, 20000 manat ilə bağlı məlumatının olmadığını, ola bilsin dolanışıq üçün verdiklərini, evə pul vermədiyini, oğlunun evi olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi X3 daha sonra məhkəmə iclasında ona verilən sual-cavablarda izahatına əlavə olaraq bildirmişdir ki, gəlini beh aldığına görə pis vəziyyətdə qalmış və evi satmalı olmuşdur. Alqı-satqıdan 3000 manat pul evi alanda qalmış, 750 manat kommunal xərclərə çıxılmış, 2250 manat pul qalsada, həmin pulu hələdə ala bilmir. Evdəki əşyalar Aygülün olduğuna görə o, evə girməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdhir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi əmlaklar mövcuddur. Ev alqı-satqı əsasında başqa bir şəxsə satılıbdır. Əşyalar evin içindədir. 20000 manat pul isə iddiaçının atası cavabdehə ailənin ehtiyaclarının ödənilməsi üçün vermişdir ki, həmin 20000 manat ailənin rifahı üçün xərclənmişdir. Bununla bağlı iddia qaldırmaq lüzumsuzdur. Çünki tərəflər birgə təsərrüfat aparmışlar. Evin alıcısı Kamran Hətəmov iddia etmişdir ki, qızın atası ilə danışmış və cehizlərin pulunu ödəmişdir. Qeyd olunan əmlakların hamısı evdə olduğunu, cehizlərin pulunu qızın atasına verdiyini və razılaşdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qətnaməsi ilə 06.01.2021-ci il tarixdə xitam verilmişdir. İş mteriallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər 23.10.2016-cı il təvəllüdlü X4 valideynləridirlər. İş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə iddiaçıya məxsus mebellər öz əksini tapmışdır. İş materiallarında olan və iddiaçının atası X5 tərəfindən məhkəməyə ünvanlamış ərizənin məzmunundan aydın olur ki, qızına cehiz kimi verilmiş əmlaklar Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, bina 5, 12 saylı mənzilə yerləşdirilmiş, qızı evdən çıxan zaman həmin əmlaklar evdə qalmış, hətta qızına ev almaq üçün verdiyi 20.000 manat məbləğində pul da cavabdeh tərəfindən götürülmüşdür. Sonradan onların xəbəri olmadan cavabdeh anasının adına olan və qızının da əmlakları yerləşdirilmiş mənzili həmin əmlaklar ilə birlikdə satmışdır. Məhkəmə iclasının gedişatında cavabdeh guya onunla mənzili alan şəxslər arasında əmlakın götürülməsi barədə fikirlər səsləndirmiş, cavabdehin fikirləri qeyri-nəzakət xarakterli, yalan məlumatlar olmuş, qızına məxsus olan əmlaklar cavabdehin sərəncamında qalmış, onun mənzili almış alıcı, yaxud kimsə ilə əmlakın alınması barədə söhbəti belə olmamış, əmlakı ona heç kim qaytarmamışdır. İş materiallarında olan və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən, həmçinin hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 24.05.2021-ci il tarixli aktın surətindən görünür ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-279/2021 saylı 21.04.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında olmuş, qapı dəfələrlə döyülmüş, açan olmamış, qapının içəri tərəfindən səslənərək əşyaların həmin şəxsə deyil, başqa bir şəxsə aid olması bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (MM-nin 157.1.,157.2.-ci mad.) Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 25 dekabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan isə onların bir övladı olmuşdur. Sonradan tərəflər arasında ailə münasibətləri alınmadığı üçün məhkəmənin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı gəlin köçən zaman özünə məxsus olan cehiz əmlaklarını valideynlərin razılığı ilə, cavabdehin anasına məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı, 3 otaqlı mənzilinə yerləşdirmişdir. İddiaçı evdən çıxan zaman əmlaklar həmin mənzildə qalmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh evi satarkən iddiaçının razılığı olmadan ona məxsus olan cehiz əmlaklarını da mənzil ilə birlikdə satmışdır. Məhkəmənin sorğusu əsasında Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən təqdim olunmuş İddiaçı ərizəsi əsasında toplanmış materiallarından görünür ki, X8 izahatında mənzili aldıqları zaman mənzildə qalan əşyaların ev sahibi kimi tanıdığı İsmayıl adlı şəxsin ona satmasını bildirmişdir. Cavabdeh tərəf iddia ərizəsində göstərilən əşyaların mövcüd olmasını etiraf etsə də, həmin əşyaların dəyərlərinin düzgün olmadığını bildirmiş, lakin bu dəlillərini sübuta yetirə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Beləliklə, şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla, işin faktiki hallarına və toplanmış sübutların məcmusuna qiymət verməklə məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı mənzildə olan və iddiaçıya məxsus mətbəx mebel dəsti, yuxarı hissəsi bütöv ağ rəngli, aşağı hissəsi qara rəngli, soyuducu, peç tərəfi olan yuxarı hissəsi isə tam qara rəngli - qiyməti 9500 manat; dəhliz mebeli güzgülü kvadrat formalı, yerli istehsal, qapı ilə eyni rəngdə, reysli mebel, 2 laylı-qiyməti 2200 manat; kladovka mebeli - 1000 manat; soba-peç Türkiyə istehsalı, “Beko’' firması, qara rəngli - 800 manat; mikrovalnovka, Türkiyə istehsalı “Beko” firması qara rəngli - 750 manat; divan, jurnal stolu, iki ədəd kreslo dəsti, tünd göy rəngli, Türkiyə istehsalı, klassik formalı - 2500 manat; su filtiri - 700 manat; lüstur 3 ədəd, qonaq otağı - 1200 manat, yataq - 1000 manat, uşaq otağı - 550 manat; Televizor 1 ədəd, qara rəngli, yataq otağında divara vurulmuş, Holfman firması - 740 manat; mətbəx stol və stul dəsti - 820 manat; 3 ədəd xalçalar - 850 manat (qonaq otağı), dəhlizdə uzun - 360 manat, foyedəki - 600 manat; ümumi dəyəri 700 manat olan qaz sobası və aspirator olmaqla, ümumilikdə dəyəri 24270 manat olan əmlakların natura şəkilində özləri və ya özləri yoxdursa onların dəyəri alınaraq İddiaçı verilməlidir. İddia tələbinin 20000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı və iddiaçı tərəfindən təqdim olunmuş tərəflərin vatsap danışıq yazışmalarından çıxarışından iddiaçının atasının 20000 manat pulu İddiaçı yox, Cavabdeh verdiyi müəyyən olduğundan,məhkəmə hesab edir ki,iddiaçıya atası X5 tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı bir səlahiyyət verilmədiyindən, yəni iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Belə ki, vatsap danışıq yazışmalarında İddiaçı özü “Atam inanıb pulu senin özüne verib, sen neylemisən bəs?” , “Atam inandığı üçün ailəmiz dağılmasın deye pulu verib sene” və s. deyə qeyd etmişdir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı mənzildə olan mətbəx mebel dəsti, yuxarı hissəsi bütöv ağ rəngli, aşağı hissəsi qara rəngli, soyuducu, peç tərəfi olan yuxarı hissəsi isə tam qara rəngli - qiyməti 9500 manat; dəhliz mebeli güzgülü kvadrat formalı, yerli istehsal, qapı ilə eyni rəngdə, reysli mebel, 2 laylı -qiyməti 2200 manat; kladovka mebeli - 1000 manat; soba-peç Türkiyə istehsalı, “Beko’' firması, qara rəngli - 800 manat; mikrovalnovka, Türkiyə istehsalı “Beko” firması qara rəngli - 750 manat; divan, jurnal stolu, iki ədəd kreslo dəsti, tünd göy rəngli, Türkiyə istehsalı, klassik formalı - 2500 manat; su filtiri -700 manat; lüstur 3 ədəd, qonaq otağı - 1200 manat, yataq - 1000 manat, uşaq otağı - 550 manat; Televizor 1 ədəd, qara rəngli, yataq otağında divara vurulmuş, Holfman firması - 740 manat; mətbəx stol və stul dəsti - 820 manat; xalçalar - 850 manat (qonaq otağı), dəhlizdə uzun - 360 manat, foyedəki - 600 manat, ümumi dəyəri 700 manat olan qaz sobası və aspirator olmaqla, ümumilikdə dəyəri 24270 manat olan əmlakların natura şəkilində özləri və ya özləri yoxdursa onların dəyəri və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar