Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-294/2022 19.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "olüm faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “olüm faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, mərhum X1 02 iyun 2008-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1 12 may 2008-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, atası X3 12 may 2008-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 100, mənzil 94-də xərçəng xəstəliyindən vəfat etmişdir. Atasının “ölüm haqqında akt qeydinin olub-olmaması barədə” məlumat əldə etmək üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 05Q30/15 nömrəli, 05 aprel 2022-ci il tarixli məktubuna əsasən, tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onlar 1993-cü ildə Zəngilandan gəlmişlər. Atası onlarla yaşamışdır. Bir həftə ərzində atasının vəziyyəti pisləşmiş və rəhmətə getmişdir. Atasını Biləcəri qəbiristanlığında dəfn etmişlər. Atası rəhmətə gedəndə o və ailə üzvləri evdə olmuşlar. Təcili tibbi yardım çağırmamışlar. Lakin atasının xəstəliyi ilə bağlı həkimə müraciət etmişlər. Atası xəstəliyi ilə əlaqədar olaraq müalicə almışdır. Atasına 3-7, cümə axşamı və 40 mərasimi keçirmişlər. Sonda ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Onlar 2005-ci ildə ailə qurmuşlar. Rəhmətə gedən şəxs isə onun qaynatası olmuşdur. Qaynatası 12 may 2008-ci ildə rəhmətə getmişdir, ondan öncə isə baldızı rəhmətə getmişdir. Qaynatası xərçəng xəstəsi olmuşdur. Belə ki, xərçəng onun çiyinlərində olmuşdur. Qaynatasının xəstəyli bir il çəkmişdir. Vəfat edən vaxtı o evdə olmuşdur. Belə ki, onlar bir yerdə yaşamışlar. Təcili yardım çağırmamışlar. Qaynatasına 3- 7, cümə axşamı və 40 mərasimi keçirmişlər. Mərasimdə qohum-qonşu iştirak etmişdir. Qaynatasını Biləcəri qəbirsanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Onlar bir ailə kimidirlər. Xankişi əmi 12 may 2008-ci ildə rəhmətə getmişdir. Belə ki, o, xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Mərhumu xəsətə olarkən yataqda yatdığı zaman görmüşdür. Həkimə gedirdilər. Qonşu olaraq Xankişi əminin rəhmətə getməsi barədə məlumat vermişlər. Təcili yardım çağırmalarını bilmir. Mərasimdə o, yox valdeyinləri iştirak etmişdir. Harda dəfn olması ilə bağlı məlumatı yoxdur. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, mərhum X3 1939-cu ildə Zəngilan rayonu, Vənətli kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05Q-30/15 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edilmədiyindən şöbə ölüm haqqında müvafiq qeydiyyat aparılmasından imtina etmiş və ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizəçiyə yaşadığı yerin məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş qəbirüstü aidənin fotoşəkillərindən görünür ki, mərhum X3 xx.xx.2008-ci ildə vəfat etmişdir. İş materillarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Hüseynov X2 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X3 1939-cu ildə Zəngilan rayonu Vənətli kəndində anadan olmuş, 1993-cü ildə isə məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Bakı şəhərinə məskunlaşmışdır. Xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün xx.xx.2008-ci il tarixdə yaşadığı evdə rəhmətə getmiş və mərhum Biləcəri qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi atasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edilmədiyindən şöbə ölüm haqqında müvafiq qeydiyyat aparılmasından imtina etmişdir. Mərhumun xx.xx.2008-ci il tarixdə vəfat etməsi ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan digər sübutlara tam sübuta yetmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, 1939-cu il təvəllüdlü X1 xx.xx.2008-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 1939-cu il təvəllüdlü X1 xx.xx.2008-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-294/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-294/2022
19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver