Məhkəmə qərarları › İş №2(034)-327/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-327/2022

10.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-327/2022 10.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi «ölüm faktın müəyyən edilməsi barədə” ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim: Ərizəçi «ölüm faktın müəyyən edilməsi barədə” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, qardaşı X1 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasının isə Naxçıvan şəhər 2 saylı nikah evinə həvalə edilməsini xahiş etmişdir. Ərizənin Azərbaycan Respublkası MPM-nin tələblərinə riayət olunmaqla verilibverilməməsi məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, hüquqi faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edən ərizəçi əslində ərizəyə əlavə olunmuş sənədlər ilə təsdiq olunmuş faktın yenidən müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə-hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina edir. Ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş № 179 xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi, X2 xx.xx.1996-cı il tarixdə Sədərək döyüş bölgəsində xidməti borcunu yerinə yetirərkən nizamnaməyə uyğun olmayan münasibətlər çərçivəsində odlu silahdan aldığı güllə yarasından həlak olmuşdur. Belə olan halda hesab edirəm ki, ərizəçi ilk nöbədə yaşadığı yer üzrə ölüm şahadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etməlidir, müraciətinin təmin olunmasından imtina olunduğu halda Zəngilan Rayon Məhkəməsinə deyil, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Ərizəçi «ölüm faktın müəyyən edilməsi barədə” ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldım: Ərizəçi «ölüm faktın müəyyən edilməsi barədə” ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar