Məhkəmə qərarları › İş №2(034)-335/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-335/2024

10.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-335/2024 10.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00563 nömrəli Barışıq Sazişin təsdiq edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 1 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 anası Ərizəçi himayəsində saxlanılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay uşaq üçün 235 manat aliment 2024-cü ilin may ayından başlayaraq, hər ayın 5-nə qədər Ərizəçi kart hesabına ödənilməsi, ata Maraqlı şəxs uşağı X4 ilə ana Ərizəçi etirazı olmadan istənilən vaxt maneəsiz ünsiyyətdə olmasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2017-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Cavabehlə demək olar ki, ər-arvad münasibətləri xeyli müddətdir ki, kəsilmiş və birgə təsərrüfat idarə etmirlər. Xasiyyətləri bir-birinə uyğun gəlmir. Bundan sonra onların bir yerdə bir ailə kimi birlikdə yaşamaqları qeyri-mümkündür. Hər ikisi aralarında olan nikahın pozulmasını istəyirlər. «Nikahın pozulması, uşaqın ananın himayəsində saxlanılması, uşaqla ünsiyyət və aliment" məsələnin həlli ilə bağlı ilkin olaraq Mediasiya Şurasına müracət etmiş, Bakı şəhəri 16 saylı Mediasıya Təşkilatında olarkən qarşı tərəflə hər ikisinin razılığı ilə «Ata Maraqlı şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X3 ana Ərizəçi himayəsində saxlanılmasına etiraz etmir. Ata Maraqlı şəxs övladı xx.xx.2017ci il təvəllüdlü X4 ilə ünsiyyəti maneəsiz istənilən vaxt olmasına ana Ərizəçi etiraz etmir. Ata Maraqlı şəxs övladı xx.xx.2017-ci İl təvəllüdlü X1 üçün cəmi 235 (iki yüz otuz beş) manat məbbləğmdə aliment ana Ərizəçi ödəyəcəkdir. Alimentin ödənilməsi hər ayın 05-nə qədər ata Maraqlı şəxs tərəfindən ana Ərizəçi kart hesabna ödəyəcəkdir. Nikahın pozulması hissəsinə isə xitam verilir ” şərtləri ilə xx.xx.2024-cü ıl tarixli Barışıq Sazişi imzalamışlar. Göründüyü kimi aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəflə razılığa gəlmişlər. Lakin hazıda aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.2016-cı ildə ailə qurmuş, bu nikahdan onların xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ərizəçi tərəf olaraq o, Bakı 16 saylı X2 Qədir Şəmsi oğluna qarşı nikahın pozulması, uşağın ananın yanında saxlnanılması və aliment tələbi ilə müraciət etmişdir. Qızının 7 yaşı var. Maraqlı şəxslə artıq neçə illərdir ki, ayrı yaşayırlar, nikahları formal xarakter daşıyır. Qızının atası ilə ünsiyyətinə heç vaxt maneçilik törətməmişdir. Ayda bir dəfə gəlib qızını görür. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur tərəflər arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və bu barədə Bakı şəhəri 1 saylı “Asan xidmət mərkəzi” qeydiyyat şöbəsində akt qeydəri kitabında 987 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2017-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunudan görünür ki, «Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 1 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 anası Ərizəçi himayəsində saxlanılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay uşaq üçün 235 manat aliment 2024-cü ilin may ayından başlayaraq, hər ayın 5-nə qədər Ərizəçi kart hesabına ödənilməsi, ata Maraqlı şəxs uşağı X4 ilə ana Ərizəçi etirazı olmadan istənilən vaxt maneəsiz ünsiyyətdə olmasının təsdiq edilməsi» şərtləri ilə razılığa gəlmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrıseçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaqların hüquqlarının və eyni zamanda valideyinlərin öz uşaqları ilə ünsiyyətdə olmaq hüququnın qorunması Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı (maddə 17) həm Azərbaycan Respublikasının daxili Qanunları, həm də tərəfdar çıxdığı beynəlxalq aktlarda öz əksini tapır. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 9-cu maddəsinin 3-cü bəndinə əsasən iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişlər. “Uşaq hüquqları bəyannaməsinin” (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 sayl prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Eyni Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. (AM 61.1; 61.2-ci maddələri) İstinad edilən normalardan müəyyən olunur ki, valideynlər öz uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmaqla yanaşı uşaqlarında öz valideynlərini tanımaq, onlarla ünsiyyədə olmaq, onların qayğısından faydalanmaq hüquqları vardır. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2016-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2017-ci il təvəllüdlü X4 adlı bir övladları doğulmuşdur. Tərəflərin ailə münasibətləri artıq pozulmuş və hər iki tərəf aralarında olan nikahın pozulmasını istəyirlər. Tərəflər nikahın pozulması, birgə nikahdan olan uşağın ananın himaysəində saxdanmaıs, uşaqla ünsiyyət və aliment tələbi ilə ilk olaraq Mediasyia Təşkilatına müracət etmiş və aralarında həmin məsələlərlə bağlı Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00563 nömrəli Barışıq Sazişi bağlanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00563 nömrəli Barışıq Sazişi təsdiq edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 1 saylı “Asan xidmət mərkəzi” qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı və akt qeydləri kitabındakı 987 nömrəli nikah qeydi ləğv edilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4-anası Ərizəçi himayəsində saxlanılmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay uşaq üçün 235 manat aliment 2024-cü ilin may ayından başlayaraq, hər ayın 5-nə qədər Ərizəçi kart hesabına ödənilməsi, ata Maraqlı şəxs uşağı X4 ilə ana Ərizəçi etirazı olmadan istənilən vaxt maneəsiz ünsiyyətdə olması təsdiq edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00563 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 1 saylı “Asan xidmət mərkəzi” qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 987 nömrəli nikah qeydi ləğv edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4-anası Ərizəçi himayəsində saxlanılsın. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay uşaq üçün 235 manat aliment 2024-cü ilin may ayından başlayaraq, hər ayın 5-nə qədər Ərizəçi kart hesabına ödənilsin. Ata Maraqlı şəxs uşağı X4 ilə ana Ərizəçi etirazı olmadan istənilən vaxt maneəsiz ünsiyyətdə olması təsdiq edilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar